Gün: May 17, 2018

İsrail baş nazirinin oğlu “instaqram”da Türkiyəni söydü – FOTO

İsrailin baş nazirinin oğlu “İnstaqram”da Türkiyəni söydü – FOTO Dünya ölkələrinin İsrailə etirazlarının artdığı dövürdə Benyamin Netayahunun oğlu Yael skandal bir paylaşım ilə yadda qalıb. Turkustan.İnfo xarici mediaya istinadən xəbər verir ki, baş nazirin oğlu Yael “İnstaqram”da Türkiyə bayrağını təhqir edib. Hekayə bölümündə türk bayrağının üstündə “F.ck Turkey”  yazan və paylaşan […]

İşdən çıxarılan icra başçısının Binəqədidə çantasına “yığdığı” milyonlar – HƏBS EDİLİR?

Azərbaycan Prezidenti İlham Əliyev Xaləddin İsgəndərovun Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, Xaləddin İsgəndərov 2012-ci ildən bəri bu vəzifəni yerinə yetirirdi. Onun fəaliyyəti dövründə mətbuatda onun barəsində tez-tez müxtəlif iddialar səslənir, villalarının, obyektlərinin şəkilləri yayılırdı. 2015-ci ildə  Binəqədi rayonu Azadlıq prospektindəki 16 […]

“Rövşən Lənkəranski”nin qardaşı Keşlə gömrük postunu tərk edir

2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet “Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) qardaşı Namiq Canıyev Dövlət Gömrük Komitəsindəki son yerdəyişmələrlə bağlı Keşlə yük stansiyasındakı gömrük postunun rəisi vəzifəsini yaxın günlərdə tərk edəcək. Turkustan.info xəbər verir ki, bu barədə “Sputnik” agentliyi Canıyevə yaxın qaynaqlara istinadən bildirir. Məlumata görə ona yeni vəzifə təklif olunub, […]

Sumayıtda ərin arvadını öldürməsinin təfərrüatı: Başqa kişi ilə fotosunu tapıbmış

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub. Turkustan.info “Report”a istinadən bildirir ki, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb. Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqları mənzildə 18 bıçaq zərbəsi ilə qətlə yetirib. Qeyd edək ki, mərhumun iki övladı var.

Azərbaycana ucuzlaşma dalğası gəlir

ABŞ dollarının əlverişli kursu bütün dünyada güclənir.ABŞ-da istiqrazların 7 illik faiz dərəcəsinin yüksəlməsi, inflyasiya gözləntilərinin artması dünya bazarlarında dollara güc qazandırdı.Dollar indeksi bu ilin zirvəsinə çıxarkən inkişaf etməkdə olan pul vahidlərində itkilər yaşandı.Dolların möhkəmlənməsi Türkiyənin milli valyutası – lirəni kəskin ucuzlaşdırır.Son məlumatlara görə, Türkiyədə ABŞ dollarının məzənnəsi 4.4631 lirəyə, avro […]

“Kürd kartı” yenidən işə salınır

Mayın 13-ündə İraqda keçirilən parlament seçkilərində gözlənilənin əksinə olaraq hazırkı baş nazir Heydər İbadi qalib gələ bilməyib. Seçkilərin nəticələrinə əsasən nüfuzlu din adamı Müqtəda Sədrin rəhbərlik etdiyi “Sairun” koalisiyası 54 mandatla 1-ci, “Həşdi Şabi”nin komandiri Hadi əl-Amirinin başçılıq etdiyi Fəth İttifaqı 47 mandatla 2-ci, hazırkı baş nazir Heydər İbadinin başçılıq […]

ABŞ-ın yüksək vəzifəli zabitindən İNANILMAZ SÖZLƏR: “Nə qədər ki, Güney Azərbaycan və Qarabağ…” – VİDEO

Bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş inteqrator və heyət başçısı təyin edilən Azərbaycan əsilli Nəimi Amiral Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Turkustan.info xəbər verir ki, azərbaycanlı zabit fikirlərini Feysbuk hesabında paylaşıb. O, […]

