Gün: May 23, 2018

Quşadasında fahişə əməliyyatı: Azərbaycanlı qadınlar tutuldu

Türkiyədə – Quşadasında iki azərbaycanlı qadın fahişəlik edərkən yaxalanıb. Turkustan.info İHA-ya istinadən xəbər verir ki, qadınlarla birlikdə hotel sahibi və resepşn əməkdaşı da məsuliyyətə cəlb edilib. Əldə edilən məlumata görə, polisə bildirilib ki, qadınlar Quşadasında Cümə Bazarı adlanan yer yaxınlığındakı bir pansiyondadırlar. Onlar “iş başında” yaxalanıb. Qadınlar sağlamlıq müayinəsindən keçdikdən […]

Başqa kişi ilə yazışan arvadını soyundurub oxlovla döydü, bu hala saldı (+18 FOTOLAR)

İzmirin Buca vilayətində ailə dəhşəti baş verib. 30 yaşlı S.C. əri, 36 yaşlı Uğur C. tərəfindən döyülüb. Uğur arvadını yumruqlayıb, sonra isə oxlov və kəmərlə döyüb, barmağını sındırıb. 2 uşaq anası bu brədə polisə müraciət etsə də cani sərbəst buraxılıb. Uğur C. bildirib ki, arvadını başqa kişi ilə yazışarkən tutub.  […]

İbrahimbəyovun yeni filmi: Ermənilərin bədbəxtliyinin səbəbi “vəhşi” azərbaycanlılardır – VİDEO – FOTO

Çox vaxt Azərbaycan haqda bacarıqsız və üzüyumşaq milləti olan məmləkət kimi yazırlar: ya anlamayacaqlar, ya da cavab verməyəcəklər… Ərsəyə gəlməsindən bir neçə il sonra filmi təsadüfən izlədim. “Qafqaz üçlüyü” 2015-ci ildə çəkilib. Rejissoru Eldar Şengelaya və Fuad İbrahimov, ssenari müəllifi isə Rüstəm İbrahimbəyovdur. Anladım və cavab verirəm… Filmin proloqunda uşaqlar […]

Türkiyədən Rusiyanı üzəcək addım: Ukraynaya hərbi yardım…

Türkiyə Ukraynaya 9,3 milyon türk lirəsi (təxminən 3,3 milyon manat) ayırıb. Turkustan.info xəbər verir ki,  Ukrayna Nazirlər Kabineti bu gün rəsmi Ankaranın Kiyevə nəzərdə tutulan hərbi-maliyyə əməkdaşlıq müqaviləsini təsdiq edib. Müqaviləyə əsasən, Türkiyə tərəfi Ukrayna ordusunun ehtiyaclarını ödəmək üçün məhsul və xidmət idxalına, ukraynalı əsgərlərin Türkiyə Silahlı Qüvvələrinin tədris mərkəzlərində qısa […]

Onlarla razılaşdıq ki, Qarabağ prosesini… – Mnatsakanyan

Ermənistan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə daxil olmağı gözləyir. APA-nın verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi ilə bağlı sualı cavablandıran yeni nazir bildirib ki, onlar üçün danışıqlar prosesinin dinamikasını […]

İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin (siyahı əlavə olunur) tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin […]

Yeni əskinaslar manata necə təsir edəcək? – ŞƏRH

Xəbər verildiyi kimi, Mərkəzi Bank (AMB) yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxacaq.  Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, yeni əskinaslar növbəti aydan dövriyyədə olacaq. Qeyd edək ki, hazırda dövriyyədə olan ən böyük əksinas 100 manatlıq əksinaslardır. Yüksək nominallı əksinasların dövriyyəyə buraxılmasının milli valyutanın məzənnəsinə, eləcə də, pul bazarına necə təsir edəcəyi sual doğurur. […]

MN-dən tək oğlan övladının cəbhəyə göndərilməsinə – MÜNASİBƏT

Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur. Turkustan.info xəbər verir ki, bu fikri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək […]

