Gün: May 19, 2018

Yol polisindən qorxan sürücü saatlarla namaz qıldı – VIDEO

Yol polisi saxlayan zaman müxtlif bəhanələrlə yaxasını qurtarmaq istəyən sürücülər var. Amma bu sürücü elə bir yol seçir ki, polislər də mat qalır. Belə ki, saxlanılan kimi avtomobildən cənamaz götürən sürücü qibləni soruşur və namaz qılmağa başlayır. Bir neçə saat dayanmadan namaz qılır. Polis isə onu gözləyir. Sonda polis sürücünü […]

Eşq acısı, siqaret asılılığı… – Bunlardan 1 saata xilas olmağın YOLLARI

Terapevt Pol Emeri iddia edir ki, “Kvant Emosional və Fiziki Terapiya” (KEFT) nəzəriyyəsi ilə stress, qorxular, depressiya, siqaret asılılığı, eşq acısı və yemək istəyi kimi problemlər 85 faiz uğurla aradan qaldırıla bilər. Terapevt iddia edir ki, Kvant Emosional və Fiziki Terapiyası ən son elmi kəşflərə, psixologiyaya və fəlsəfə elminə, dünyanın […]

“Get işinlə məşğul ol, qaydanı pozmuşam…” – VİDEO

Bəzi “peşəkar” sürücülər unudurlar ki, bu cür davranışlar problemdən çıxış yolu deyil. Yol hərəkəti qaydalarına əməl etməyənlər hər zaman xoşagəlməz məqamlarla rastlaşır – mübahisələrlə, cərimələrlə. Sürücülərin başına gələn problemlərin, əslində, asan həlli yolu var – sükan arxasına əyləşərkən yol hərəkəti qaydalarına, əlini vicdanına qoyaraq daim əməl etmək. Əks halda xoşagəlməz […]

Ərdoğana sui-qəsd planı – Təhlükəsizlik xidməti hərəkətə keçdi

Türkiyə kəşfiyyatına Bosniya və Herseqovinaya səfər öncəsi Prezident Rəcəb Tayyib Ərdoğana qarşı türk əsilli qrup tərəfindən sui-qəsd planlandığı barədə məlumat daxil olması təhlükəsizlik qüvvələrini hərəkətə gətirib. Makedonyanın paytaxtı Skopyedə yaşayan türklər kəşfiyyat orqanlarına prezidentin Balkan ölkələrinə səfəri əsnasında ona qarşı sui-qəsd təşkil ediləcəyinə dair məlumat ötürüblər. Qərb kəşfiyyat idarələri də […]

Rəsulzadə yaradıcılığında Cənubi Azərbaycan mövzusu

Əkrəm Rəhimli (Bije)  Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi            Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə XX əsr tariximizdə şanlı səhifə açan, Şərqdə ilk Demokratik Cümhuriyyətin 100 illik yubileyi Azərbaycanın bütün bölgələrində qeyd olunur. Bu unudulmaz tarixin ən böyük önəmi ondadır ki, o, Yaxın və Orta Şərqdə Azərbaycanı müstəqil, demokratik, […]

Doktor Rəşad Mahmudov: “Barəmdə yayılan məlumatlar həqiqətdən tam uzaqdır”

Milli Məclisin deputatı, tanınmış ürək cərrahı Rəşad Mahmudov barəsində sosial mediada və bəzi saytlarda yayılan xəbərlərə münasibət bildirib.  Turkustan.info onun Modern.az saytına açıqlamasını olduğu kimi təqdim edir: “Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuşam və buradakı fəaliyyətimlə bağlı 1 illik əmək müqaviləsi bağlanmışdı. Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək […]

İlin toyunun xərcləri açıqlandı

Şahzadə Harri və amerikalı aktrisa Meqan Marklın Vindzor sarayında baş tutan toyunun maliyyə xərcləri açıqlanıb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, ilkin hesablamalara əsasən, mərasimə 42.8 milyon dollar xərclənib. 800 nəfərin dəvət edildiyi toyun əsas xərcini mühafizə sisteminin qurulması təşkil edib. Konkret olaraq 42.8 milyon dolların 94 faizi toy […]

Neftlə bağlı sevindirən proqnoz

“Bazarda neftə güclü təlabat var. OPEK və Rusiya bu məsələdə güclü siyasət yürüdürlər. Eyni zamanda İran məsələsi də bu işə öz təsirini göstərir”. Turkustan.İnfo Qaynarinfo-ya istinadən xəbər verir ki, Fransanın “Total” şirkətinin baş direktoru Patrik Puyanne deyib. O, bildirib ki, yaxın aylarda neftin bareli 100 dollara satılacaq: “Bu hallar neftin qiymətini […]

Azərbaycandan gedənlər üçün arzuedilməz xəbər: MƏHKƏMƏ GƏLİR

Almaniya kansleri Angela Merkel məhkəməyə verilib. Turkustan.info yerli mətbuata istinadən bildirir ki, kanslerlə bağlı məhkəməyə ərizəni Almaniya üçün Alternativ Partiyası təqdim edib. Merkel miqrasiya siyasətinə görə məhkəməyə çəkiləcək. Qeyd olunur ki, Almaniya parlamenti (Bundestaq) da miqrasiya siyasətində iştirak hüququna malikdir. Partiyada hesab edirlər ki, parlament də kanslerin bu sahədəki fəaliyyətini yoxlamaq, […]

Ermənistanı qan gölünə çevirməyə SÖZ VERDİLƏR – Terror qruplaşması HƏRƏKƏTƏ KEÇİR

Ermənistanın polisi “Sasna Çrer” silahlı qrupun üzvlərini İrəvanda məhkəmə binasından çıxarıblar. Turkustan.info “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistan polisinin KİV-lə əlaqələr və analiz şöbəsinin rəhbəri Edqar Canoyan bildirib. Bina onların azad edilməsini tələb edən “Sasna Çrer”in tərəfdarları tərəfindən mühasirəyə alınmışdı. “Polislər zəncir yaradaraq müqəssirləri məhkəmə binasından sakitcə […]

Telman İsmayılov hücuma keçdi

Moskvadakı “Çerkizovsk” bazarının sahibi olmuş Azərbaycan əsilli müflis oliqarx-milyarder, sifarişli qətllərə görə hazırda axtarışda olan Telman İsmayılov “Rosbalt” agentliyinə qarşı məhkəmə iddiası qaldırıb. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, “AST Telman” agentliyi onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərbə vurmaqd günahlandırır, barəsində dərc edilmiş seriya məqalələrə görə 1 milyon rubl təzminat […]

Fransa ordusundan PKK-ya dəstək – Batalyon göndərdi

Fransa ordusu YPG və PKK terror təşkilatının işğal etdiyi əraziyə 6 topçu batalyonu yerləşdirib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı “Yeni Akit” yayıb. Topçular Suriyanın İraq sərhədinəki Baquz kəndinə yerləşdirilib. Qeyd edək ki, son vaxtlar fransalı əsgərlər Menbiç, Haseke, Rakka və digər yerlərdə aktivliyini artırıb.   /Axar.az/

Paşinyan daha bir yeni naziri Qarabağa göndərdi – FOTO

Ermənistanın yeni mədəniyyət naziri Lilit Makunç mayın 18-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib. Turkustan.info erməni mediasına istinadən xəbər verir ki, yeni nazir Xankəndində qurulan separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə turzim və mədəniyyət sahəsinə dair bir sıra məsələlər müzakirə olunub. Qeyd edək ki, mayın 18-də Ermənistanın yeni xarici […]

Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib

Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən “üz-üzə” gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb. Turkustan.info-nun RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. Xatırladaq ki, daha əvvəl XİN […]

Hitlerin ölümünün dəqiq vaxtı açıqlanıb

Alimlər 1946-cı ildən indiyə qədər ilk dəfə olaraq Adolf Hitlerin dişləri üzərində araşdırma apararaq onun ölümünün dəqiq vaxtını açıqlayıblar. Turkustan.info xəbərinə görə, bu barədə Phys.org məlumat yayıb. Ekspertizanın rəyinə görə, Hitler 1945-ci ilin aprelində ölüb. Alimlər Hitlerin ölümündən bir il öncə kəlləsinin radioqrafiyasının şəkli ilə kəllə parçasını müqayisə ediblər. Qalıqlar […]

İntihar edən abituriyentin babası dəhşətli faktlar açıqladı – VİDEO

May ayının 13-ü qəbul imtahanından çıxandan sonra gecə saatlarında Sumqayıt şəhər sakini, abituriyent Pənah Quliyev özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə elektron mətbuatla yanaşı, televiziya kanallarının da əsas müzakirə obyektinə çevrilib. 17 yaşlı Pənah Quliyevin ölümü ilə bağlı bəzi kanallarda aparılan müzakirələr onun ailəsinin narazılığına səbəb olub. […]

