Qlobal geosiyasi proseslər fonunda İsrailin xarici siyasət strategiyası

Geosiyasi təhdidlər konteksində  milli dövlətin özünü qoruma refleksi

İsrailin hərbi-strateji  taktikası  tipik lakin geosiyasi realizm nöqteyi-nəzərindən eksterimal nümunədir

Zamin Axundov

Politoloq

 

Müair  dünyanın geopolitik reallıqları göz önündə tutulduqda mili dövlətlərin qarşılaşdığı problemlər çoxfunksiyalı təhdidlərin  nəzərə alınması planında  çətin sınaq təşkil edir. Prinsipal  xarici siyasət strategiyası yeni geosiyasi mühitdə mili dövlətlərin təyinatından daha çox onların geostrateji təhdidlərə adekvat potensialını fokuslaşdırır və daxili qaydada hər bir dövlət regionxarici faktorların nəzərə alınması planında makro səviyyədə fərdi milli təhlükəsizliyini konsepsiyalaşdıraraq yoluna davam edir. Ümumi planda biz müasir geosiyasi prosesləri əsasən iki interaktiv  sistemdə təsəvvür edə bilərik.  1.Beynəlxalq Münasibətlər Sisteminin  təbiətinə uyğun olaraq dövlətlər xaraici siyasətdə potensial təhdidlərin nəzərə alınması palanında  makro səviyyədə öz milli maraqlarını  beynəlxalq nizamın tələb və  təkliflərinə uyğunlaşdıramaq yoluyla geosiyasətə  üstünlük verir.  2. Bu mürəkkəb  sistemdə milli dövlətlər  öz mövqelərinin interpertasiyası  planında  qüvvə və balans siyasətini realizm nöqteyi-nəzərindən  digər vasitələrlə əlaqələndirərək tətbiq etmək siyasətini praqmatik hesab edir.

  Ümumiyyətlə xarici siyasət və diplomatiya – xüsusilə geosiyasi realizm nöqteyi-nəzərindən diplomatik srtukturların moderenləşdirilməsi  fonunda diplomatiya müəyyən  mənada mənəvi agent rolundan imtina etməli və o, beynəlxalq siyasətin xarakterinə adekvat olmalıdır- sürətlə  dəyişən geosrtateji proseslərin  nəzərə alınmasını tələb edir. Lakin qeyd olunduğu kimi dövlətlər beynəlxalq siyasətdə mənəvi agent deyil. Rasional implus dövlətin  maraqları  fonunda prinsipal xaraici siyasət kursu tələb edir.  Bütün bunların fonunda  qlobal geosiyasi proseslərin təsir aspekti həyatın müxtəlif istiqamətlərində dövlətləri prinsipal  rəqabət mühitində qarşı-qarşıya gətirir. Dramatik reallıq ondan ibarətdir ki,  unversal dəyərlər sistemi, neoliberal iqtisadi sistemin formalaşdırdığı multifunksional orqanizasiyonlar, BMT,NATO,BVF  və s, strukturlar  artıq bu köhnə sistemdə inkar olunur  və  bu arxaik  proses  prinsipcə rasional istəyi ön plana çıxardır. Realizm nöqteyi nəzərindən bu təbii prosesdir.  Belə bir şəraitdə həm milli həm də dini resursların gesoyasi maraqlar fonunda srateji model  kimi önə sürülməsi faktı təhlükəli  prosesləri transformasiya  etsədə bu mürəkkəb motivasiya eyni zamnda mili dövlətlərin diplomatik imunitetini, identifikasiya problemlərinə münasibətdə isə rasional implus kimi hər bir cəmiyyətin, siyasi icmanın ümumi  inkişafı potensialını stimullaşdırır.  Yəni  motivate complication kimi xarakterizə olunan  psixoloji  faktor həyatın müxtəlif istiqamətlərində total inkişafa zəmin yaradır.  Beləliklə milli maraq məhfumu dövlətlərin rasional davranışını konsolidasiya edir  və bu konteksdə güc-qüvvə indeksli geosiyasi konsepsiyaların qeyri-diplomatik vasitələrlə təşkili prosesi  ənənəvi formada davam etdirilir.

