Qənirə Paşayeva xanım nazirlərlə Qarabağı müzakirə etdi – FOTO

Millət vəkili Qənirə Paşayeva Birləşmiş Ərəb Əmirlikləri, Tuvalu, Nauru və Filippinin qadın nazirləri ilə görüşüb.

Turkustan.info xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi olub.

Millət vəkili görüş zamanı 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması haqda danışıb.

Q.Paşayeva görüşün sonunda nazirlərə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyə və materiallar təqdim edib.