Avropadan Moskvanı qəzəbləndirəcək Ermənistan QƏRARI

Avropa Parlamentinin Xarici işlər üzrə komitəsi ötən il Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişi yekdilliklə qəbul edib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, AP-ın Xarici işlər üzrə komitəsinin dünən keçirilən iclasında bir neçə saat Ermənistandakı son hadisələr müzakirə edilib. AP üzvləri Ermənistana maddi və texniki […]

Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour Azərbaycan qadınları ilə görüşüb

Millət vəkili, siyasi elmlər doktoru  Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları –İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, […]

MEK əməkdaşları Qubadakı soyqırımı məzarlığını ziyarət edib

 AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Quba rayonunda yerləşən soyqırımı məzarlığını ziyarət ediblər. MEK əməkdaşları Quba Soyqırımı memorial abidəsinin önündə faciə qurbanlarının xatirəsini yad edib, onların günahsız ruhlarına Allahdan rəhmət diləyiblər. Hadisə haqqında fikirlərini bölüşən MEK əməkdaşları 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş silsilə […]

İsraildən gələn kamikadzelər Ərdoğanı öldürəcək – ŞOK İDDİA

ABŞ nəşri olan “Veterans Today”də (Veteranlar bu gün) skandal bir yazı qələmə alınıb. Turkustan.info xəbər verir ki, məqalədə İsrailli kamikadzelərin prezident Rəcəb Tayyib Ərdoğanı öldürmək üçün Türkiyəyə gəldiyi iddia edilib. Sözügedən məqalə Türkiyə mediasında əks-səda doğurub. Müzakirələrə səbəb olan məqalə ilə bağlı yürüdülən fikirlərdə “Veterans Today” nəşrinin hər zaman Türkiyə […]

Azərbaycana zərbə endirməklə… – Nikolun nazirinin təxribat planı

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyin etdiyi yeni müdafiə naziri David Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil. Amma onun ən böyük fəaliyyəti 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Tonoyan […]

Ramil Usubov Elmar Usubovu təqaüdə göndərdi

Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.   Turkustan.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.   Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.   Onun yerinə hələlik […]

Rusiyanın “Qiyamət günü” silahının göstəriciləri məlum oldu

Rusiyanın “Poseydon” pilotsuz sualtı aparatı nüvə başlıqları ilə təchiz oluna bilər. Turkustan.info xəbər verir ki, bu barədə TASS Rusiyanın hərbi sənaye kompleksindən olan mənbəyə istinadən məlumat yayıb. Məlumata əsasən çoxməqsədli “Poseydon” dəniz sisteminin torpedosuna maksimal gücü trotil ekvivalentində iki meqatona qədər olan müxtəlif nüvə başlıqları quraşdırmaq olur. Mənbə bildirib ki, nüvə başlıqla təchiz olunduqda aparatın […]

Arxasında Rusiya dayanan bir sistemi yeni hökumət dağıdıb yenisini qura biləcəkmi?! – ŞƏRH

Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsinin onuncu günüdür. El dilində bunu “onu çıxıb, onunu töküb” kimi də ifadə etmək olar. Mayın 17-də Ermənistan hökuməti yeni tərkibdə ilk iclasını keçirib. Nikol Paşinyan Nazirlər Kabinetinin toplantısına ikinci dəfə başçılıq edib. O, bu on gün müddətində Soçidə Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti […]

Deputat Əliağa Hüseynov jurnalisti və Ordunu təhqir etdi

Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib. Turkustan.info bildirir ki, Modern.az-ın əməkdaşı “Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualı ilə Milli Məclisin hərbçi deputatına müraciət edib. Deputat Əliağa Hüseynov müxbirimiz zəng edərkən telefonu açıb, sualı […]

