100 milyonluq ölkə super gücün önündə diz çökdü – Savaşa bilmərik

“Tək nəticə məhvimiz olacaq”

“Savaşa başlamağa gücümüz çatmaz. Bu Silahlı Qüvvələrimizin məhvi olar”. Bunu Çinin Cənubi Çin dənizindəki hərbi fəaliyyəti ilə bağlı açıqlama verən Fillipin prezidenti Rodriqo Duterte deyib.

O, Filippin donanmasının qurulmasının 120 illiyi münasibəti ilə Manilada keçirilən tədbirdə çxıış edib. Duterte belə bir zamanda savaşa güclərinin çatmayacağını bildirib. “Qazana bilməyəcəyimiz və tək nəticənin Silahlı Qüvvələrimizin məhvi olacağı bir savaşa girə bilmərəm. Qəbul etsək də, etməsək də tək gerçək budur”. 

Xatırladaq ki, bir neçə gün öncə Çin hərbi təyyarə daşıyan gəmisinin sınağını uğurla tamamlayıb, bombardıman təyyarələrini mübahisəli adalara endirib. 

Bu adalara Çin ilə yanaşı Fillipin, malayziya, Bruney, Tayvan da iddia edir. Beynəlxalq ictimaiyyətdə Paracel və Spratli kimi tanınan adalar, Vyetnam tərəfindən Hoanq sa, Truong Sa, Çin tərəfindən isə Şişa və Nanşa Çundao olaraq adlanır.  /İstiPress/