Hazırda qlobal  səviyyədə baş verən tek-tonik proseslər öz dağıdıcı funksiyasına görə ikinci dünya müharibəsindən əvvəlki situasiyanı canlandırsada, nisbi təcrid şəraitində sistemin daxili təhlükəsizliyi ABŞ, nisbətən ikinci planda Aİ , Rusiya, ÇİN kim qlobal geosiyasi oyunçularaın interakativ fəaliyyəti nəticəsində nəzarət altına almaq mümkün olmuşdur. Lakin  baş verən  proseslərin sürəti və miqyası qlobal səviyyədə  siyasi qərarları üstələyir. Hazırda planetin müxtəlif regionlarında xüsusilə Avrasiyanın geostrateji plasdarımında qüvvələr balansının pozulması şəratində dramatik vəziyyət yaranmışdır.  Nəticədə hər bir dövlət beynəlxalq münasibətlər sistemində salamat qalmağın yollalrını axtarır. Bu konteksdə  tarixin inkişaf planında  İsrail Ərəb münaqişəsi öz geosiyasi xarakterinə görə daha prinsipal faktorların nəzərə alınmasını tələb edir və  bu münaqişə, tipi və mahiyyətinə görə  daha geniş cografiyada  dağıdıcı implus xarakterlidir. Avrasiya super kontinentində və onun periferiyasında, xüsusilə   geosiyasi yaddaşın inkişafı planında  bu münaqişəyə müəyyəın bir tarixi  proses bələdçiliçk edir  və proses Qərb- Şərq qarşıdurması fonunda təhlükəli risklərin idarəedilməsinə adekvat deyildir.  

Yuxarıdakı mülahizələr nəzərə alındıqda İsrailin xarici siyasəti tipik, lakin realizm nöqteyi nəzərindən  ekstrimal nümunədir.  Siyasi tarix sübut edir ki, dövlətlərin milli ideologiyaları ilə onların geosiyasi ambisiyaları arasında fərq nisbbidir və  bir sıra faktlar qismində dövlətlər, mili və dini ideologiyalarından, müstəqil  geosiyasi konsepsiyalar irəli sürür.  Yəni dövlətlər milli ideologiyaları ilə geosiyasi konsepsiyalar arasında intelektual əlaqənin axtarılıp tapılması işində maksimum praqmatik siyasət həyata keçirməli olur. Bu müəyyən mənada intelektual dövlətin rasional siyasi qərarlarında öz əksini tapır.  Belə demək mümkündürsə mili dövlətin inkişafı planında geosiyasət ideologiyaları inkar edir və o müəyyən bir mərhələdən sonra intelektual ideologiyaya çevirilir. Məhz bu konteksdə İsralinin xaraici siyasəti geosiyasi blokada şəraitində  elə bir mürəkkəb sistemi xarakterizə edir ki, o həm rəqbət mühitində regional təhlükəsizliyin təmin olunması prosesində intensiv olaraq  periferiya dövlətlərilə birlikdə, geosiyasi balansın qorunub saxlanılması fonunda  aktiv rolları paylaşır, eyni zamanda geostrateji təhlükəsizlik zolağında əsas mütəfiqilə birlikdə regional siyasətin həyata keçirilməsi işində  nisbi təcrid şəraitində öz milli təhlükəsizlik qayğılarına zəmanət yolları axtarır.