İnsanları kasıb edən vərdişlər – BUNLARDAN UZAQ DURUN

Aleksandr Şeps insanları kasıb edən, ruzinin qarşısını alan müəyyən vərdişlərin siyahısını tərtib edib. Ekstrasens Şeps bu siyahını rəsmi səhifəsində dərc edib. Aleksandr iddia edir ki, əgər bu 6 vərdişi tərgitsək, rifahımızı yaxşılaşdıra bilərik. Şikayətlənmək vərdişi Əgər insan daim pulsuzluqdan və ya bədbəxt olduğundan şikayət edirsə, bu zaman onun şüurunda neqativlik […]

Pediatrdan məsləhət: Uşaqları təmiz saxlamayın

Uşaqları həddən artıq təmiz saxlamaq onlar üçün faydalı yox, əksinə, zərərlidir. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri uşaq pediatrı Altay Abdullaoğlu bildirib. Pediatrın sözlərinə görə, uşaqları tez-tez spirtləmək heç də faydalı deyil: “Uşaqların əllərini tez-tez dezinfektorlarla yumaq, spirtləmək çox da yaxşı deyil. Uşaqların sağlamlığı üçün zərərlidir. Belə uşaqlar daha […]

Petrosyan Paşinyana yaxınlaşır: Qarabağın həlli prosesi…

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Nikol Paşiniyanın qeyri-rəsmi, amma əsas müşaviri olmaq istəyir. Turkustan.info xəbər verir ki, bunu “Sputnik Ermənistan” agentliyinə açıqlamasında erməni politoloq Vigen Akopyan deyib. Onun sözlərinə görə, Ter-Petrosyan Paşinyanın mövqelərinin zəif tərəflərini görür, ona görə də maksimal şəkildə yararlı olmağa çalışır: “O hesab edir ki, Paşinyanın baş müşaviri olmaqla […]

Azərbaycana gələn erməni nazirdən acı Qarabağ sözləri

Mayın 18-də Ermənistan xarici İşlər naziri Zoqrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər ediblər. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə Dağlıq Qarabağ separatçıların lideri Bako Saakyanla David Tonoyanın görüşündə “ordu quruculuğu” sahəsində məsələlər müzakirə edilib. Bako Saakyanla görüşündən danışan Zoqrab Mnasakanyan Dağlıq Qarabağ münaqişəsinin […]

Ramazan ayının dördüncü gününün – DUASI və TƏQVİMİ

Turkustan.info müqəddəs Ramazan ayının 4-cü gününün təqvimi və duasını təqdim edir. 04 ramazan 1439 – 20 may 2018 İmsak: 03:37 İftar: 20:10 4-cü günün duası: Alahummə qəvvini fihi əla iqaməti əmrik. Və əziqni fihi həlavətə zikrik. Və əvzi-ni fihi li-ədai şükrik. Bikərəmikə vəhfəzni fihi bihifzikə və sətrik, ya əbsərən-nazirin. Tərcüməsi: İlahi, […]

Azərbaycan qaziləri Türkiyə Böyük Millət Məclisində – Fotolar

NÜMAYƏNDƏ HEYƏTİ ANKARADA MÜDAFİƏ NAZİRLİYİNDƏ DƏ GÖRÜŞ KEÇİRİB. Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Türkiyənin paytaxtı Ankarada görüşlərini davam etdirir. Mayın 18-də, səfərin üçüncü günü nümayəndə heyəti Türkiyə Silahlı […]

Daha bir prezident “Diriliş Ertuğrul” heyranı imiş – Fotolar

“Diriliş Ertuğrul” serialının rejissoru Mehmet Bozdağın İnstaqram hesabında etdiyi paylaşım minlərlə bəyənmə toplayıb. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet səhifəsində Venesuella prezidenti Nikolas Maduronun “Diriliş Ertuğrul” heyranı olduğunu sübut edən bir foto yerləşdirib. Rejissorun “Serialımızı izləyən Venesuella prezidenti bizə salam göndərib. Ona təşəkkür edirik” qeydi ilə paylaşdığı foto […]

Ərdə olan əmisi qızı ilə gizlicə görüşdü, zorladı, sonra… – Bakıdakı moteldə DƏHŞƏTƏ

Bakıda 4 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, 2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumu – Kürdəmir rayon sakini Asim […]

Ömürlük məhkumlarla bağlı YENİLİK – Məhkəmə onların işinə yenidən baxa bilər

“Prezident İlham Əliyev tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb. Burada əsas  məqsəd cəza siyasətinin humanistləşməsi ilə bağlıdır. Eyni zamanda Cinayət Məcəlləsinə 300-dən artıq dəyişiklik edilib. Artıq həmin […]

