Pullar xaricə daşınır: YENİ ÜSUL TAPILIB

İranlılar kriptovalyutaların alınmasına  2,5 milyard dollar xərcləyib.

Turkustan.info xarici mətbuata istindən bildirir ki, bəzi ekspertlər bunu İranın sanksiyalardan yayınması üçün yaxşı fürsət hesab edirlər.

İrana qarşı sanksiyalar və rialın dəyərdən düşməsi ölkə əhalisində kriptovalyutaya olan marağı artırıb. Müxtəlif mənbələrdən daxil olan məlumatları araşdırsaq görərik ki, Bitcoin və digər kriptovalyutaların alınmasına ölkə əhalisi 2,5 milyard dollar xərcləyib. 

Hökumət rəsmiləri də zaman-zaman bunu etiraf edib. Ölkədən kapitalın çıxarılmasında kriptovalyutalar əsas rol oynamağa başlayıb. 

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə sazişindən çıxdığını bəyan etdikdən sonra 1 dollar 85 min ruala qədər bahalaşıb. Aprelin sonunda isə bu rəqəm 57500 rial idi.

Mütəxəssislər hesab edir ki, indiki halda kriptovalyuta nəinki kapitalın ölkədən çıxarılmasın təkan verir, həm də başqa ölkələrlə ticarətə imkan yaradır.   /Cebhe.info/