Mirəli Seyidovun Türkiyədə yenidən nəşr olunmuş kitabı MEK-ə daxil olub

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Türk-Ermeni edebi ilişkileri” adlı yeni kitab daxil olub. Kitab Azərbaycanın görkəmli alimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 1976-cı ildə nəşr olunmuş “Azərbaycan-erməni ədəbi əlaqələri” əsərinin Türkiyədə yenidən nəşr olunmuş versiyasıdır. Kitabın Türkiyə türkcəsində nəşrə hazırlayanı redaktor Telli Akhun Korkmaz və professor Mehmet Kutalmışdır.
Kitab yalnız Azərbaycan-erməni ədəbi əlaqələrini deyil, ən qədim yazılı mənbələrdən, hətta tarixi ənənələrdən başlayaraq yazıldığı dövrə qədər təxmini 1500 illik böyük bir zaman əhatəsində Türk-erməni dili, ədəbiyyatı, tarixi və mədəniyyətini qarşılaşdıraraq araşdıran ciddi, ətraflı, zəngin və əhəmiyyətli bir əsərdir. Kitabda erməni dilinin və ədəbiyyatının qədim türk dili və ədəbiyyatının təsiri əsasında formalaşması mövcud yazılı abidələrin, şifahi xalq ədəbiyyatı nümunələrinin, dastan və klassik əsərlərin paralel təhlili yolu ilə sübut edilir.
MEK-ə həm çap, həm də elektron formatda təqdim edilən, tariximizin bir çox mübahisəli suallarına ayna tutan nəşr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
http://mek.az/article.aspx?id=1462

 

 

Görüntünün olası içeriği: yazı