Xərçəng epidemiyasının əsas səbəbi açıqlandı

İnsan fəaliyyəti təkcə insanlar arasında deyil, həm də heyvanlar arasında onkoloji xəstəliklərin yayılmasına şərait yaradır. Turkustan.info-nun məlumatına görə, bu qənaətə ABŞ-ın Arizona Universitetinin bir qrup alimi gəlib. Qeyd olunur ki, antropoloji fəaliyyət atmosferin və hidrosferin kimyəvi çirklənməsi, nüvə qurğularından radiasiya şüalanmasının ayrılması, habelə kənd təsərrüfatında pestisidlərdən istifadə kimi amillər bədxassəli […]

Mərkəzi Bank 200 manatlıq yeni əskinas buraxdı – FOTO

Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.  AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, milli valyuta dövlət […]

Arzu Əliyeva Rəsulzadə haqqında film çəkdi -VİDEO+FOTOLAR

Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Son iclas” bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq. Turkustan.info bildirir ki, bu barədə Media Mərkəzi açıqılama yayıb. Filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək. Daha sonra isə 26, 27 və 28 may tarixlərində “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 […]

Şanlıurfada Azərbaycan bulvarı açılır

“Beynəlxalq Atın Göl Başarı” mükafatının təqdimolunma mərasimində iştirak etmək üçün Vanda səfər olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Şanlıurfa Böyükşəhər bələdiyyə başçısı Nihat Çiftçi ilə görüşüb. Görüşdə Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi millət vəkili Q.Paşayevanın Şanlıurfaya ziyarəti zamanı Şanlıurfada Azərbaycan adını daşıyan bir bulvar, […]

Universitetlərin nəzdində kollec açılacaq – Təhsildə YENİLİK

Azərbaycanda ali məktəblərin nəzdində kolleclər yaradılacaq. Turkustan.info-nun məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə ( Orta ixtisas təhsili) 21.2-1-ci yeni maddə əlavə edilir. Dəyişikliyə görə, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirlə bilər.  Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq […]

“Çox istərdim ki, hamı bu yazı ilə tanış olsun” – Əli Həsənovdan çağırış

“Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu “məşhur ssenarist”ə münasibət bildirsin”. Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində […]

Putin ABŞ-ın cavabını raketlə verdi – VİDEO

“Bulava” hədəfləri vurdu ABŞ-ın Rusiyanın ən güclü raketlərinin havadaca partlayaraq sıradan çıxması barədə iddiasına qarşı tərəfin cavabı gecikməyib. Turkustan.info-nun məlumatına görə, Rusiya Müdafə Nazirliyi yeni sınaqların video görüntülərini paylaşıb. Bu dəfə sualtı gəmidən “Bulava” ballistik raketinin buraxılışı həyata keçirilib.  Ağ dəniz akvatoriyasından Kamçatkadakı Kura poliqonuna dörd raketin sınağının uğurlu olduğu qeyd edilib. […]

İlqar Türkoğlu: Türk elləri – QAZAXISTAN

Dəyərli dostlar, bugünlərdə, yəni 23-29  aprel 2018 ci il tarixlərdə Qazaxıstanın paytaxtı Astanada, sonra isə Alma Ata şəhərində Əkbər Qoşalının və qazaxıstanlı qardaşlarımızın təşkilatçılığı ilə düzənlənən Gənc Türk Yazarlar Birliyinin projesi olan tədbirlərdə iştirak etdik. Məlumat üçün bildirim ki, bu tədbirlərdə iştirakımızın məqsədi qazax şairlərinin azərbaycan dilində, azərbaycan şairlərinin isə […]

Kimlər ev tikə bilməz? – ARAŞDIRMA – VİDEO

Kifayət qədər sənədsiz torpaq əldə etmiş insanlar var ki, həmin ərazilərdə ev də tikiblər. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, qanunsuz tikilən evlərlə bağlı hüquqşünas Samir Şərifov bu mülk sahiblərini sonradan nə gözlədiyindən danışıb. O, bildirib: “Heç bir sənədi olmayan torpaq sahəsində tikintiyə də icazə verməyəcəklər. Dolayısı ilə həmin əmlak üzərində sərəncam […]