   Belə bir şəaritdə İsrail daha az təhlükəsizlik mühitində daha çox geostrateji üstünlük əldə etməyə məhkumdir. İsrailn ümumi potensialını əhəmiyyətli dərəcədə üstələyən region dövlətləri, biri istisna olmaqla hamısının anti İsrail mövqeyi mürəkkəb motivasiyanın yaratdığı psixoloji situasiyanın idarəedilməsində, epoxanın yaddaşı qismində prinsipal düşmənçilik  elmentlərini bəsləyib inkişaf etdirir və yaxın gələcəkdə hər hansı bir keyfiyyət dəyişikliyinin baş verməməsi şəraitində bu münasibətlər daha dramatik vəziyyət yaradardı. Praktiki addımların atılması mərhələsində ideologiya doqmatik prinsiplərə söykəndiyindən bu və ya başqa formada İsraildən tələb olunan geosiyasi plüralizm üçün Ərəb cografiyasında da fundamentalizmə münasibətdə keyfiyyət dəyişikliyi baş verməlidir. Radikal reformalar təkcə geosiyasi faktorların nəzərə alınması planında deyil, həm siyasi modellərdə, həm də  beynəlxalq sistemin strukturlarında  aparılmalıdır. Xüsusilə Ərəb-İslam cografiyasında İsrail konfliktin aktoru kimi deyil daha çox konfliktin təbii paraçası kimi dəyrləndirilməlidir. Beləliklə  İsrail üzrəindəki mənəvi basqının azaldılması üçün empati duygusunu real-poltik anlamda geosiyasi konsepsiyalarda tətbiq etmək məntqi nəticənin əldə olunması baxımından fövqəladə əhəmiyyətlidir. Daima özünü tarixi qonşuları  tərəfindən təhdid altında görən bir dövlətin geosiyasi qorxularını tranasformasiya etmək üçün ərəb coğrafiyası tarixi şansı qaçırmamalıdır.   

İsrailin mövcud şəraitdə demokratik siyasi sistemi və pluralistik  xarakterli geosiyasi fəaliyyəti regionun ümumi təhlükəsizliyi üçün poztiv hesab olunsada onun regional ambisiyalarına qarşı mübarizə aparan orta səviyyəli geosiyasi oyunçular intensiv olaraq bu dövləti blokadada saxlamaq siyasətinə üstünlük verir. Bu konteksdə nisbi təcrid şəraitində İsrail  əsasaən ABŞ və Aİ başda olmaqla Çin və Riusiya kimi aktorlarla birlikdə regional təhlükəsizliyinə zəmanət yolları axtarır. Lakin istənilən halda İsrail öz mili təhlükəsizliyini təminat altına almaq  üçün region dövlətlərilə əlaqələrini intensiv olaraq inkişaf etdirmək siyasətində praqmatik təcrübəyə əsaslanır.  Faktiki olaraq  İsrail, Türkiyə,Misir və son dövürlərdə  Səudiyyə Ərəbistanı  kimi müsəlman dövlətlərilə əlaqələrini dərinləşdirir, periferiyada Azərbaycan, Aralıq Dənizində  qonuşu Yunanıstanla və s,  geniş iqtisadi əlaqələrə üstünlük verir. 

 İsrail elə bir geosiyasi məkanda xarici siyasət həyata keçiridir ki, bu mürəkkəb siyasi coğrafiyanı məhz  fiziki coğrafiyanın şərtlərinə uyğunlaşdırılması  prosesi olduqca çətin misiyadır. Region dövlətlərinin demək olar ki, hamısı İsrailin milli təhlükəsizliyini təhdid edən prinsipal geosiyasi mövqeyə malikdir. Özüdə bu dövlətlərin hər biri ortaq düşmənə münasibətdə eyni ideoloji motivə istinad edir.  Hətta periferiya dövlətləri,İran,Türkiyə  kimi –xüsusilə nəzərə almaq lazımdır ki, bu dövlətlər postimperiya dövlətləridir- İsraili regionda potensial təhdid ünsürü  kimi nəzərdən keçirir və bu dövlətlər İsrailin regional politikalarına adekvat oxşar geosiyasi konsepsiyaya malikdir. Dünyada ikinci belə bir dövlət tapmaq mümkün deyildir ki, onun təhdid edən dövlətlər ideoloji və geosiyasi planda “tarixi düşmənə” qarşı bu qədər prinsipal  mövqedə olsun. Ayrıca bu dövlətlərin  hər birinə müəyyən  bir tarixi ideoloji proses bələdçilik edir. İsrailin mövcud regiondan qovmaq və yəhüdiləri burdan köçürmək kimi dini-ideolıoji  epoxanın fokuslaşdırdığı bu siyasət demokratik olmadığı kimi eyni zamanda  barbar təfəkürünə söykənir. Belə bir şəraitdə 22 ərəb dövlətinin mövcud olduğu planetdə yəhudilərin  milli dövlətini yox etmək kimi prinsipal siyasətin qarşlığı olmalıdır.

