Universitetlərin nəzdində kollec açılacaq – Təhsildə YENİLİK

Azərbaycanda ali məktəblərin nəzdində kolleclər yaradılacaq.

Turkustan.info-nun məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə ( Orta ixtisas təhsili) 21.2-1-ci yeni maddə əlavə edilir.

Dəyişikliyə görə, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirlə bilər.  Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsi sabah- mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin  keçiriləcək iclasında müzakirə ediləcək.  /Modern.az/