Müharibədə itkin düşmüş şəxslərin ailələrinə hüquqi yardım göstəriləcək – Bakıda

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan ailələri üçün hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasına başlamışdır.

Turkustan.info xəbər verir ki, layihənin əsas məqsədi Bakı şəhərinin rayonlarında yaşayan Müharibədə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin etmək üçün tədbirlərin görülməsi, peşəkar hüquqşünasların və psixoloq fəaliyyətindən istifadə etməklə ailə üzvlərinin psixoloji və hüquqi vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, effektiv və pulsuz hüquqi və psixoloji yardımla təmin edilməsi, xüsusi ilə hərbiçilərdə dövlətçiliyə və gələcəyə olan inamın gücləndirilməsinə kömək etməkdən ibarətdir. 

3 ay davam edəcək layihə çərçivəsində 2017-ci ildə Şuranın dəstəyi ilə yaradılmış “Etimad xətti” vasitəsi ilə 100-lərlə itkin ailəsinə hüquqi yardım göstərilməsi, hüquqi məsləhətlərin verilməsi nəzərdə tutulmuşdur. 

Mətbuat Xidməti