Qəzza olayları İsrailin gözü ilə – VİDEO

İsrail Silahlı Qüvvələri Qəzza sektorundakı sərhəddəki toqquşmalarla bağlı video yayıb.

Turkustan.info xəbər verir ki, videonu ordunun mətbuat xidməti Yutub səhifəsində yerləşdirib. Yayılan görüntülərin bir qismi dronlar vasitəsilə çəkilib.

Görüntülərdə fələstinli aktivistlərin İsraillə sərhəddə yerləşən hasarları necə dağıtmağa çalışdığı əks olunub. İsrail ordusu aktivistlərin bunun sayəsində İsrail ərazisinə girmək istədiklərini bildirib.

Qeyd edək ki, ordunun yaydığı görüntülər 14 may tarixinə aiddir.  /Axar.az/