Mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək – YENİLLİK

Gürcüstan vətəndaşları mobil telefonlarının SİM-kartlarına şəxsi identifikasiya məlumatlarını yükləyərək bundan istifadə etmək imkanı qazanacaqlar.
Dövlət Xidmətlərinin İnkişafı Agentliyi proqram təminatı sistemi və ona texniki dəstək xidmətlərinin satın almaq üçün elektron tender elan edib. Layihənin dəyəri 5,8 milyon laridir. 
Layihə həyata keçirildikdən sonra SİM-kart ID kartların funksiyalarına malik olacaq və oraya vətəndaşın bütün identifikasiya məlumatları yüklənəcək. Vətəndaş öz istəyi ilə elektron imza funksiyasını da aktivləşdirə bilər. Bundan sonra vətəndaşların şəxsiyyət vəsiqəsi gəzdirməsinə ehtiyac qalmayacaq.  
Tenderə təkliflər iyunun 25-nə qədər qəbul  olunacaq.  (lent.az)