Petrosyan Paşinyana yaxınlaşır: Qarabağın həlli prosesi…

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Nikol Paşiniyanın qeyri-rəsmi, amma əsas müşaviri olmaq istəyir.

Turkustan.info xəbər verir ki, bunu “Sputnik Ermənistan” agentliyinə açıqlamasında erməni politoloq Vigen Akopyan deyib. Onun sözlərinə görə, Ter-Petrosyan Paşinyanın mövqelərinin zəif tərəflərini görür, ona görə də maksimal şəkildə yararlı olmağa çalışır:

“O hesab edir ki, Paşinyanın baş müşaviri olmaqla siyasətdə öz təsirini bərpa edə biləcək. Petrosyanın keçmiş həmsədr Vladimir Kazimirovla görüşü həmçinin eks-prezidentin daxili siyasətlə bərabər Qarabağ konfliktində də təsirinin aktivləşdirilməsinə yönəldilib. O çalışır ki, prosesə keçmiş tərəfdaşlarının yardımı ilə daxil olsun”.  /Axar.az/