İŞİD məsuliyyəti öz üzərinə götürdü – Qroznı hücumu

İŞİD Çeçenistanın paytaxtı Qroznıda kilsəyə edilən silahlı hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum edib. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.