Gün: May 18, 2018

Sarkisyan Paşinyanı devirib, hakimiyyətə qayıtmaq istəyir – PLANIN DETALLARI

Ermənistanın keçmiş iqtidar, indi isə müxalifətdə olan Respublikaçılar partiyasının adının çəkilməsini istəməyən yüksək vəzifəli üzvü “EADaily”yə açıqlamasında bildirib ki, sabiq baş nazir Serj Sarkisyan gözləmə mövqeyinə keçərək, siyasi səhnəyə qayıtmaq üçün əlverişli məqam gözləyir.  Erməni KİV-i xəbər verir ki, mənbənin sözlərinə görə, Paşinyanın hökumət proqramının qəbuluna mane olmamaq barədə göstəriş verilib. […]

Ana bətnindəki körpəni qucaqlamaq mümkün olacaq – YENİLİK

Rusiyada qurulan “Embrio 3D” adlı şirkət körpələrinin dünyaya gəlməsi üçün 9 ay gözləyə bilməyən valideynlərə mujdə verib. Turkustan.info xəbər verir ki, şirkət bətndəki dölün ultrasəs fotolarından yararlanaraq körpənin kompüterdə son dərəcə detallı şəkildə bir modelini hazırlayır. Bu modellər 3D aparatlarla cisim şəklinə salınır. “Embrio 3D”ləri plastik, hətta, qızıl, gümüş, platin kimi […]

Dünyanı su bassa, su altında qalacaq ölkələr – SİYAHI

Min illərdir ki, insanlar dünyada həyatın necə sonlanacağına dair rəvayətlər, fəlakət senaryoları hazırlayır. Hətta bu fəlakət senaryolarına əsasən reytinqli filmlər ərizəyə gətirilir. Dünyanın sonunun əsasən yerə istiqamətlənən astereoid və ya zəlzələlərlə gələcəyi düşünülsə də alimlər buna çox az ehtimal verir. Turkustan.İnfo “Forbes”-ə istinadən xəbər verir ki, Kalifornio Universiteti professorlarının fikirincə okean […]

“Maşın” şouda yeni adlar bəlli oldu

Məlum olduğu kimi, çoxlarının səbrsizliklə gözlədiyi, məşhurlar arasında ən qızğın söz davalarına səbəb olan “Maşın” realiti şousu yenidən efirə qayıdır. Ramazan ayında yayımlanması nəzərdə tutulan verilişin iştirakçıları da maraq doğurur. Turkustan.info bildirir ki. Minval.info özəl olaraq şouda maşın uğrunda savaşacaq daha bir neçə məşhurun adını əldə edə bilib. Məlumata görə, aparıcılar […]

Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının üçüncü günüdür. Turkustan.info-nun  məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 19-da Bakıda imsak saat 03:38, iftar isə saat 20:09-dadır. Ramazan ayının 3-cü gününün duası: “Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”. Tərcüməsi: “İlahi, bu ayda […]

Aygün Attar şikayət etdi, Garo Paylan haqqında araşdırma başlandı

HDP İstanbul Millət vəkili Garo Paylan haqqında “Prezidenti təhqir” maddəsi ilə cinayət işi açılıb. Turkustan.info Türkiyənin Cumhuriyyət qəzetinə istinadən xəbər verir ki, prokurorluq Paylan haqda açılmış cinayət işinin dosyesini artıq TBMM-ə göndərib. Türkiyənin Ədliyyə nazirliyi Paylanın ölkə konstitusiyasının 301-ci maddəsi ilə mühakimə olunmasında heç bir qanunsuzluq olmadığını açıqlayıb və buna […]

“Viaqra”nı tarixə qovuşduran İNANILMAZ KƏŞF: Cəmi 1 iynə ilə

Danimarkanın elm adamları cinsi əlaqə zamanı ereksiyanın disfunksiyasını yaradan amillərlə bağlı önəmli kəşfə imza atıb. Turkustan.info xəbər verir ki, mütəxəssislər kəşf etdikləri bir iynə ilə yaranan problemi ortadan qaldırmağı bacarıb. 20 milyon kök hüceyrədən istifadə edərək düzəldilən bir inyeksiya yaxın gələcəkdə kişilərdə ereksiya olmaması probleminə çarə ola və “Viaqra” kimi dərmanların […]