Lakin bütün bunların fonunda İsrail diplomatiyası praqmatik hesab oluna bilər. Geniş planda İsrail kontinental  sistemdə nisbi təcrid şəraitində öz mili təhlükəsizliyinə  zəmanət yolları axtardığı halda  o, eyni zamanda region daxili siyasətdə də öz potensialını artırmaq yoluyla mütəffiqlərinin sayını çoxaltmaq siyasətini prioritet heasb edir.  Belə demək mümkündürsə  İsrailin  xaraici siyasəti Amerikan-İsrail müttəfiqliyini fokuslaşdırsada İsrail paralel müstəvidə yaxın coğrafiyada intensiv olaraq regional dövlətlərlə əlaqələrinə üstünlük verir. Məsələn İsrail diplomatiyası ərəb coğrafiyası ilə  münasibətlərini  inkişaf etdirmək yoluyla həm coğrafiyada nisbi təhlükəsizlik şəraitində  sülh siyasətinə sadiqlik nümayi ş etdirir, digər tərəfdən öz mili maraqlarının təmini istiqamətində prinsipal xarici siyasət həyata keçirməli olur. Xüsusilə periferiyada İsrail özünün mili təhlükəsizliyi konteksində, İslam həmrəyliyi fonunda konsolidasiya olunmuş  prinsipal cəhbənin digər aktorları ilə münasibətlər qurmaq strategiyasını önə sürürür.

   Məsələn İsrail diplomatiyası Türkiyə ilə münasibətlərində periferik konsolidasiya  reallığını  nəzərə almalı  olur. Periferik konsolidasiya kimi xarakterizə etdiyimiz bu ideoloji-siyasi blok daha geniş geostrateji palsdarımda İsrailin xaraici siyasətini və onun  mili təhlükəsizliyini təhdid edən  prinsipal  siyasi kurs həyata keçirdir. Aletrnativ varinatın yoxluğu şəraitində rəsmi Teləviv, İran kimi Türkiyəni də periferiyada strateji təhlükə kimi nəzərdən keçirdir. Zaman-zaman Türkiyənin daxili ideoloji siyasi sistemindən qaynaqlanan bir sıra problemlər konteksində İsrail-Türkiyə münasibətləri gərgin olmuşdur. İsrailin PKK terror təşkilati ilə əlaqələri faktıda bu münasibətlərdə gərginliyin qorunub saxlanılmasını stumillaşdırır. Bütün bunların fonunda İsrailin  xaraici siyasəti digər bir amili, ərəb dövlətləri arasında  konsolidasiya siyasətinin  müəllifləri qismində çıxış edən  əsas periferiya  dövlətlərinin,Türkiyə və İranın   proseslərə  təsiri faktını nəzərə almalı olur.  Həm Türkiyə həm də İran birbaşa olaraq ərəb dövlətlərinin geopolitik identifakasiyası üçün öz mili, dini -ideoloji və ya geosiyasi sistemlərini təklif edir. Hazırda Türkiyə və İran birbaşa olaraq ərəb coğrafiyası üzərində təsir yolları axtarışındadır və bu geosiyasi implus eyni zamanda imper motivasiyanı konsolidasiya edir. Yəni bu dövlətlərin davranışı eyni zamanda İsrailin regional  və xarici siyasəti üçün əlavə təhdid xarakteri daşıyır. Etiraf etmək lazımdır ki, Türkiyə üçün İsrail kiçik rəqibdir. Türkiyə orta səviyyəli geosiyasi oyunçudur və onun geosiyasi davranışları daha geniş trayektoriyada streateji üstünlüyə hesablanıb. Xüsusilə Avropa dövlətlərilə münasibətlərdə Türkiyə periferiyada strateji mövqeynin interpertasiyası planında prinsipal aktordur. NATO un üzvü kimi Türkiyə digər tərəfdən Avropanın təhlükəsizlik qayğılarını bölüşür. Türkyə üçün İsrail eyni zamanda ərəb coğrafiyasına çıxış üçün tramplindir. Bu doqmaların geosiyasi transformasiyası üçün psixoloji situasiyanın idarəolunması nöqteyi nəzərindən mühüm faktordur. Bütün bunlarla paralel Türkiyə İsrail  münasibətləri ərəb pasionarlığını və və ya  geosiyasi həmrəyliyini transformasiya edə bilmək planında ezoterik müttəffiqdir.