“Burax məni, mən Qarabağ əliliyəm…” – Görüntülər səsli olaraq TV-də

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində işğal olunmuş torpaqların adına açılmış kafelərlə bağlı verilişin ardı tamaşaçılara təqdim edilib.İlk bölümdə böyük səs-küyə səbəb olan proqramın ikinci hissəsində səslər açıq şəkildə tamaşaçılara təqdim edilib. İlk görüntülər Nəsimi rayonu 3 MKR-dan olub. Qarabağ kafesi və oxşar kafelərin qarşısında qızlar gah […]

Türkiyədə 24 iyun seçkiləri: İqtidar inamlı, müxalifət ümidlidir

Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri tək qardaş ölkədə deyil, regionda ən ciddi siyasi hadisələrdən biri kimi dəyərləndirilir. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, Türkiyənin hakim koalisiyası – Ədalət və İnkiaşf (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) təşəbbüsü ilə keçirilən növbədənkənar seçkilər bu tandem üçün iqtidara davam fürsəti, müxalifət […]

Ümumdünya Qadın Sammitinin prezidenti Azərbaycanın fəallığını yüksək qiymətləndirib

Millət vəkili, siyasi Elmlər Doktoru  Q.Paşayeva və Azərbaycanın bir qrup fəal qadınları – İqtisad Universitetinin prorektoru Səadət Qəndilova, Bakı Dövlət Universitetinin müəllimi Həbibə Qələndərova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova, İşgüzar qadınlar cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Məlahət Qəhrəmanova, Yeganə Malkoç, […]

Paşinyan çətin durumda – Erməni baş nazir aksiyaçılara çağırış etdi

Politoloq: “Artıq verilən vədləri həyata keçirmək vaxtı çatıb” Baş nazir postunu ələ keçirməkdən ötrü Ermənistanda bir ay ərzində kütləvi itaətsizlik aksiyalarına çağırışlar edən və sonda məqsədinə çatan Nikol Paşinyan indi özü çətin duruma düşüb. Belə ki, baş nazir postuna seçilməsindən heç iki həftə keçməmiş Ermənistanda kütləvi aksiyaların yenidən davamlı xarakter […]

Bakıda qaynanasını öldürən şəxsdən ŞOK SÖZLƏR: “Cinsi əlaqədə olmaq istəyirdi”

Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə davam edir. Turkustan.info Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi hakim Eldar İsmayılovun icraatına araşdırılır. İstintaqla müəyyən edilib ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək ailədə heç bir səbəb olmadan evdə […]

Xaləddin İsgəndərov işdən çıxarıldığını təsdiqlədi – “Yığışıb gedirəm evə”

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Bu haqda prezident İlham Əliyev sərəncam verib. Artıq Xaləddin İsgəndərov işçilərlə vidalaşıb.    Turkustan.info bildirir ki, Xaləddin İsgəndərov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib: “Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.   Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə […]

Məhkəmədən Fədayə Laçınla bağlı – QƏRAR

Nəsimi Rayon Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.   Bu barədə onun vəkili Türkel Süleymanlı məlumat verib.   Onun sözlərinə görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib. Qərara əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti […]

İran qarışdı – ölən və yaralananlar var – VİDEO

İranın Fars əyalətinin Kazerun şəhərində etiraz aksiyaları keçirilib. “Mehr”  xəbər verir ki, ötən gecə keçirilən aksiyalar nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Məlumata görə, aksiyalar şəhərin iki hissəyə bölünməsinə etiraz olaraq keçirilib. Nümayişçilərdən bəziləri şəhərin polis bölməsinə hücum edərək onu yandırıblar.  /eurasiadiary.com/

Alpinistin cənazəsi evindən belə çıxarıldı – VİDEO

Xəbər verildiyi kimi 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti tapılıb və ailələrinə təhvil verilib. Turkustan.info xəbər verir ki, meyitləri tapılan alpinistlərdən biri Fəridə Cəbrayılovanın yas mərasimindən video görüntülər yayılıb.  Cənazə namazı qılınandan sonra mərhumun cənazəsi dəfn olunmaq üçün Masallı rayonun […]

