Bakıda kişi arvadını və qayınanasını öldürdü – VİDEO

Gecə saatlarında paytaxtın Xətai rayonu, Naximov küçəsində qətl hadisə qeydə alınıb.

Turkustan.info-nun APA TV-yə istinadən məlumatına görə, kürəkən öz həyat yoldaşını və qayınanasını öldürüb.

Ailə-məişət zəminində törədilmiş hadisə zamanı 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova çoxsaylı bıçaq xəsarətləri alıb.

Məlumata əsasən, G.İsgəndərova ailədaxili münaqişə səbəbindən bir müddət imiş ki, atası evində yaşayırmış. Onun əri bu gecə həmin evə gəlib və yenidən münaqişə yaranıb. 

G.İsgəndərovanın əri onu və münaqişəyə müdaxilə edən anası M.İsgəndərovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələrindən sonra qan itirən ana və qızı dünyasını dəyişib. Onların meyiti digər ailə üzvləri tərəfindən aşkarlanıb. 

Hadisəni törədən şəxs gizlənib. Hazırda polis onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. 

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanılıb.