Ərdoğana sui-qəsd planı – Təhlükəsizlik xidməti hərəkətə keçdi

Türkiyə kəşfiyyatına Bosniya və Herseqovinaya səfər öncəsi Prezident Rəcəb Tayyib Ərdoğana qarşı türk əsilli qrup tərəfindən sui-qəsd planlandığı barədə məlumat daxil olması təhlükəsizlik qüvvələrini hərəkətə gətirib.
Makedonyanın paytaxtı Skopyedə yaşayan türklər kəşfiyyat orqanlarına prezidentin Balkan ölkələrinə səfəri əsnasında ona qarşı sui-qəsd təşkil ediləcəyinə dair məlumat ötürüblər.
Qərb kəşfiyyat idarələri də bu məlumatın doğruluğunu təsdiqləyib. Fərqli mənbələrdən gələn məlumatlar əsasında dərhal təhlükəsizlik qüvvələri araşdırmalara başlayıb.
Digər tərəfdən Bosniya və Herseqovinanın rəhbəri Bakir İzetbeqoviçə müxalif qüvvələrin Ərdoğanın səfəri çərçivəsində etiraz aksiyası keçirəcəyi bəlli olub.
Qeyd edək ki, Türkiyə prezidentinin oktyabrın 7-də Bosniya və Herseqovinaya səfəri nəzərdə tutulub.   /eurasiadiary.com/