Azərbaycan sənətçiləri ABŞ-da möhtəşəm Cümhuriyyət tədbirlərində -FOTO-VİDEO

 ABŞ-ın İllinois ştatının Çikaqo şəhərində həmin ştatda yaşayan “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə geniş yubiley tədbiri keçirilib. 
Turkustan.info xəbər verir ki, tədbirdə incəsənət xadimləri də iştirak edib. Əməkdar artist Nuriyyə Huseynova, Lalə Məmmədova, Çinarə Məlikzadə, Xalq artisti tarzən Ramiz Quliyev və piano ifaçısı Etibar Əsədli öz musiqi töhfələri ilə iştirakçılara gözəl anlar bəxş ediblər.
Yubiley tədbirinin görüntülərini sizə təqdim edirik.