MEK əməkdaşları Qubadakı soyqırımı məzarlığını ziyarət edib

 AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində Quba rayonunda yerləşən soyqırımı məzarlığını ziyarət ediblər.

MEK əməkdaşları Quba Soyqırımı memorial abidəsinin önündə faciə qurbanlarının xatirəsini yad edib, onların günahsız ruhlarına Allahdan rəhmət diləyiblər. Hadisə haqqında fikirlərini bölüşən MEK əməkdaşları 1918-ci ildə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş silsilə soyqırımları milli yaddaşımızın acısı adlandırıblar. Bu faciələr bir daha yaşanmasın deyə, tariximizin son 2 əsri üçün xarakterik olan hadisələrdən düzgün nəticə çıxarmağın, fərd kimi, vətəndaş kimi zamanın öhdəmizə qoyduğu vəzifələri təxirəsalınmadan yerinə yetirməyin vacibliyi vurğulanıb.
Məlumat üçün bildirək ki, 1918-ci il soyqırımı hadisələrinin tarixiləşdirilməsi istiqamətində MEK-də müxtəlif səpkidə işlər görülüb. Bu məqsədlə “31 Mart soyqırımı”na həsr olunmuş sərgi təşkil edilmiş, kitabxana fondlarında soyqırımına aid olan bütün sənədlər elektron kataloqa salınaraq MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş, sosial şəbəkələrdə və
 www.mek.az saytında vaxtaşırı bu mövzuda materiallar təqdim edilmişdir.

 Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, dağ, açık hava ve doğa
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, çim, açık hava ve doğa
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, açık hava ve doğa
Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava
Görüntünün olası içeriği: 1 kişi, ayakta ve açık hava