Lakin İsrailin xarici siyasətinin digər bir aspekti geosiyasi təhlükəsizliyinə təminat qismində Avropa dövlətlərilə münasibətlərin tənzimlənməsi məsələsində,xüsusilə  İsrail-Ərəb münaqişəsi fonunda intensiv  olaraq Avropa dövlətlərinin  dəstəyinin əldə olunması məsələsini aktuallaşdırır. Bu konteksdə  Avropa dövlətlərinin prinsipal dəstəyi  qeyri-müəyyən şəraitdə  dəqiq deyildir. Amerikan-Avropa təhlükəsizlik müqaviləsinin təsir aspekti kontinental Avropada nisbətən Amerikanın maraqlarına uyğun Orta Şərq siyasətini fokuslaşdırsada, ümumi planda Avropa dövlətlərinin müstəqil xarici siyasətə meyilli davranışları  İsrailin geosiyasi təhlükəsizliyini qayğılandırır.  Əslində  bu zəif, lakin mümkün ehtimal  potensial təhdidlərin nəzərə alınması planında, qeyri-müəyyən şəraitdə  ikinci cəbhənin  (diplomatik,iqtisadi və siyasi planda) açılmasına şərait yaradardı  və rəsmi Teləviv bunun fərqindədir. Digər bir faktor Avrasiyada qüvvələrin idarəolunması planında Rusiya-ABŞ geostrateji toqquşma riskinin nəzaratdə saxlanılması faktıdır ki, İsrail  bu konteksdə neytral mövqeni sonuna qədər qoruyub saxlaya bilməz. İsrail diplomatiyası yeni dövrün  komlikasiyonlarına intelektual reaksiya fonunda nəyi necə etməlidir? Məsələn İsrail diplomatiyası üçün  Rusiya- ABŞ münasibətlərinin idarəolunması məsələsi milli maraq kompleksinin nəzərə alınması fonunda   çətin olmasada, hər hansı bir ciddi qarşıdurma şəraitində Rusiyanın konsolidasiya etdiyi təhlükəli blokla, Amerika arasında bu münasibətlərin,xüsusilə  mühüm geostrateji rayonlarda  idarə edilməsi  problematikdir və prinsipal  siyasi qərarların həyata keçirilməsi planında  böyük risk və ya  məharət tələb edərdi.  Məsələ burasındadır ki, Rusiya İsraili regionda ikinci Amerika  kimi nəzərdən keçirdir və bu konteksdə İsarilə  təzyiq yollarını daim aktiv şəkildə mühafizə edir.

Paralel  müstəvidə  ABŞ –ın xarici  siyasəti İsrailin təhlükəsizliyinə təminat qismində prinsipal faktor kimi nəzərdən keçirilsədə Avrasiya geostrategiyasında qüvvələrin idarəolunması işində baş arbitr qismində çıxış edən  müasir Rusiyanın geostrateji davranışları, post-imperiya dövrünü  xatırladan xaraici siyasəti –  Avrasiya geostrategiyasında qüvvələr balansının formalaşdırılması işində baş arbitr qismində çıxış edən Rusiyanın yeni geosiyasi mühitə adaptasiyası problematik reallıqdır və belə görünür ki, hansısa şəraitdə (daha az ehtimal olunan)  Rusiyanın  geosiyasi qalibiyyəti fonunda  Amerikan-İsarail geostrateji müttəfiqliyi yaxın planda daha çox Rusiya faktorunu nəzərə almalı olacaq – fantasamaqoriyanın izahı baxımından fövqəladə əhəmiyyətli geosiyasi  məna ilə yüklənmişdir. Rusiya,  Amerikan-İsrail strateji mütəfiqliyinə adekvat Türkiyə İran,və Ərəb dövlətlərinin də bir hissəsinin daxil olduğu yeni geosiyasi bloku formalaşdırmaq  planında difuziya və inyeksiya yoluyla öz mövqeyninin interpertasiyası ilə məşguldur. Bu konteksdə  geosiyasi planda  İsrailin xaraici siyasəti ölkənin mili təhlükəsizliyini və onun strateji  maraqlarını  nəzərə alsada,  bu siyasət İsrail diplomatiyası qarşısında  mühüm vəzifələr qoyur və digər dövlətlərdən fərqli olaraq daha geniş coğrafiyada aktorların  və ya dövlət qruplarının maraqlarının nəzərə alınması tələb oliunur. Bu çərçivədə İsrailin yürütdüyü xarici siyasətlə, regional səviyyədə digər ölkələrin həyata keçirdiyi xarici siyasət arasında  analogiya aparıldıqda  ölkənin diplomatik potensialının  əhəmiyyəti faktı meydana çıxır.  İsralin xaraici siyasətinə bir sırta faktlar qismində  analitik planda daha geniş təhlili  aşağıdakı məntiqi nəticəni hasil edir.