Paşinyan Sarkisyanın taleyini yaşayır – İrəvanda üsyan DAYANMIR

Ermənistanın baş naziri Nikol Paşinyan əhalini etiraz aksiyalarına son qoymağa çağırıb. Paşinyan əhalini hökumətə işləmək üçün şərait yaratmağa dəvət edib. “Mənim üçün vətəndaşların etiraz aksiyalarını qurtarmağa və hökumətin işləməsinə imkan vermək çağırışına niyə reaksiya vermədikləri anlaşılmazdır. Xahiş edirəm, istisnasız olaraq hər kəs aksiyaya son verməli və problemlərin həlli üçün hökumətə […]

“Baku Bus” da rəzalət – Sərnişinlər istidən can verdi – VİDEO

Bakıda hərəkət edən 2 nömrəli avtobusda xoşagəlməz hal yaşanıb. Havaların həddindən çox isti olmasına baxmayaraq, adıçəkilən avtobusda kondisionerin işlək vəziyyətdə olmaması sərnişinlər tərəfindən etirazla qarşılanıb. Belə ki, “Baku Bus”-da sərnişinlərin rahat hərəkəti üçün kondisionerlər var. Ancaq sərnişinlərin sıx olduğu zamanda həm pəncərələr bağlıdı, həm də havalandırma sistemi qapalıdı. Qeyd edək […]

Bərdədə hadisə: 80 yaşlı kişi suya düşdü, ayaqlarını don vurdu, balıqlar dişlədi

Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb. Turkustan.info “Report”a istinadən xəbər verir ki, 1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib. Hadisə rayonun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib. Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. […]

Sergey Lavrov Ermənistanın yeni naziri ilə Qarabağı müzakirə etdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib. Turkustan.info TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın […]

Qarabağla bağlı belə bir arzumuz yoxdur – Zaxarova

Rusiya Dağlıq Qarabağ münaqişənin həllində həmişə aktiv rol oynayıb. Turkustan.info-nun Report-a istinadən məlumatına görə, bunu həftəlik brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “İlk skripka rolunda oynamaq kimi arzumuz yoxdur”, – deyə M.Zaxarova əlavə edib. O vurğulayıb ki, Rusiya münaqişənin həlli işində “bütün tərəflərlə sıx əlaqədə” aktiv iştirak edəcək.

ADAU-da “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin Hökümətinin üç ay fəaliyyət göstərdiyi, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yerləşdiyi binada “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir”  mövzusunda elmi konfransı öz işinə başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan iki günlük konfransda  Cümhuriyyətin, xüsusilə onun Gəncə dövrünün tədqiqi ilə məşğul olan tarixçi alimlər […]

Tiflis İrəvanla razılaşsa, özünə xəyanət edəcək

Gürcüstan işğal altındakı ərazilərdən Ermənistana tranzit dəhlizinin açılmasına razılıq versə, bu, işğal olunmuş torpaqların iqtisadi cəhətdən qanuniləşdirilməsi sayılacaq. Turkustan.info bildirir ki, bunu APA-ya açıqlamasında gürcü politoloq Gela Vasadze deyib. Ekspert bildirib ki, Gürcüstan dəhlizin açılması ilə bağlı addım atsa, işğal altında olan ərazilərin tanınmaması siyasəti şübhə altına alına bilər: “Bu yolun […]

Paşinyanın Tiflis cəhdləri: səfərin hədəfi nədir?

Azərbaycan kimi Gürcüstanda da respublikanın 100 illiyi qeyd olunur. Turkustan.info xəbər verir ki, bu sözləri Gürcüstanda 26 mayda keçiriləcək Respublika Günü ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, Gürcüstandakı tədbirlərdə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunkerlə yanaşı, 20-yə yaxın nümayəndə heyəti iştirak edəcək: “Tədbirlərə Litva, […]

Lirə o qədər ucuzlaşıb ki: Artıq ondan imtina edilir

“Türk lirəsi o qədər sürətlə ucuzlaşır ki, artıq Quzey Kıbrıs hökuməti TL-dən imtina etmək məsələsini nəzərdən keçirməyə başlayıb”. Turkustan.info xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O bildirib ki, Türkiyədə milli valyutanın dəyərsizləşməsinin bir-birinə bağlı olan çoxlu səbəbləri var: “Burada həm Türkiyə daxilindəki siyasi və sosial-iqtisadi amillər, həm də beynəlxalq konyuktur rol […]

