“Burax məni, mən Qarabağ əliliyəm…” – Görüntülər səsli olaraq TV-də

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində işğal olunmuş torpaqların adına açılmış kafelərlə bağlı verilişin ardı tamaşaçılara təqdim edilib.İlk bölümdə böyük səs-küyə səbəb olan proqramın ikinci hissəsində səslər açıq şəkildə tamaşaçılara təqdim edilib. İlk görüntülər Nəsimi rayonu 3 MKR-dan olub. Qarabağ kafesi və oxşar kafelərin qarşısında qızlar gah müştəri ilə görüşür gah da dava edir. Əraziyə polis gəlir və qadınların biri bu dəfə polislə dalaşır.. “…ə burax məni, mən Qarabağ əliliyəm” deyərək mübahisəyə davam edir…(2:45)

İkinci görüntülərdə də oxşar hal yaşanır. Ətrafdakılar isə sadəcə izləməklə kifayyətlənir. Qızla oğlan gah öpüşür, gah da qucaqlaşır. Dava eləmək da yaddan çıxmır. 

Daha sonra Qarabağ qazisi Kamil Müsavi verilişin qonağı olub. Görüntüləri izləyən aprel döyüşlərinin canlı şahidi özündən çıxıb. “Qarabağ adı uğrunda candan keçən neçə-neçə oğullarımız olub!”

Teleaparıcı Amil Xəlil yenidən bəzi qrumlara səslənib. “Bu işlə məşqul olan şəxslər. Artıq görmək vaxtıdır. Bəsdi…” deyərək növbəti görüntüləri təqdim edib.
Xatırladaq ki teleməkanda ilk dəfə olaraq, mövzu 3 gündür müzakirə edilir və görüntülər açıqlığı ilə tamaşaçılara təqdim edilib…

Bu axşam 19:55 də “Olar ? Olmaz!” verilişində saxta dərmanlarla bağlı görüntülər tamaşaçılara təqdim ediləcək…