 Problematik reallıq ondan ibarətdir ki, biz İsrailin qaraşı-qarşıya qaldığı potensial təhdidi yalnız yaxın coğrafiyadakı qonuşu dövlətlərin davaranışları  fonunda qiymətləndiririk. Və ya İsrail xarici siyasətinin indeksini müsəlman  coğrafiyasındakı  ideoloji prinsiplər nöqteyi nəzərindən dərk edirik. lakin yuxarıda verilmiş  geosiyasi xronologiyanı  nəzərə almaqla  mürəkkəb proseslərə reakasiya fonunda fanatasamaqorik analitikaya müraciət etsək aydın olar ki, İsrail bizim heç birimizin arzu etmədiyimiz mürəkkəb  geosiyasi situasiya ilə üz-üzədir. Bu dövlətin ətarafında təxminən 30 dan artıq dövlət salieti İsralin geostrateji maraqlarını təhdid edən siyasi kursa sahibdir. Paralel müstəvidə çoxsaylı ekstremist orqanizasiyonlar  İsraili  yer üzündən silmək kimi mənəvi baxışı bölüşür. Belə demək mümkündürsə həm regional-həm də qlobal səviyyədə İsrail  ekstremist-terrorist orqanizasiyonlarla  mübarizə şəraitində salamat qalmağın yollarını axtarır.  Məsələn Amerika nisbi təcrid şəraitində qlobal terrorizmlə mübarizə taktikasında təbii üstünlüyə malikdir. Uzaq coğrafiyada bərqərar olmuş terrorist  orqanizasioyonlar fiziki planda Amerikanı təhdid etmir. Xüsusilə  Amerikanın hərbi-strateji və hərbi-siyasi  potensialı nəzərə alındıqda Vaşinqton üçün qlobal terrorizm reallığına münasibət geosiyasi planda implusdur və  müxtəlif iqtisadi rayonlarda hərbi-strateji planları konsolidasiya edən deterministik nüvənin adıdır.  Və bu fenomen Amerikan maraqlarını qidalandıran elmet kimi qeyri-sabit olmaqla paralel qlobal sosialoji reallığın bir parçasıdır. Lakin israil yerləşdiyi coğrafiyanın şərtləri nəzərə alındıqda daha az təhlükəsiz və daha çox qayğılıdır.

   Regional səviyyədə  blokada  şəraitində (fiziki coğrafi planda)  siyasi coğrafiyanın şərtlərini formalaşdırmaq və bu konteksdə geosiyasi konsepsiyaları həyata keçirmək və ya öz mili müstəqiliyini və milli təhlükəsizliyini təmin etmək nə dərəcədə mürəkkəb proseslərin nəzərə alınmasını tələb edir. Həta İsrail-Fələstin münaqişəsində İsrail paralel müstəvidə daha geniş trayektoriyada, müsəlman coğrafiyası ilə  diplomataik mübarizə şəraitində öz mövcudluq kompleksini nəzərdən keçirərək xarici siyasət həyata keçirməli olur. Faktiki olaraq yaxın coğrafiyada və periferiyada bütün dövlətlər islam təsübkeşliyi fonunda anti-İsrail siyasəti həyata keçirdir. Düzdür bu siyasət praktiki addımların atılması şəraitində real nəticənin əldə edilməsindən uzaq olsada, daha çox ənənəvi qaydaya istinad edir. Beləliklə  terrorizmlə mübarizədən tiutmuş geniş bir spektrda dövlətlər İsrail-Fəlstin münaqişəsinə münasibətdə prinsipal mövqeləri bölüşür. Şübhəsiz bir sıra mühüm faktlar sıralamaq olar ki, bu faktlar İsrailin radikal addımlarını əsaslandırılması üçün məntiqi nəticəni hasil etsin. Lakin bütün hallarda iki dövlətli sülh formulunun praktiki baxımdan mümkün olması üçün İsrail üzərindəki mənəvi basqınının inkar olunması vacib şərtdir.