Xaləddin İsgəndərov icra başçısı vəzifəsindən azad edildi

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib. Turkustan.info bildirir ki, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Yaxın saatlarda onun vəzifədən azad olunması ilə prezident sərəncamının elan olunacağı gözlənilir. Binəqədi rayonu İcra Hakimiyyətindən xəbərə münasibət bildirmək istəməyiblər. Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra […]

Bakıdan kəndə getdi, 78 yaşlı qadını yatdığı yerdə zorladı, sonra… – Füzulidə İNANILMAZ OLAY

Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Yaqub Abbasov 2 dekabr 2016-cı ildə, saat 21-22 radələrində Füzuli rayonu Babı kəndində yerləşən çayxanada yeyib-içib. O, həmin vaxt spirtli içki qəbul […]

Dünən cansız bədəni tapılan Baburun ürək dağlayan SON SÖZLƏRİ – VİDEO

2017-ci il dekabrın 23-də Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətinə yola çıxan və qar uçqununa düşərək həlak olan “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun cansız bədənləri dünən aşkar edilib. Turkustan.info xəbər verir ki, itkin düşmələrindən 5 aya yaxın […]

Xalq şairi Sumqayıtlı oxucularla görüşdü

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlı ilə oxucuların görüşü keçirilib. Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.  Tədbirin aparıcısı  […]

Ərizə qəbulu sistemi yenidən aktiv edildi – Abituriyentlərin nəzərinə

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, mayın 17-dən iyunun 14-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib. Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları […]

Vəsilə Vahidqızı Diaspor Komitəsinin mətbuat katibi təyin edildi – DOSYE

İctimai Televiziyanın şöbə müdiri və aparıcısı Vəsilə Vahidqızı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsinə təyin olunub. Turkustan.info bildirir ki, Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib. Vəsilə Vahidqızı İTV-də bir sıra aktual mövzularla yanaşı, diaspor mövzusunda da müzakirələrin aparıcısı olub. Bundan sonra da Dövlət Komitəsi dünyanın müxtəlif […]

Rusiyalı zabit azərbaycanlını amansızlıqla qətlə yetirdi – VİDEO

Moskvanın Novoslobosk küçəsində bir nəfəri güllələdiyi üçün həbs edilən Rusiya Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovnikinin daha bir qətldə əli olduğu ortaya çıxıb. O, 2017-ci il oktyabrın 16-da saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, zabit Azərbaycan əsilli şəxsi qətlə yetirib. “İzvestiya” qəzetinin məlumatına görə, eks-polkovnikin qurbanının cəsədi 2017-ci il sentyabrın […]

Qərb Rusiyadan qorxurmu? – İki rəy

Əhəd Məmmədli: “Putinin güclü lider olduğunu…”; Elşən Mustafayev: “Sanksiyalar Rusiyaya çox böyük zərbələr vurub” Qərbin 4 ildir sanksiyalar tətbiq etdiyi Rusiyadan çəkindiyi yönündə iddialar var. Son olaraq, alman professor Manfred Hildermayer Rusiya prezidenti Vladimir Putinin növbəti 6 illik prezidentlik müddətini dəyərləndirərkən bu barədə danışıb. Alman professor Qərbin Rusiya ilə açıq […]

Azərbaycanda kişi arvadının şəklini “Odnoklassniki”də yayıb 50 manata “satışa” qoydu – Video

Kişi həyat yoldaşının şəkillərini sosial şəbəkələrdə yayaraq onu şantaj edir. Belə bir iddia ilə zərərçəkmiş Sona Paşayeva çıxış edir. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı həm də əmisi oğlu Yalçın Paşayev şəkillərini ”odnoklassniki” sosial şəbəkəsində paylaşaraq, onu insanlara əxlaqsız qadın kimi təqdim edir. Qadının sözlərinə görə, Yalçın Paşayevlə 2009-cu ildə […]

