Ərdoğana sui-qəsd planlaşdırılıb? – Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Bosniya və Herseqovina səfəri çərçivəsində sui-qəsd planlaşdırılır.

Turkustan.info “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, balkanlarda bir qrup türk əsilli şəxslərin sui-qəsd hazırladığı barədə Türkiyənin kəşfiyyat orqanları məlumat əldə edib.

Hazırda kəşfiyyat orqanları sui-qəsdin detallarını araşdırır.

Məsələ ilə bağlı Türkiyə Baş nazirinin köməkçisi Bekir Bozdağ Tvitterdə açıqlama yayıb:

“Prezidentimizə qarşı sui-qəsd planları və iddiaları hər zaman olub. Ərdoğan təhdid və ölüm qorxusu ilə mübarizəsindən əl çəkdiriləcək birisi deyil”.   /a24.az/