   İsrailin dinc insanlara qarşı hərbi gücdən istifadəsini həm əsasalandırmaq həm də tənqaid etmək üçün kifayyət qədər əsaslar olduğu halda, biz daha mürəkkəb motivasiyanı və real-politik atmosferin arxa planını göz önündən qaçırmamalıyıq. Məsələn İsrail-Fələstin münaqişəsi israilin maraqlarının təminatından daha çox Amerikanın regionda həyata keçirdiyi siyasətlə bağlıdır. Bu tip komplo teoreləri  qismində ABŞ-ın Yaxın Şərq siyasətinin arxasında İsrail diplomatiyasının, lobbisinin rolunu şişitrtmək üçün yenə də kifayyər qədər arqumentləşdirilmiş faktlar sadalamaq olar. Lakin Amerikanın xarici siyasətində İsrail faktoru eyni zamanda Orta Şərqdəki Amerikan maraqları fonunda əhəmiyyətlidir. Yəni Amerika üçün Orta Şərqdəki gepolitik qalibiyyət İsraili dəstəkləməkdən daha az əhəmiyyətli deyildir.  Xüsusilə Rusiyanın yeni geosiyasi mühitə adaptasiyası məsələsi Amerikanın geostrateji  maraqlarına cavab vermir.

  Paralel müstəvidə Türkiyə, iran kimi tarixi sivlizasiya dövlətlərinin öz oxu ətrafında gepolitik konsolidasiyası nisbətən daha effektiv siyasətin həyata keçirilməsini tələb edir. İsralin milli təhlükəsizliyini təhdid edən amilər bundan da aydın ola bilməz. Məsələn son  dövrdə modern Türkiyədə  kamalizmi düşmənləndirmək siyasətini prioritet hesab edəb edə bəzi islami-siyasi dairələr  İsrail -Türkiyə münasibətlərinə radikal  baxış ortaya qoymaqdadaır. Xöşbəxtlikdən Türkiyədə hökümətə nəzarət edən hakim partiya bu münasibətlərin  idarəolunmasında iqtisadi maraqları daha çox önə tutur. Türkiyədəki siyasi islamçı akımın hakimiyyət resusrlarından qeyri-konstisiyon istifadəsilə bağlı qərbin formalaşdırdığı siyasi düşüncənin də Amerikan və Avropa siyasətçiləri üçün məntiqi nəticəsi praktiki siyasətdə nəzərə alınır. Hazırda Qərb bloku vahid cəbhədə şərq siyasətinıə münasibətdə eyni mövqeyi bölüşməsdə İslam dünyasındakı radikallıq,(ekstremizm,terrorizm,siyasi islam kimi tendensiyaların çoxalması faktı) bir sıra mühüm faktorların transformasiyasını nəzərə almağı tələb edir. Beləliklə İsrailin  qarşı- qarşıya qaldığı problem iki mühüm prinsipin nəzərə alınmasını tələb edir. Birincisi o region dövləti kimi tarixin inkişaf planında regionlaşmalı,  geosiyasi pluralizm üçün ciddi əsaslar irəli sürməli və bu konteksdə region dövllətlərilə gələcək  münasibətlərinin perspektivini formalaşdırmalıdır. Lakin bütün bunlar üçün  digər tərəfən elə geosiyasi mühit tələb olunur ki, region dövlətləri İsrailıin mövcudluğu faktını təbii mühitdə qəbul edərək onunla demokratik münasibətlərin  formalaşması məsələsində  maraqlı olsunlar.