Ərdoğanın bu sözləri ərəb aparıcını heyran etdi – Video

Adı açıqlanmayan ərəb əsilli televiziya aparıcısının Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsrail-Fələstin münaqişəsi ilə bağlı fikirlərindən böyük həyəcanla danışması sosial şəbəkələrdə paylaşım rekordu qırıb. Turkustan.info xəbər verir ki, aparıcı efirdə Ərdoğanın İsrailə qarşı sərgilədiyi mövqeyə heyran qaldığını, onun ABŞ-İsrail qətliamlarına səssiz qalmayan yeganə lider olduğunu vurğulayıb. Həmin görüntüləri təqdim edirik: /Axar.az/

İslam dünyası Qüds imtahanında sinifdə qalıb – Ərdoğan

Mən sionistlərlə musəviləri bir-birindən ayırıram. Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yeniqapı meydanında təşkil edilən “Zülmə lənət, Qüdsə dəstək” mitinqində çıxışı zamanı deyib. “Bizim mübarizəmiz musəvilərlə deyil. Əsas mübarizə sionistlərlədir. Zülm edənlərin cəhənnəmə qədər yolları var. Qüds sadəcə bir şəhər deyil, eyni zamanda simvoldur. Qüds […]

Azərbaycan Xalq Cümhuriyyətinin dil və əlifba qərarları

Elçin İBRAHİMOV  “Türkologiya” jurnalının məsul katibi  Parlament sənədləri üzərində apardığımız tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay müstəqil olmasına baxmayaraq, həmin dövr ədəbi dilimizin tarixində xüsusi bir hissəni təşkil edir.  Biz tədqiqatımızda yalnız dil məsələlərini araşdırdıq. Halbuki cümhuriyyət dövründə ədəbiyyat, mədəniyyət, teatr, incəsənət və s. sahələrdə […]

1 terebayt yaddaşı olan İLK SMARTFON – FOTO

Çinin “Smartisan” şirkəti 1 terabayt tutumlu quraşdırılmış yaddaşla təchiz edilən “Smartisan R1” smartfon modelini təqdim edib. Turkustan.info xəbər verir ki, smartfonun korpusu şüşə panellərdən və alümin çərçivədən ibarətdir. Qurğu Full HD+ (2240 x 1080 piksel) təsvir ölçülü və tərəflərinin nisbəti 18,7:9 təşkil edən 6,17 düym diaqonallı ekran, barmaq izi skaneri, 12+20 […]

Asim Mollazadə: “Azərbaycanla Türkiyə səlib yürüşü təfəkküründə olanların hədəfindədir”

“Avropa Şurasının gündəmində müzakirə mövzusu Avropada artan ksenofobiya, islamofobiya və antisemitizm idi. Lakin bunun əvəzinə Azərbaycanın müzakirəsi gündəmə gəldi”. Turkustan.info xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı sözügedən […]

Xərçəngə qalib gəlməyin yolu tapıldı

İsveçrənin Lozanna politexnik məktəbinin alimləri xromosomları aktiv oksigen formalarının təsirlərindən və telomerlərin qısalmasından qoruyan iki ferment ortaya çıxarıb.   Turkustan.info “MedicalXpress”ə istinadən xəbər verir ki, onların aktivliyinin dayandırılması yüksək telomeraz fəallığı ilə müşayiət olunan xərçəngli şişlərlə qarşı mübarizəyə kömək olacaq. Hüceyrə parçalanmazdan əvvəl onun DNT-si xromosomlara çevrilir və beləcə genetik materialı zədələnmələrdən qoruyur. […]

Prezident icra başçısını işdən çıxardı – Yeni təyinat

Prezident İlham Əliyev Naftalanın icra başçısını işdən çıxarıb.  Turkustan.info xəbər verir ki, bununla bağlı sərəncamda bildirilir ki, Natiq Musa oğlu Aslanov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin. Prezidentin digər sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilb.  /Mia.az/

İş adamları birbaşa Miqrasiya Xidmətinin rəhbərinə müraciət edə biləcəklər – FOTOLAR

Bu gün Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynovun rəhbərliyi ilə ölkədə fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüş keçirilib. Turkustan.info AzVision.az-a istinadən xəbər verir ki, görüşün məqsədi Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazələri, əmək miqrasiyası kvotası barədə işəgötürənlərə zəruri məlumatların çatdırılması, əcnəbi işçi qüvvəsinə tələbatın təmin edilməsi zamanı yaranan […]

