ADAU-nun Aqrobiznes və idarəetmə fakültəsində biznesmenlə tələbələrin görüşü olub

Azərbaycan Dövlət Aqrar Universitetində tanınan alimlər, iş adamları müxtəlif peşə sahibləri ixtisaslara uyğun  tez-tez tələbələrlə görüşür, əldə etdikləri təcrübəni onlara izahlı formada öyrədirlər. Demək olar ki, bu proses artıq bu təhsil müəssisəsində bir ənənəyə çevrilib. Belə görüşlərdən biri də Aqrobiznes və idarəetmə fakültəsində keçirilib.

ADAU-nun mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə görüşdə fakültə dekanı Əlövsət Əsgərov və Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının müdiri, dosent Etibar İmamverdiyev iştirak edib, tələbələrə biznesin idarə edilməsinin elmi izahını veriblər.  Bildiriblər ki, auditoriyada öyrədililənlə təcrübəli biznesmenlərin  dilindən bu sahənin inkişafı və sirləri qoşalaşanda sizdə seçdiyiniz ixtisasla bağlı daha aydın təsəvvür yaranır. Sonra söz “Gold Əminə” şirkətinin idarə heyyətinin sədri biznesmen Mehir  Məmmədova verilib.  O,  ADAU-da “Biznesin idarəedilməsi” ixtisası üzrə təhsil alan tələbələr qarşısında “Biznesdə uğurun mənbələri” mövzusunda bir saat içıxış edib. Çıxış maraqla dinlənilib və sual-cavabla yekunlaşıb. Tələbələri maraqlandıran suallar biznesmen tərəfindən ətraflı izah edilib.

 

22 Baxılıb