Orta məktəb şagirdi abituriyent intiharını filmə çevirdi – VİDEO

Bu filmi bir il  öncə bir orta məktəb şagirdi çəkib. O zaman 10-cu sinifdə oxuyan (hazırda 11-ci sinifdədir) Ərhun Abbaslının “İmtahan” adlı filmi beynəlxalq səviyyəli müsabiqənin – NCCC film festivalının finalına çıxıb, mükafata layiq görülüb. 8,32 dəqiqəlik bu filmdə yeniyetmə və gənclərin imtahan öncəsində və imtahan vaxtı yaşadığı stresslər, sarsıntılar lentə […]

Pullar xaricə daşınır: YENİ ÜSUL TAPILIB

İranlılar kriptovalyutaların alınmasına  2,5 milyard dollar xərcləyib. Turkustan.info xarici mətbuata istindən bildirir ki, bəzi ekspertlər bunu İranın sanksiyalardan yayınması üçün yaxşı fürsət hesab edirlər. İrana qarşı sanksiyalar və rialın dəyərdən düşməsi ölkə əhalisində kriptovalyutaya olan marağı artırıb. Müxtəlif mənbələrdən daxil olan məlumatları araşdırsaq görərik ki, Bitcoin və digər kriptovalyutaların alınmasına ölkə […]

Qənirə Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath ilə görüşdə Qarabağdan danışıb

Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva Laosun Qadınlar Birliyinin nazir müavini Bouachanh Syhanath görüş zamanı ona Azərbaycanla bağlı, ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb, Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın […]

İsrail səfiri Türkiyədə təhqir olundu – VİDEO

İsrailin Türkiyədəki səfiri İtan Neh Qüds hadisələri ilə əlaqədar “ölkəni tərk edərkən” hava limanının mühafizə əməkdaşları tərəfindən yoxlanılıb. Turkustan.info “MIGnews”sa istinadən xəbər verir ki, diplomatik toxunulmazlığı olan səfir adi xarici vətəndaş kimi yola salınıb. Hava limanının əməkdaşları Nehin üzərini yoxlayıb sonra isə ayaqqabısını və pencəyini çıxarmağı tələb edib. Həmin anı səfiri […]

Azercell-dən 4G indi Masallı və Cəlilabad sakinləri üçün

Lider mobil operator regionlar üçün sürətli mobil interneti əlçatan edir Ölkəmizdə ilk dəfə 4G texnologiyasını və yüksək sürətli mobil interneti abunəçilər üçün mümkün edən Azercell Telekom bölgələrdə də bu xidmətin yayılmasına yönəlik təşəbbüslərini davam etdirir. Azercell LTE şəbəkəsinin əhatə dairəsini genişləndirərək bu dəfə Masallı və Cəlilabad şəhərlərində 4G xidmətini istifadəyə […]

Şəhid ailələrinə birdəfəlik müavinət nə vaxt veriləcək? – TARİX

Prezident  İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış […]

Dünya üçün SOS siqnalı verildi: Köhnə soyuducuları məhv edin

ABŞ Okean və Atmosfer Araşdırmaları Milli İdarəsinin mütəxəssisləri həyəcan təbili çalıb. Turkustan.info xəbər verir ki, mütəxəssislər dünyada hansısa ölkənin Monreal protokolunu pozaraq atmosferə qadağan edilən maddə buraxdığını iddia edib. Mütəxəssis araşdırması göstərib ki, söhbət CFC-11-dən gedir. Bu maddə 1930-cu illərdən köhnə soyuducularda istifadə edilib. Daha sonra mütəxəssislər bu maddənin ozon qatına […]

Ziya Məmmədovun 700 milyon xərcləyib 30 il zəmanət verdiyi yol 3 ilə dağıldı, indi isə yenidən pul… – FOTOREPORTAJ

