“Azərbaycan universitetləri” Facebook səhifəsi keçirdiyi yarışmaların qalibini mükafatlandırıb

Artıq 4-cü dəfədir ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Qafqazın ən böyük təhsil Facebook səhifəsi olan “Azərbaycan Universitetleri” səhifəsinin keçirdiyi ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunun qalibi olur.
Bu olduqca qürur verici bir haldır və ADAU ailəsinin birliyi və gücü deməkdir. Bununla yanşı yenə həmin səhifənin Cümhuriyyətin 100-cü ilində ” 2017-2018-ci tədris ilinin ən yaxşı universiteti” sorğusunu qalibi də məhz ADAU olub. Yəni, 12 gün ərzində ADAU ailəsinin qapısını 2 böyük uğurun sevinci döyüb.
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə yarışmanın qalibi üçün hazırlanan mükafatın təqdimatında rektor İbrahim Cəfərov bildirib ki, “Azərbaycan Universitetleri” səhifəsi Qafqazın ən böyük təhsil Facebook səhifəsidir və operativliyi, yeni ideyaları ilə həmişə diqqətdədir. Rektor deyib ki, Sosial məsələlərin həlli, müəllim tələbə münasibətinin səmimiliyi, şəffaflıq, həyata keçirilən islahatlar bu gün tələbənin təhsil və tədqiqat imkanlarını çox genişləndirib. Dövlətin dəstəyi ilə həyata keçirilən böyük layihələr əslində aqrar kadr hazırlığına ən böyük töhfədir. Yəni, tələbə bacarıqlı kadr kimi hazır olması üçün hər imkana malikdir.
“Azərbaycan Universitetləri” səhifəsinin rəhbəri Zöhrab Süleyman isə digər universitetlərin tələbələrinin də bu yarışmalarda ADAU ya səs verdiyini söyləyib və səsvermənin statistikasını nəzərə çatdırıb. Bildirib ki, tələbələrin 79 faiz səsi ilə Azərbaycan Dövlət Aqrar Universiteti yenə qalib gəlib. Keçirdiyimiz yarışmalarda İbrahim Cəfərov yeganə rektordur ki, 4 dəfə ilin ən yaxşı rektoru adını qazanıb. Ali məktəblər içində ADAU-nun xüsusi yeri olduğunu görməmək mümkün deyil. ADAU həm də artıq 2-ci dəfə ən yaxşı universitet seçilir.
Sonra ADAU-nun rektoruna səhifənin mükafatları təqdim olunub.
Yekunda İbrahim Cəfərov bu yarışmada ADAU-nu dəstəkləyən, ona səs verən hər kəsə minnətdarlığını bildirib.