  Bütün hallarda bu komplekslərə münasibətdə İsral üçün yeni geosiyasi model hələ bundan sonrada  konfliktlərin idarəolunmasından ibarət olacaq. Uzaq perspektivdə isə konfliktlərin inkarı fonunda geosiyasi plüralizm üçün radikal refor mlar hər iki cəphə üçün  həyatın bütün istiqamətlərində aparılmalıdır. Yəni islamı eksremizmlə mübarizədə daxili qaydada müsəlman cəmiyyətlərində intelektual paradiqmaların formasiya prosesi prinsiapl mövqenin  konsolidasiyasına  zəmin  yaratmalıdır . Coğrafiyaya dövlətlərin taleyidir aforizminə münasibətdə metaforik olaraq bu analogiyanı israillə əlaqələndirmək olar. Bu konteksdə İsrailin öz milli  təhlükəsizliyini,dövlət süverenliyini  təminat altına almaq hüququnu qəbul etməli  xaraici siyasətdə radikal addımlar üçün geosiyasi əsasları nəzərdən keçirməliyik.  Özlərinin milli və dini mənsubiyyətləri konteksində fərqli olan yəhüdələrə qarşı mübarizdə islam ölkələri hansı demokratik prinsipi rəhbər tutur. Və ya ümumiyyətlə tuturmu. Böyük əksəriyyəti müsəlman olan və dünyanın yer altı sərvətləri üstündə zəngin həyat quran ərəb cəmiyyətləri və onların planetdəki imtiyazları ilə müqayisədə,  köşəyə sıxışmış İsraili və onun məhdud səviyyədəki  əhalisini müqayisə üçün geosiyasi tabloya yerləşdirsək məlum olacaq ki, islam dünyasının İsrailə olan  münasibəti ədalətli deyil, tam əksinə dini refleksin yaratdığı simvolik məna ilə yüklənmişdir və  ənənəvi qaydada  stadarat düşüncəyə əsalanan arxaik  kompleksdir.

 Nəticədə biz İsrailin xaraici siyasətinin ümumi prinsiplərini iki mühüm spektrada ələ ala bilərik. Birincisi İsrail geosiyasi təhlükəsizliyinə zəmanət yolları axtaran və bu konteksdə öz milli gücünü problemin həllində əsas götürən dövlət kimi aktiv xaraici siyasət yürütməyə məhkumdur. Və bu onun tarixi təyinatıdır. Lakin İsrailin  regionlaşmasaı məsələsi yaxın perspektiv üçün Amerikanın dəstəyi  fonunda həyat  qabiliyyətli sistemi vəd etsədə uzaq perspektivdə gələcək dünyanın geosiyasi şərtləri müstəvisində yendə bu siyasət regional səviyyədə həyata keçirilməlidir. Nəticədə İsrail-Fələsin  münaqişəsini, konfliktin mahiyyətini nəzərə almadan  mənəvi bohran səviyəsində fokuslaşdırarakən, fundamentalistlər tərəfindən yalnız bir sanballı arqument irəli sürülür.Qüdsün statusi ilə bağlı qeydlərdə demokratik formulun dəstəklənməsi nöqteyi nəzərindən. Lakin paralel müstəvidə  ənənəvi qaydada islam həmrəyliyinin psixipolitik  atmosferdə ələ aldığı, hətta müəyyən mərəhələdə artaraq şizoferinik səviyyədə gücləndiyi bir sosial-psixoloji situasiyanın təsiri altında həyata keçirilən dini mənsubiyyət kompleksilə izah oluna biləcək reallıqdır. Lakin biz İsrail-Fələstin  münaqişəsinə münasibətdə daha ciddi bəşəri arqumentləri irəli sürə bilərik. Demokratik ideylaraın inkişafı fonunda. Bu zaman radikal ideyalar nisbətən ikinci plana keçirilməli və müəyyən mərhələdən sonra isə bu ideyalar sosial sistemdən kənarlaşdırılmalıdır. Yalnız bu zaman İsrail-Ərəb münaqişəsi üçün demokratik formulu  axtarıp tapmaq olar.