Alpinistlərlə bağlı şok iddia – “Meyitlər şübhəli şəkildə, anidən tapılıb” – FOTO

Alpinist dostlarımızın cəsədləri FHN-in qeyd etdiyi kimi 4 m dərinlikdə yox, 1,20-1,30 sm dərinlikdən çıxarılıb.

A24.Az xəbər verir ki, bu barədə “Everest” idman klubunun rəhbəri Rusif Bağırov Feysbukda məlumat yayıb.

O, FHN-nin məsələyə aydınlıq gətirməli və səhvlərini boyunlarına almalı olduqlarını bildirib.

“Baş Prokurorluq isə axtarışların hansı səviyyədə aparıldığını obyektiv araşdırmalı və axtarışların bu qədər uzanmasında günahı olanları məsuliyyətə cəlb etməlidir. Çünki alpinistlərin cəsədləri çox şübhəli şəkildə anidən aşkar edilib və xəbər axşam saatlarında yayılıb”, – deyə o, qeyd edib.

R.Bağırov iddiası ilə bağlı fotoları da yayıb.

Qeyd edək ki, Namin Bünyatzadə, Fəridə Cəbrayılzadə və Babur Hüseynov ötən il dekabrın 17-də itkin düşüblər və bir neçə gün öncə onların meyitləri tapılıb.   /A24.Az/