“Çox istərdim ki, hamı bu yazı ilə tanış olsun” – Əli Həsənovdan çağırış

“Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu “məşhur ssenarist”ə münasibət bildirsin”.
Bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində ssenari müəllifi Rüstəm İbrahimbəyov olan “Qafqaz triosu” filmi ilə bağlı yazıb.
Əli Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib(Demokrat.az)