Müharibə üçün zaman verildi: Sayılı günlər qalıb

Ukraynanın Donbasda müharibə başladacağı tarix məlum olub.  Turkustan.info xəbər verir ki, ukraynalı ekspertlər Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatı ərəfəsində genişmiqyaslı əməliyyatlara başlayacaq.  “14 iyunda çempionat başlayacaq. 3-15 iyunda isə Rusiya sərhədlərində NATO-nun genişmiqyaslı təlimləri keçiriləcək. Pribaltika təlim yeri seçilib. 19 ölkənin iştirak edəcəyi bu təlim təbii ki, Rusiyaya hücum deyil, […]

Qartal və tülkünün ov üstündə mübarizəsi – VİDEO

Amerikalı fotoqraf təbiətşünas Kevin Ebi cavan tülkünün əlindən dovşan şikarını almağa çalışan qartalı lentə alıb. Turkustan.info-nun verdiyi xəbərə görə, maraqlı hadisənin video görüntüsü Fox News-da yayımlanıb. Videoda göründüyü kimi tülkü dovşanı ovladığı zaman qartalın hücumuna məruz qalır. Qartal tülkünü şikarı ilə birgə caynağına alıb havaya qaldırır. Altı metr hündürlükdə səkkiz […]

Dövlət kreditlərin bağlanmasına pul ayıracaqmı? – ŞƏRH

Neftin dünya bazar qiymətinin yüksək olması 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. Qeyd edək ki, hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırıldığından təqribən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan […]

ATƏT PA-nın sessiyasında Paşinyanın Qarabağa qanunsuz səfəri gündəmə gətiriləcək

ATƏT Parlament Assambleyasının iyulun 7-11-də Berlində keçiriləcək sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, Ermənistan tərəfindən təmas xəttində törədilən təxribatları gündəmə gətirəcək. Turkustan.info-nunməlumatına görə, bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. A.Quliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi […]

“Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq”

”Erməni girovluğundakı azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər tərəfimizdən Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Biz lazım olan işləri vaxtında həyata keçiririk”. Turkustan.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri, D. Əsgərov və Ş. Quliyevin hüquqlarını müdafiə edən Anar Bağırov deyib. […]

“Qız qaçırmaq adam oğurluğu deyil” – Deputatdan AÇIQLAMA

“Ailələrin dağılması ciddi problemə çevrilib”. Turkustan.info-nun məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O qeyd edib ki, bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir: “Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir […]

İsrail fələstinlilərin Qüdsə girişini qadağan etdi

İsrail hakimiyyəti Ramazan ayında Qəzza sakinlərini Qüds ərazisinə buraxmayacaq. “İzvestiya” nəşri xəbər verir ki, qərar İsrail və Qəzza sərhədində yaranan gərgin vəziyyətlə bağlıdır. Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. Qəzza-İsrail sərhədində keçirilən etiraz aksiyası zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 65 fələstinli ölüb, 3000-ə yaxını […]

AXC-nin 100 illiyi münasibətilə Sumqayıtda açıq səma altında etüd keçirilib – FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Sumqayıtda “Canlanır hər qarış çöl Sumqayıtda” adlı plener (açıq səma altında etüd) baş tutub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətindən Turkustan.info-ya verilən məlumata görə, plenerin keçirilməsində məqsəd Sumqayıtda son illər görülən tikinti, abadlıq, quruculuq […]

Erməni ordusunun hərbçisi öldürüldü

Ermənistanın cənub-qərb hissəsində yerləşən hərbi hissələrindən birində bir hərbçi ölüb. Bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, aldığı güllə yarasından hərbi postda ölən Martin Xaçaturyanın cəsədi 22 may saat 13:30-da tapılıb. Xaçaturyanın orduya Gümrüdən çağırıldığı açıqlanıb. Hadisənin başvermə səbəbi araşdırılır.   /ednews.net/az

Azərbaycan Ordusu Xankəndinə girəcəkdi – Badalyan “Kazan düsturu”nun SİRRİNİ AÇDI

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan dünən jurnalistlərə açıqlamasında “Kazan planı”nın Dağlıq Qarabağın danışıqlarda iştirakını nəzərdə tutduğunu açıqladı. Söhbət 2010-cu ildə həmin vaxt Rusiya prezident olan Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Kazan görüşündən sonra gündəmə gələn “Kazan düsturu”ndan gedir. Rusiyanın təklif etdiyi bu plana görə, Qarabağ ətrafı rayonlar Azərbaycana […]