Sarkisyan ailəsinin hesabları donduruldu

Erməni Vəkillər Assosiasiyası sabiq prezident və baş nazir Serj Sarkisyanın ABŞ səfirliyindəki hesabları ilə bağlı qalmaqallı məlumatları araşdırmağa çalışıb. Erməni Vəkillər Assosiasiyasının sədri karen Zadoyan bildirib ki, ABŞ tərəfi Serj Sarkisyan və onun ailəsinin hesablarının dondurulması ilə bağlı məlumatı təkzib etməyib  Bundan əvvəl, erməni KİV-də Serj Sarkisyan və onun ailəsinin […]

Sarkisyan Qarabağla bağlı Əliyevlə razılaşmışdı, lakin… – Papyan HƏR ŞEYİ AÇDI

“Danışıqlar masasında “Madrid prinsipləri” əsasdır. Bu, yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi müzakirə olunur”. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan deyib. Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək çətindir. O, Nikol Paşinyanın Azərbaycan lideri ilə […]

Merkeldən Putinin gül dəstəsinə rusca CAVAB – VİDEO

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Soçiyə gəlib. Turkustan.info xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda” nəşrinin müxbiri Dmitri Smirnov yazıb. Onun sözlərinə görə, kansler söhbətə rus dilində başlayıb. “Putinin iqamətgahın girişində Merkel Medvedevlə görüşdü. Merkel bildi ki, o, indi hökuməti formalaşdırıb və ona uğurlar dilədi. Və […]

Rusiyadan Azərbaycana qarşı GÖZLƏNİLMƏZ İDDİA: Qarabağ… – ŞOK SÖZLƏR

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski erməniləri dəstəkləyən açıqlama verib. Turkustan.info xəbər verir ki, Jirinovski Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR rejiminin danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib: “Çünki onların “torpaqlarının” taleyi həll olunur”. Jirinovski daha sonra qondarma iddia irəli sürərək, Dağlıq Qarabağın SSRİ […]

Səməd Seyidov niyə hədəfə alınır?

Azər HƏSRƏT Yazıblar ki, AŞPA bu qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edib. Bu haqda əlavə məlumat veriləcək. Bilmirəm, doğrudur, ya yalan. Amma bu məlumat mənə bir qədər şübhəli gəldi və qısa bir araşdırma aparmalı oldum. Oxuduğum ilk xəbərdə deyilirdi ki, bu məlumatı Almaniya Bundestaqının üzvü Frank […]

Müsavat Partiyasında İSTEFA

Yadigar Sadıqov Müsavat Partiyasının başqanının müavini vəzifəsindən istefa verib. Turkustan.info  report-a istinadən xəbər verir ki,  o, bununla bağlı ərizə yazıb. Y.Sadıqov açıqlamasında deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılığının olmasıdır: “Bunlar partiyadaxili məsələlərdir”. O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, ötən il […]

Qənirə Paşayeva xanım nazirlərlə Qarabağı müzakirə etdi – FOTO

Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirlikləri, Tuvalu, Nauru və Filippinin qadın nazirləri ilə görüşüb. Turkustan.info xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi olub. Millət vəkili görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental […]

Mərhum nazirin villası sökülür – Foto

Sabiq energetika naziri, mərhum Natiq Əliyevin paytaxtın Teymur Əliyev küçəsində olan villası sökülür. Turkustan.info xəbər verir ki, sabiq nazirin villası ailə üzvləri tərəfindən satılıb. Hazırda Natiq Əliyevin villasının sökülməsinə başlanılıb. İş icraatçılarının sözlərinə görə, villanı alan şəxs onun yerində otel tikdirmək niyyətindədir.   /Unikal.org/

“Ermənilər turistlərə Dağlıq Qarabağı ayrıca dövlət kimi tanıtmaq istəyirlər” – FOTOLAR + VİDEO

Ermənilər xarici turistləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda otel, motel və hostellər istifadəyə verib.   BakuPost unikal.org-a istinadən xəbər verir ki, Ermənistan hökuməti işğal etdiyi Azərbaycan torpaqlarında memarlıq nümunələri sayılan binaları təmir edərək otel kimi istifadəyə verirlər. Bədnam qonşularımız gələn turistlərə Azərbaycanın tarixi abidələrini, memarlıq nümunələrini və yeməklərini […]

“Hüseyn Abdullayev ölər, ancaq kimsəyə yalvarmaz” – “Quska”dan ilk açıqlama

Ötən ay Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, biznesmen Hüseyn Abdullayev vəkilləri vasitəsiylə ilk müraciətini yayıb.  Turkustan.info qafqazinfoya istinadən bildirir ki, bu müraciət vəkillər Ruhid Əkbərovla Fərid Həsənov tərəfindən təqdim olunub. Həmin açıqlamada “Quska” ləqəbli iş adamı hər şeydən əvvəl ağır günlərində ona dəstək olanlara təşəkkür edib: “Bugünlərdə vəkillərimin […]

“Təhsil haqqında” qanunda dəyişiklik: “Uşaqlar 1 yaşından …”

Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub. Turkustan.info xəbər verir ki, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil […]

Ziya Məmmədovun qardaşı: “Nə hadisə, hansı Hadisə, plyaj nədir? – AÇIQLAMA

“Əlağa Hüseynov bu dövlətin inkişafı üçün çalışan, Cənab Prezident İlham Əliyevə sədaqətlə xidmət göstərən bir deputatdır və onun haqqında mətbuatda aparılan şər-böhtan kampaniyası məqsədli şəkildə tirajlanır”. Turkustan.info bildirir ki, bu sözləri “Azxəbər.com”a açıqlamasında Milli Məclisin sabiq deputatı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yaxın qohumu, millət vəkili Əlağa Hüseynovun […]

Hikmət Hacıyev: Rusiya XİN-ə ciddi etiraz bildiriləcək

Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu, heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə, regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Turkustan.info xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət […]

Səməd Seyidov: Sanksiyaya məruz qalmağımdan şərəf duyuram

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı tətbiq edilən sanksiya ilə bağlı Milli Məclisdə çıxış edib.  Turkustan.info-nun xəbərinə görə, o qeyd edib ki, bir insan kimi onun üçün bu, asan deyil, çünki ədalətsizliklə qarşılaşıb:  “Uzun illər Avropada fəaliyyət göstərmişəm. İndi işlədiyim yerdə sanksiya ilə üzləşmək mənim üçün asan deyil.  Ancaq buna baxmayaraq, […]

Niderland Krallığının PETC+ şirkətinin direktoru ADAU-da olub

Niderland Krallığının PETC+ şirkətinin direktoru Ad de Ponti və biznes üzrə meneceri Riçard Vilms Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar. Səfərin məqsədi ADAU-da təhsil alan tələbələrin qeyd olunan şirkət vasitəsiə Niderland Krallığının aparıcı aqrobiznes müəssisələrində təcrübələrin təşkilinə dair müzakirə aparmaq olub. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor […]

Azərbaycanda 4 uşaq xəstəxanalıq oldu – YENİ TƏHLÜKƏ

Cənub bölgəsində 4 azyaşlıda qanın parçalanması-favizm xəstəliyi aşkarlanıb. APA-nın cənub bürosunun məlumatına görə, Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəran rayonun Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Lənkəran rayonunun Separadi […]

Fazil Mustafa: “Məmurları belə rahat xərcləməklə nəyə nail oluruq?”

Milli Məclisdə çıxış edən deputat Fazil Mustafa AŞ PA-da Azərbaycan nümayəndə heyətinin sədrinə qarşı sanksiya qərarına münasibət bildirdi. O, beynəlxalq komitə, yaxud Milli Məclis səviyyəsində bəyanat hazırlamağı, növbəti iclasda yaymağı təklif etdi. F.Mustafa həmçinin iyul ayında Strasburqda Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir tədbir keçirməklə də sanksiya qərarını verən […]

“Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub” – Əli Məsimli

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti barədə hesabatını təqdim etdi. O bildirdi ki, Palata tərəfindən 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 milyon manat vəsait əhatə olunub ki, bunun 22,9 faizi dövlət büdcəsinin xərcləri, 4,4 faizi büdcədənkənar fondların vəsaitləri, 0,09 faizi Naxçıvan Muxtar […]

