Azərbaycana gələn erməni nazirdən acı Qarabağ sözləri

Mayın 18-də Ermənistan xarici İşlər naziri Zoqrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər ediblər.
Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə Dağlıq Qarabağ separatçıların lideri Bako Saakyanla David Tonoyanın görüşündə “ordu quruculuğu” sahəsində məsələlər müzakirə edilib.
Bako Saakyanla görüşündən danışan Zoqrab Mnasakanyan Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistanın xarici siyasəti üçün prioritet hədəf olaraq qaldığını bildirib.
“Qarabağın həlli məsələsi bizim Qarabağın inkişafı və təhlükəsizliyi üçün heç bir təhdidin olmayacağına əmin olduğumuz ana qədər prioritetimiz olaraq qalacaq”, – erməni nazir deyib.
Zoqrab Mnasakanyan həmçinin qeyd edib ki, Qarabağda insanlar xüsusi şərtlərdə yaşayırlar.

“İnsanlar burada xüsusi şərtlərdə yaşayırlar. Xüsusilə ona görə ki, təhlükə var, fiziki təhlükəsizlik problemi var, rəqib var”, – o vurğulayıb.