Azercell yeni vakansiyaları ilə Karyera sərgisində iştirak edib

24 illik fəaliyyəti ərzində tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək olan Azercell ölkəmizdə keçirilən Karyera sərgilərində iştirakını davam etdirir. Şirkətin İnsan Qaynaqları Departamentinin və Müştəri Kanallarının İdarə Edilməsi Departamentinin  əməkdaşları məzunların və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına kömək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye […]

“Paşinyanın vəziyyəti Ermənistanın vəziyyəti kimi ağırdır” – RƏY

Məxməri inqilabla hakimiyyətə gələn Nikol Paşinyan özü də etirazların hədəfinə çevrilib. Belə ki, hazırda Ermənistanın bir neçə əyalətində hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Ekspertlər hesab edir ki, bu aksiyaların təşkilatçısı sabiq prezident və baş nazir Serj Sarkisyandır. O, baş verən etirazlarla bağlı konkret mövqeyini nümayiş etdirməsə də, bunun Paşinyana […]

Musa Yaqubun son halı

Xalq şairi Sabir Rüstəmxanlı səhhəti pisləşən Musa Yaqubla son görüşündən danışıb. Turkustan.info xəbər verir ki, O, bu barədə “Qafqazinfo”ya açıqlama verib. S. Rüstəmxanlı qeyd edib ki, Musa Yaqub ədəbiyyatımızın ötən əsrin ikinci yarısında və bu əsrin əvəllərində son dərəcə parlaq şeirlər, poemalar yazmış görkəmli şairidir: “Yaşa dolduqca ilhamı sanki bir […]

Torpaqları qaytarmaq üçün ƏFQAN MODELİ İŞƏ SALINIR: ABŞ bunu edir ki, Rusiya…

Ukraynanın Donbas regionuna səfərinin gedişatında ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Ukrayna artıq Rusiya tərəfindən tutulmuş ərazini qaytara bilməyəcəyini bildirdi. Rusiyanın çox güclü olduğunu deyən amerikalı diplomat eyni zamanda vurğuladı ki, amma Rusiya üçün bundan sonrakı hücumun qiyməti daha da artacaq. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Ukraynanın […]

Qənirə Paşayeva Avstraliyanın XİN başçısı ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Avstraliya XİN rəhbəri və Sidney meri ilə görüşüb. Turkustan.info xəbər verir ki, millət vəklili görüşdə Azərbaycanla Avstraliya arasında əməkdaşlığın daha da genişlənməsinin vacibliyinə də toxunub. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycan, Qarabağ həqiqətləri və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. […]

BDM-dən Sankt-Peterburqda təqdimat mərasimi – FOTOLAR

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda Sankt-Peterburqda ictimai tədbirlərin təşkili layihəsi çərçivəsində təqdimat mərasimi keçirilib. Turkustan.info BDM-dən verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi […]

ABŞ İranı işğal edəcəkmi? – Rusiya ümid edir

Rusiya tərəfi ümid edir ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması Vaşinqtonun bu ölkəyə hücum etmək istəkləri ilə əlaqəli deyil. Turkustan.info xəbər verir ki, bunu “Clarin” qəzetinə müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. “Hadisələrin necə inkişaf edəcəyini söyləmək çətindir. Ümid edirik ki, ABŞ-ın razılaşmadan çıxması Tehrana hücum […]

Türkiyə geri qayıdır: Avropa təşvişdə – VİDEO

Osmanlı imperiyasının dağılması ilə Balkanlardan geri çəkilən Türkiyənin regionda güclənməsi Avropanı qorxutmağa başlayıb. Turkustan.info xəbər verir ki, “Röyters” agentliyinin Türkiyənin Balkanlarda “yumşaq güc”ündən bəhs edən bir yazısı bu qorxunu açıq şəkildə ortaya qoyur. Dörd ölkədə Türkiyənin investisiyalarına fotolarla diqqət çəkən agentlik Avropa İttifaqı liderlərinin Balkan ölkələri ilə təcili zirvə toplantısı təşkil […]

Kayseridə Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyi yarandı

Bu gün Türkiyənin Kayseri şəhərində yaşayan azərbaycanlılar müqəddəs Ramazan ayı münasibəti ilə baş tutan iftar yeməyində bir araya gəliblər. Kayserinin məşhur restoranlarından birində baş tutan İftar duasından və yeməyindən sonra çıxış edən tədbirin təşkilatçısı Elşən Qənbərov bu iftar yeməyinin çox əlamətdar bir hadisə ilə üst-üstə düşdüyünü də vurğulayıb. Belə ki, […]

ADA Universitetinin tələbələri: ADAU-da yaradılan şərait idealdır

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaşlıq etdiyi aparıcı ali təhsil müəssisələrindən biri də ADA Universitetidir. Bu gün ADA Universitetinin professoru, doktor Erol Çakmak və doktor Rəşad Hüseynovun rəhbərliyi ilə müvafiq proqram üzrə təhsil alan 20 magistrant ADAU-ya səfər edib. Səfərin əsas məqsədi  ADA universiteti magistrantlarının ADAU ilə yaxından tanış olmaları […]

Natiq Aslanovu əvəz edəcək icra başçısı kimin oğludur?