Jalüzə görə cərimə qanunsuzdur – Məhkəmə qərar verdi

“Avtostop.tv” saytında avtomobillərdə jalüzə görə cərimənin qanunsuz olmasıyla bağlı yazı dərc olunub. Həmin yazıda bu problemlə üzləşən sürücüyə məhkənin verdiyi qərar yer alıb. Sözügedən yazını təqdim edir: “Biz daim bu barədə efirdən danışmışdıq. Avtomobilə mövsümə uyğun jalüz tələb etmək absurddur. Mövsümdən kənar isə jalüz istifadə etməyə görə cərimə yazılması isə […]

ADAU-da fermerlər zərərvericiləri “idarə etməyi” öyrənirlər

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində  fermerlər üçün dənli taxıl bitkiləri və qarğıdalı bitkisi üçün  “Zərərvericilərin inteqrir idarə olunması” üzrə təlimlərə başlayıb. Təlimlər Kənd Təsərrüfatı  Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil […]

Hökumət gömrüklə bağlı dəyişiklik etdi – Ölkəyə gətirilən avtomobilərlə bağlı yeni QAYDALAR

Nazirlər Kabineti “Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edib. Turkustan.info xəbər verir ki, qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin […]

Milli Məclisdə “5 qəpik” və “cəmdək” söhbəti

Dövlət rüsumu konkret olmalıdır, burada yuvarlaq rəqəm seçilməlidir. Turkustan.info xəbər verir ki, bunu parlamentin Aqrar siyasət komitəsinin mayın 18-də keçirilən iclasında millət vəkili Aydın Hüseynov deyib. O, qeyd edib ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə 5 qəpikdən 5 manatadək sözünün yazılması bir o qədər düzgün deyil: “Çünki bildiyiniz kimi, reallıq budur […]

Britaniyanın kəşfiyyat rəisi: “Moskvaya zərbə endirməyə hazır olmalıyıq”

Britaniya hakimiyyəti Qərbə qarşı təhdidlərin kəskin artması vəziyyətində Rusiyaya qarşı ən sərt cavabı verməyə hazır olmalıdır. Turkustan.info “Daily Express”ə istinadən xəbər verir ki, bu barədə Britaniya hərbi kəşfiyyat idarəsinin rəhbəri, aviasiya marşalı Farşalı   hərbi kəşfiyyat idarəsinin rəhbəri marşal Filip Osborn çıxışında bildirib. Birləşmiş Krallıq İnstitutunda çıxışı zamanı Osborn Britaniyanın kiber […]

200 manat cərimə və ya 1 ay həbs… – Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir: “Son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək […]

Jurnalistlər Oqtay Əsədova müraciət etdilər – Əliağa Hüseynovun hərəkətlərinə qiymət verilsin!

Turkustan.info bildirir ki, Parlament Jurnalistləri Birliyi və Modern.az saytı Milli Məclisin sədri Oqtay Əsədova və Salyan seçicilərinə müraciət edib. Müraciətdə 59 saylı Salyan seçki dairəsinin deputatı, ehtiyatda olan general-leytenant  Əliağa Hüseynovun Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində jurnalistlərin və Silahlı Qüvvələrimizin ünvanına təhqiramiz ifadələr işlətməsinə etiraz edilib, Milli Məclis rəhbərliyindən […]

Bakıda şəxsiyyət vəsiqəsi ilə yeni fırıldaq – Oxuyun ki, aldanmayasınız

Paytaxtda şəxsiyyət vəsiqəsi ilə müəyyən elektronik  avadanlıqları kirayə verənlər yeni fırıldaqçılarla qarşılaşıblar. Turkustan.info məlumat verir ki, fotoaparat, “Playstation” oyun konsulu kimi elektronik avadanlıqlar bir neçə günlüyə icarəyə vermək ənənəsi var. Bu zaman mal sahibi icarədardan sadəcə şəxsiyyətini təsdiq edən sənədi girov kimi alır. İcarəyə götürən də, həmin avadanlıqları sahibinə geri qaytaranda […]

“20 manatım vardı, gedib bacımın meyitini gətirə bilmədim…” – Bakıdakı dəhşətli hadisənin yalanları…

Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə davam edir. Turkustan.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi hakim Eldar İsmayılovun icraatına araşdırılır. İstintaqla müəyyən edilib ki, Cavad İbrahimov ailə qurduqdan bir müddət sonra spirtli içki içərək heç bir səbəb olmadan evdə mübahisə yaratmağa başlayıb. Tüfeyli […]

Liderlər də ağlayır: Kimi yatağında, kimi arvadının qarşısında, kimi mahnıya qulaq asanda: Tetçerin, Rıjkovun, Putinin, Obamanın… göz yaşları- FOTOLAR

Rusiyada Hesablama Palatasının sədri Tatyana Qolikova vəzifədən getməsindən daha çox deputatlar qarşısında ağlaması ilə diqqəti çəkib. Dövlət Dumasında deputatlar qarşısında son çıxışını edən palata sədri göz yaşlarını saxlaya bilməyib. Bu isə “siyasilər də ağlayır” müzakirələrini gündəmə gətirib.  Tatyana Qolikova ağlayan tək yüksək vəzifəli məmur deyil. Hətta dövlət başçıları da zaman- […]

NATO-nun “qorxulu röyası” – Rusiyanın ən yaxşı DÖYÜŞ TƏYYARƏLƏRİ

Mərkəzi ABŞ-da yerləşən “The National Interest” (Milli Maraqlar) hərbi mövzulu dərgi Rusiya istehsalı olan universal Su-35 döyüş təyyarəsi haqqında geniş məqalə yayımlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, məqalədə Su-35-lər Rusiyanın ən yaxşı təyyarələri adlandırılıb. Bu döyüş təyyarələri nəslinin üzvləri əvvəlki xələflərindən heç də geri qalmır. Su-27 Rusiyanın “Sukoi” şirkətinin emal […]

İrəvandan İsrailə: “Erməni soyqırımı”ndan sui-istifadə etmə!

İsrail “erməni soyqırımı” kartından istifadə etmək istəyir. Turkustan.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan paylaşıb. “İsrailin Türkiyə ilə çətin geosiyasi oyun yaşadığı dönəmdə “erməni soyqırımı”nıtanıması məsələsiylə bağlı spekulyasiyaları yolverilməzdir”, – deyə o bildirib. Qeyd edək ki, bundan öncə İsrail-Türkiyə münasibətləri Qəzza […]

İran dolları sarsıdacaq proses başlatdı: davamlı olarsa… – Şərh

Bu, İranın seçimidir və rezonans doğuracaq siyasi addımlardan biridir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Avropa Birliyinin İrandan neft tədarükünə ödənişi ABŞ dolları əvəzinə avro ilə etməyi planlaşdırmasını şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı Avropa və İrandan neft alan digər ölkələrin “fyuçers” müqavilələrini yenə dollarla bağlayacağını bildirib: “Yalnız ödənişlər […]

Azərbaycanda bu dövlət komitəsi ləğv edildi – Komissiya yaradıldı

Nazirlər Kabinetinin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradılıb. Turkustan.info-nun “APA-Economics”ə istinadən verdiyi məlumata görə, Komitənin kreditor borcları olan hüquqi və fiziki şəxsləri öz tələblərini mayın 18-dən iyulun 18-dək ləğvetmə komissiyasına bildirə bilərlər. Xatırladaq ki, “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli […]

Bu gün Milli Məclis 10 məsələ üçün toplaşır – SİYAHI

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Turkustan.info xəbər verir ki, bu gün iclasda aşağıdakı məsələlər müzakirə olunacaq: Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. “Təhsil haqqında” […]

Spirtli içki satanlar bu qaydaya əməl etməli olacaq

Azərbaycanda etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir. Turkustan.info APA-ya istinadən xəbər veri ki, bu, Nazirlər Kabinetinin  “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət […]

Ölən dilənçinin bank hesabları hamını heyrətə gətirdi – Hesabındakı pulun məbləğinə baxın – VİDEO

Livanda uzun müddətdir dilənçilik edən 54 yaşlı Fatma Məhəmməd adlı qadın həyatını itirib   Qadının ölümü barədə araşdırma aparan polis, onun hesabında 5,5 milyon dollar pul olduğunu üzə çıxarıb. Yerli sakinlər arasında yaxşı tanınan Fatma Məhəmmədin evində isə 4 min dollar pul tapılıb. Köhnə daxmada ömür sürən Fatma dünyanın ən […]