Politoloq: “Aİ ilə imzalanacaq yeni saziş maraqlarımıza cavab verməlidir”

Politoloq Fikrət Sadıxov deyir ki, əvvəlki saziş Azərbaycanın maraqlarına cavab vermədiyi üçün ona imza atılmadı “Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında saziş çoxdan imzalanmalı idi”. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a Aİ və Azərbaycan arasında imzalanması gözlənilən sazişi şərh edərkən politoloq Fikrət Sadıxov deyib. Politoloq bildirib ki, əvvəl hazırlanmış sazişdə yer […]

Lotu Qulinin Rusiyadakı “valisi” saxlanıldı – DUBAYDA “OĞRU” ADI ALACAQDI – FOTOLAR

Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub. Turkustan.info-nun yerli KİV-lərə istinadən hazırladığı məlumata görə, kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur. Yerli KİV-lərin yazdığına görə, […]

Ermənilərin bitməyən torpaq iştahı – Qarabağ, Naxçıvan…

Düşmən tərəfin yeni avantürası böyük müharibəyə gətirə bilər? Politoloq: “Ermənilər yəqin köklərinin kəsilməsini istəyirlər…” Ermənistanda növbəti hakimiyyət çevrilişi ilə Dağlıq Qarabağ ətrafında vəziyyət bir az da qeyri-müəyyənliyə girib. İşğalçı ölkədə küçə etirazlarının doğurduğu yalançı eyforiyadan cuşa gələn ermənilərin az qala hamısı sosial-iqtisadi statusundan asılı olmayaraq, “yuxarıdan” gedir, barışmaz mövqe tuturlar, […]

Neftdən büdcəyə gələn əlavə gəlirlər problemli kreditlərin həllinə yönəldilsin – TƏKLİF

Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu baxımdan 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Turkustan.info bildirir ki, məsələ […]

İnsan balıqdan yaranıb? – Qulağınızda bu cür dəlik varsa…

Bəzi insanların qulaqlarının üzərində olan və doğuşdan gələn dəliklər var. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, alimlər bu dəliklərin insanın təkamül prosesindən qalma işarələr olduğunu düşünür. “Preaurikulyar sinus” adı verilən bu dəliklər nadir anadangəlmə qüsur kimi dəyərləndirilir. Sadə şəkildə, Preaurikulyar sinus qulaq və qulaq qığırdağının birləşdiyi xarici qulaq çevrəsində yerləşən kiçik […]

Şoyqunu türk ölkəsinə təcili səfərə nə vadar etdi? – Şərh

Tədricən müəyyən münasibətlərin bünövrəsi qoyulduqdan sonra ölkələr arasındakı qarşılıqlı əlaqələr daha da genişlənəcək. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Müdafiə naziri Sergey Şoyqunun Özbəkistana səfərini şərh edərkən deyib. O bildirib ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin, bundan öncə də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ABŞ səfəri çox səmərəli […]

Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı – Sensasiya

Rusiyalı tanınmış analitik və tarixçi Oleq Kuznetsovun Axar.az-a müsahibəsi: – Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacizadə Rusiya XİN nümayəndəsinin Abxaziyada Qarabağ separatçıları ilə görüşünə görə Moskvaya etiraz ediləcəyini və bu görüşün regionda sülhə xidmət etmədiyini bildirdi. Bu diplomatik açıqlamaya Rusiya XİN sözçüsü Mariya Zaxarova qeyri-diplomatik və sərt cavabı Rusiyanın İrəvana son […]

Əfv daha çox kimlərə şamil olunacaq? – AÇIQLAMA

Yaxın bir neçə gün ərzində Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması gözlənilir. Artıq Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdırıb. Komissiya keçirdiyi iclaslarda 1500-ə yaxın müraciətə baxıb və yekun siyahını ölkə başçısına təqdim edib. Növbəti əfv sərəncamı daha çox kimlərə şamil olunacaq? Onların arasında əcnəbi və qadınlar olacaqmı?  Turkustan.info bildirir […]