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilir. Turkustan.info xəbər verir ki, icra hakimiyyətindən axar.az-a verilən məlumata görə, icranın kollektivinə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak […]

“Azərbaycan qadını əcnəbi kişinin yanında özünü güvəndə hiss edə bilməz”- Psixoloq Fərqanə Mehmanqızı ilə MÜSAHİBƏ

Bu gün real həyatdakı, belə desək, küçədəki insanla sosial şəbəkədəki insan arasında ciddi fərqlər özünü göstərir. Real həyatda özlərini təsdiq edə bilməyənlər sosial şəbəkələrdə aktiv, pafoslu, səsli-küylü olurlar. “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı bu fikirdədir. Turkustan.info psixoloqun Teleqraf.com- müsahibəsini təqdim edir. – Cəmiyyətimizin psixoloji portreti çəkilsə, […]

Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən getdi

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb. Turkustan.info xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.   Xəbəri Rəşad Mahmudovun özü BakuPost-a təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib: “Müqavilənin müddəti bitdiyinə görə, qarşılıqlı olaraq müqaviləyə […]

Ərdoğandan yəhudilərlə bağlı sərt çıxış: Tarixi faktları SİLLƏ kimi üzlərinə VURDU

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı keçirilib. Turkustan.info Sputnik news-a istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısına  Əfqanıstan, Qvineya-Bisau, İran, Qətər, Küveyt, Mavritaniya, Sudan, İordaniya, Fələstin və Şimali Kiprin dövlət başçıları, Fələstin, Qırğızıstan və Pakistanın baş nazirləri və İƏT-yə […]

Daha bir ölkə səfirliyini QÜDSƏ köçürür

ABŞ və Qvatemaladan sonra daha bir ölkə İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürülür. Turkustan.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ölkə Paraqvaydır. Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına […]

Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi

Ermənistanın Tavuş vilayətinin Verin Karmiraxbyur kəndinin 1975-ci il təvəllüdlü sakini Azərbaycanla sərhədi keçməyə çalışıb.  Turkustan.info erməni KİV-ə istinadla xəbər verir ki, o, öz köynəyini ağ bayraq kimi istifadə edib.  Məlumatlara görə, mayın 1-də baş verən hadisənin qarşısı erməni sərhədçiləri tərəfindən alınıb.  Bildirilib ki, Karmiraxbyur orta məktəbini bitirdikdən sonra həmin şəxs Rusiya […]

Deputat: Uşağına tərbiyə verə bilmir, amma bağça müdiri işləyir

Millət vəkili Fazil Mustafa ölkədə uşaq bağçalarının vəziyyətindən çox narazıdır. Deputat Oxu.Az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda uşaq bağçalarının sayı yetərli deyil: “Uşaqları yerləşdirmək üçün uşaq bağçaları çatışmır, azdır. Eyni zamanda, uşaq bağçalarında işləyənlərin əmək haqları çox aşağıdır. Cəmi 130-140 manat maaş alırlar. Kim bu pula gedib işləyər?! Onların əmək […]

“ADAU” komandası “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qalibləri sırasında mükafatlandırılıb

“Azlntelecom” MMC-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirin əvvəlində Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər Diyarşünaslıq klubu və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin birgə təşəbbüsü ilə Qobustan Dövlət Tarixi-bədii qoruğuna səyahət təşkil edilib. 18 may muzeylər günü münasibətilə təşkil olunan səyahətdə Sumqayıt şəhər Diyarşünaslıq klubunun dərnək və kurs üzvləri və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində faəliiyət […]

“Putin və Paşinyanın Soçi görüşü rəsmi Bakıya mesaj idi”

“Putin göstərir ki, inqilaba baxmayaraq Kreml ittifaqa sadiq olaraq qalır və Ermənistandakı hadisələri maydan, Paşinyanı isə Maydan lideri kimi nəzərdən keçirmir” Mayın 14-ü Soçidə Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti çərçivəsində Rusiyanın baş naziri Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan arasında görüş tutub. Olduqca böyük marağa səbəb olan […]