Şimal bölgəsinə səfər edəndə hər dəfə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 30 il zəmanət verdiyi yoldan keçməyə məcbur oluruq. Bu dəfə də yolumuzu Xızıdan saldıq. Yol boyu zamanında xərclənən milyonların necə israf olunduğunu görməmək mümkün deyil. Yüksək texnologiyalar əsasında tikildiyi deyilən beton yol artıq çoxdan dağılıb.  Cebhe.info–nun təqdim etdiyi fotolardan […]

İranda İKİNCİ İNQİLAB hazırlanır

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla nüvə sazişindən çıxması iki ölkə arasında müharibə ehtimalını artırdı. Ancaq ekspertlər iddia edir ki, əsas hədəfi molla rejimi olan ABŞ İrana hərbi müdaxilə etmək istəmir,  prosesi daxili çevrilişlə yekunlaşdırmaq niyyətindədir. Məsələn, Rusiya mətbuatının yazdığına görə, ABŞ-ın bu sazişdən çıxmaqda bir neçə məqsədi var. Sərtləşdirilən İran […]

İtkin alpinistlərin cəsədi belə tapıldı – DETALLAR – VİDEO

Hər üç alpinist təxminən eyni yerdə, çadır qurduqları ərazidə tapıldı. Böyük ehtimalla onlar çadırda istirahət vaxtı gözlənilmədən qar uçqununa düşüblər. Dörd aydan çox vaxt keçsə də, meyitlər tanınan halda idi. Qarın altından çıxarılanda alpinistlərin şəxsiyyətini müəyyənləşdirmək olurdu. Bu barədə dekabrın 27-dən itkin düşən “Gilavar” idman klubunun üzvləri Namin Bünyatov, Babur […]

Paşinyanın Qarabağ sensasiyası: Bakıya tam uyğun mövqe

Dağlıq Qarabağa ilk səfəri zamanı Nikol Paşinyanın verdiyi bəyanatların yaratdığı fon Ermənistanın ekspert və ictimai-siyasi mühitində bəzi məsələləri arxa plana keçirib. Ekspert mühiti Paşinyanı 7 rayonun Azərbaycana qaytaracaq lider kimi qəbul edirdi. İctimai-siyasi mühit, eləcə də xalqın böyük əksəriyyəti təhtəlşüurda 7 rayonun Azərbaycana qaytarılmasına çoxdan hazırdır. N.Paşinyanın mitinqlərinin gur olmasının […]

İşdən çıxarılan general nazirin qohumudur – “Dərman mafiyası”

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir neçə gün əvvəl “dərman mafiyasına” qarşı keçirdikləri əməliyyatdan dərhal sonra vəzifəsindən uzaqlaşdırılan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşının əmisi oğludur.   Turkustan.info xəbər verir ki, bu barədə azpolitika.info-ya mötəbər mənbə bildirib. Bu il […]

Bu gün Ərəb dövlətləri toplaşır – Qüds üçün

Bu gün Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri səviyyəsində fövqəladə iclası keçiriləcək. Turkustan.info-nun “RİA-Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yığıncaqda Qüds ətrafında və kütləvi etirazlardan sonra Fələstin ərazilərində vəziyyət müzakirə ediləcək. Toplantı hazırda Liqada sədrlik edən Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutacaq. Ötən gün Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin daimi nümayəndələri […]

İtkin düşmüş alpinistlərin meyitləri ekspertizaya göndərilib

İtkin düşmüş alpinistlərin meyiti Quba rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb. Turkustan.info APA-ya istinadən xəbər verir ki, yaxın saatlarda alpinistlərin meyiti Bakıya göndəriləcək. Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.   Xilasedicilərin sözlərinə görə, meyitlər təxminən 2800-2900 hündürlükdə olan ərazidə dörd metr dərinlikdə aşkarlanıb. Alpinistlərin çadırda […]

İnsan alverinə qarşı mübarizə ilə bağlı Şamaxıda tədbir – Foto

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılıgı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə  “XXI Əsrin Qadınları”  İctimai Birliyi  “İnsan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində  Şamaxı Peşə Liseyində tədbir keçirib. Turkustan.info xəbər verir ki,  […]