ABŞ Paşinyan hökumətinə milyonlarla dollar ayıra bilər

Birləşmiş Ştatlar hökuməti Ermənistanda dövlət islahatlarının aparılması üçün Paşinyanın başçılıq etdiyi hökumətə 140 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır. Turkustan.info TASS-a istinadən xəbər verir ki, Amerikanın erməni milli komitəsi (ANCA)  bu haqda ABŞ dövlət katibi Mayk Pompeonun məktubunu öz saytında dərc edib. “Biz “Minilliyin çağırışları“ korporasiyasının xətti ilə Ermənistana […]

Leysan Gədəbəyi vurdu – Ciddi ziyan dəyib

Gədəbəy rayonuna yağan güclü leysan yağışları təsərrüfata ziyan vurub. Turkustan.info-nun “Report”a istinadən məlumatına görə, leysan yağışları və dolu nəticəsində rayonun Mormor, Arabaçı, Çay Rəsullu və daha bir neçə kənd ərazisində təsərrüfata ziyan dəyib. Bəzi kəndlərdə yolları sel suları dağıdıb. Kəndlərə düşən dolu nəticəsində meyvə ağaclarına və bəzi evlərin dam örtüyünə […]

Florida sakinlərinə zombi hücumu xəbərdarlığı

ABŞ-ın Florida ştatının Leyk Uort şəhərinin sakinlərinə səhvən zombi hücumu barədə bildiriş göndərilib. Turkustan.info xəbər verir ki, bu barədə “Palm Beach Post” məlumat yayıb. Nəşrin məlumatına əsasən, bildirişlər bazar günü gecə saatlarında şəhərdə elektrik təchizatının kəsilməsindən sonra 7800-ə yaxın insana göndərilib. Yerli hökumət baş vermiş insidentə görə, üzrxahlıq edərək, bildirişlərin qəsdən göndərilmədiyini […]

Azərbaycan sənətçiləri ABŞ-da möhtəşəm Cümhuriyyət tədbirlərində -FOTO-VİDEO

 ABŞ-ın İllinois ştatının Çikaqo şəhərində həmin ştatda yaşayan “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə geniş yubiley tədbiri keçirilib.  Turkustan.info xəbər verir ki, tədbirdə incəsənət xadimləri də iştirak edib. Əməkdar artist Nuriyyə Huseynova, Lalə Məmmədova, Çinarə Məlikzadə, Xalq artisti tarzən Ramiz Quliyev və piano […]

“Putini dinləyin və ona inanın”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın CNBC telekanalının yeni Rusiya raketlərinin uğursuz sınaqları barədə məlumatını şərh edib. Peskov bu məlumatlara əhəmiyyət verməməyə, ölkə prezidenti Vladimir Putini dinləməyə və inanmağa məsləhət görüb. “CNBC” telekanalı ötən gün ABŞ kəşfiyyatının hesabatı ilə tanış olan mənbələrə istinadən xəbər verib ki, 2017-ci ilin noyabrından […]

Qlobal geosiyasi proseslər fonunda İsrailin xarici siyasət strategiyası

Geosiyasi təhdidlər konteksində  milli dövlətin özünü qoruma refleksi İsrailin hərbi-strateji  taktikası  tipik lakin geosiyasi realizm nöqteyi-nəzərindən eksterimal nümunədir Zamin Axundov Politoloq   Müair  dünyanın geopolitik reallıqları göz önündə tutulduqda mili dövlətlərin qarşılaşdığı problemlər çoxfunksiyalı təhdidlərin  nəzərə alınması planında  çətin sınaq təşkil edir. Prinsipal  xarici siyasət strategiyası yeni geosiyasi mühitdə mili […]

Alimlər açıqladı: “Ən təhlükəli canlı insandır”

Dünyanın məşhur elm jurnallarından sayılan “Proceedings of the National Academy of Sciences”də dərc edilən məqalədə planetə ən çox ziyanı insanların vurduğu məlum olub. Turkustan.info xəbər verir ki, dünyanın 7.6 milyardlıq əhalisi yer üzərində yaşayan bütün canlıların 0.01%-ini təşkil edir. Amma buna rəğmən, insan yarandığı ilk gündən bu yana bəşəriyyət planetin […]