Gün: May 25, 2018

“İsrail və İran müharibəyə başlaya bilər”

İsraillə İran arasındakı gərginlik açıq silahlı müharibəyə keçə bilər. Turkustan.İnfo AzVision.az-a istinadən xəbər verir ki, bu fikri İsrailin ekologiya və Qüds məsələsi üzrə naziri Zeev Elkin Peterburq beynəlxaq iqtisadi forumunda səsləndirib. “Müharibə riski həmişə var. Çünki İran açıq şəkildə bəyan edir ki, onun məqsədi İsrail dövlətini məhv etməkdir. Ona görə, əlbəttə, […]

Yadplanetlilərə bənzəyən gəncin son istəyi həkimləri təəcübləndirdi – FOTOLAR

ABŞ-da yaşayan Vinni Oh adlı gənc yadplanetlilərə bənzəmək üçün indiyə qədər külli miqdarda pul xərcləyib. Turkustan.info məlumatına görə, 23 yaşlı gəncin son istəyi isə həkimləri də şoka salıb. O, yadplanetlilərin cinsiyyətsiz olduğunu güman edərək, özünü bu tərzdə də onlara oxşatmaq istəyib. Lakin tibb işçiləri cinsiyyətsiz yaşamağın zərərli ola biləcəyini güman […]

Silahsız Azərbaycan deputatları: “Məni də öldürər, mühafizəçini də…”

kraynanın Çerkassı şəhərində “Batkivşina” Partiyasının ofisinə silahlı hücum olub. Turkustan.info xəbər verir ki, silahlı insident nəticəsində partiyanın deputatı Serqey Qura həlak olub. Deputatın cangüdəni travmatik tapançadan cavab atəşi açmağa çalışsa da, silahlı şəxs əl qumbarası çıxarıb və onu partladacağı ilə hədələyib.  Silahlı şəxs Quranın baş və sinə nayihəsindən iki atəş açıb. […]

Ermənistan uğrunda “dollar savaşı”

Rusiya və Qərb iqtisadiyyata nəzarəti ələ keçirmək istəyir “Məxməri inqilab”dan sonra Ermənistan uğrunda Rusiya və Qərb arasında rəqabətin artması müşahidə olunur. Həm Rusiya, həm də ABŞ və Avropa Birliyi Ermənistanın yeni hökuməti ilə daha sıx əlaqələr qurmaq üçün bir sıra revanşlar edir. Baş nazir Nikol Paşinyan prezident Vladimir Putinlə görüşündə […]

17 yaşında evləndi, əri əsgər getdi, qayını… – Bu gün həbsdən çıxan qadının QANDONDURAN HEKAYƏSİ – FOTO

Bu gün əfv sərəncamı ilə azadlığa qovuşan Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Gülnarə Əzizova 2014-cü ildə ərini öldürməkdə təqsirli bilinərək, həbs edilib. Bu dəhşətli qətli törədən Gülnarə Əzizova 4 il həbsxanada cəza çəkib. O, 3 ildən sonra azadlığa çıxacaqdı. Amma Prezident İlham Əliyevin humanist addımı nəticəsində daha bir qadın […]

Trampın Əliyevə məktubunda sirli Qarabağ mesajı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətləri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. ABŞ-Azərbaycan münasibətlərinin inkişafına toxunan məktubda diqqət çəkən əsas məqam Trampın “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır” sözləridir. ABŞ lideri bununla […]

Türk gəmisi raketlə vuruldu: ABŞ donanması hərəkətə keçdi – Təcili

Yəmənə buğda aparan Türkiyənin yük gəmisinə raket hücumu edilib. Turkustan.info xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb. Əlavə məlumat veriləcək. *** Ağ Ev Türkiyənin yük gəmisinə edilən raket hücumu ilə bağlı bəyanat yayıb. Bəyanatda husilər tərəfindən hücum edildiyi və ABŞ-ın hərbi-dəniz qüvvələrinin dərhal hərəkətə keçdiyi bildirilib. Qeyd edilir ki, […]

İbrahimbəyovun qalmaqallı filmində şok xəritə – Foto

“Rüstəm İbrahimbəyovun filmində nə var” deyənlər filmin giriş hissəsindəki xəritəyə diqqət yetirsinlər. Turkustan.info xəbər verir ki, bu sözləri tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev şəxsi Feysbuk səhifəsində yazıb. O, yazıçı R.İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filminin təxribat xarakterli olmasını sübut edən amilə diqqət çəkib: “Qarabağ Ermənistanın rənginə uyğun […]

Axundovaya ad günündə Prezidentdən gözləmədiyi hədiyyə

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yazıçı-publisist, millət vəkili Elmira Axundova “xalq yazıçısı” fəxri adına layiq görülüb. Turkustan.info xəbər verir ki, Elmira Hüseyn qızı Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində […]

İki böyük şirkət bu layihə üçün birləşir: Sürücüsüz avtomobillər dövrü başlayır

Uzun müddətdir “Apple” şirkəti sürücüsüz avtomobillərlə bağlı yenilik etməyə çalışır. Turkustan.info xəbər verir ki, nəhayət ki, şirkət “Wolkswagen”lə razılığa gələ bilib. Son illər “Apple” şirkəti məhz bu layihə ilə bağlı nizamlı olaraq layihələr hazırlayır. Adıçəkilən proyektin ərsəyə gəlməsi üçün şirkət otaq ola biləcək avtomobl firması axtarışında idi. Onu da “Wolkswagen”lə tamamladı. Artıq […]

Azərbaycanda yeni xidmət yaradıldı – FƏRMAN

Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.  Turkustan.info-nun məlumatına görə, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən […]

İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

İsrail Ali məhkəməsi iki insan haqları təşkilatının İsrail hərbçilərinin Qəzza zolağında fələstinli etirazçıları atəşə tutmasının qadağan edilməsi haqqında ərizəsini təmin etməyib. Turkustan.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Məhkəmənin qərarına əsasən, terrorçu qruplaşmalar, o cümlədən HƏMAS, qəsdən dinc etirazçıların, qadın və uşaqların arasına yaraqlıları buraxır və israilli hərbçilərinin […]

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər keçirilir

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir Xızı rayon İcra Hakimiyyətinin dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Heydər Əliyev keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin […]

İranın qarşısı alınmasa: Azərbaycana qarşı yeni plan işə salınacaq

“ABŞ-ın İrana qarşı sanksiyaları, rəsmi Tehranın dini rejimimin laxladılmasına və Yaxın Şərqdə ekspanist siyasətinin zəifləməsinə səbəb olacaq. ABŞ adminstrasiyasında “Qırğı”komandasının əsas hədəfi məhz İrandır. İran Yaxın Şərqdən çıxarılsa, Rusiya da asan çıxarılacaq”. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazdə deyib. Onun fikrincə, İranın Yaxın Şərqdə güclənməsi, regionda […]

NATO və Avropa Rusiyaya qarşı BİRLƏŞDİ

NATO və Avropa Birliyi Rusiyaya qarşı bir məsələdə ortaq mövqedən çıxış edib. Cebhe.info xəbər verir ki, iki qurum Rusiyaya müraciət edərək 2014-cü ildə Donbas üzərində vurulan təyyarəyə görə məsuliyyəti üzərinə götürməyə çağırıb.  Turkustan.info xəbər verir ki, bu barədə “France-Presse” agentliyi  yazıb. Agentliyin məlumatına görə, Böyük Britaniya xarici işlər naziri Boris Conson […]

200 manatlıqlar: İqtisadiyyat üçün YENİ RİSK?

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank yeni 200 manatlıq pul əsginaslarını dövriyyəyə buraxacaq. Mayın 23-də Mərkəzi Bank mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirib. Cəmiyyətdə dövriyyəyə yüksək nominallı valyutanın […]

Alışanovun meyitini doğrayıb… – Şok sui-qəsd planı

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi […]

İranda qürurlandıran görüntülər: Azərbaycan… – Video

İranın Sənəndəc Universitetinin azərbaycanlı tələbələri qatıldıqları bir futzal yarışında Azərbaycanla bağlı şüarlar səsləndiriblər. Turkustan.info xəbər verir ki, tələbələr “Azərbaycan” adlı komanda ilə təhsil müəssisəsinin daxili yarışlarına qatılıblar. Sosial şəbəkələrdə yayılan videoda tələbələrin sevimli komandalarına “Azərbaycan, Azərbaycan” sədaları ilə dəstək verdikləri görünür. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.  /Axar.az/

Elza Seyidcahandan İlhamə Quliyeva ilə BAĞLI ŞOK ŞEİR: “Quru, quru, quruyasan…”

Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyevaya şeir yazıb. Turkustan.info xəbər verir ki, ifaçı İ.Quliyevaya yazdığı “Quru böhtan” adlı şeirini “Zarafat-zarafat” verilişində səsləndirib. Qocanın xatirə silsiləsinin baş qəhrəmanı mən deyiləm. İstəmərəm, mən istəmərəm pis qoca xatirəsində öləm… Qocalar keçmiş xəyallarında gənclər gələcək arzularında yaşayırlar. Gələcək, gələcək, o gözəl gələcək […]

Erməni və kürd kartı ilə ŞOK PLAN – Türkiyədən bu bölgəni ayırmağa QƏRAR VERDİLƏR

Mayın 14-də ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi və 62 fələstinlinin İsrail hərbçiləri tərəfindən öldürülməsinə Ankaranın sərt reaksiya göstərməsi Türkiyə və İsrail arasında münasibətləri daha da gərginləşdirdi. İsrail Türkiyənin sərt reaksiyasına cavab olaraq erməni və kürd kartlarından istifadə etməyə qərar verib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, mayın 23-də İsrail parlamenti (Knesset) […]

“Bu namərdlik və əxlaqsızlıqdır”

Təəssüf edirəm ki, Rüstəm İbrahimbəyov adlı bir şəxsin öz millətini aşağılayan və erməni millətini az qala müqəddəs, saf, günahsız, köməksiz bir xalq kimi təqdimedən filmini gördük. Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov bildirib. “Biz ictimaiyyət nüməyəndələri olaraq belə təxribatlara, ermənilərin əlinə işləyən insanlara ciddi etirazımızı bildirməliyik. Qarabağ həqiqətləri […]

QHT sədri: “Vətənini başqa millətlərin ayağına verən birindən hər şeyi gözləmək mümkündür”

 “Torpaqlarımızı işğal edən ermənini azərbaycanlıdan mədəni səviyyəcə üstün təqdim etmək ən azı əxlaqsızlıqdır”. Bu sözləri qhtxeber.az-a “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. M.Əmirhüseynova deyib ki, filmdə azərbaycanlı əxlaqına, təbiətinə ssenarist tərəfindən böhtan atılır: “Bu da Rüstəm İbrahimbəyovun baş verən hadisələrə […]

Şah İsmayıl Xətai Komissiyasının üzvləri Şeyx Cüneyd məqbərəsini ziyarət ediblər

Azərbaycan Yazıçılar Birliyinin Şah İsmayıl Xətai Komissiyasının üzvləri – Şəmil Sadiq, İlqar İlkin və Vüqar Zifəroğlu Qusar rayonu Həzrə kəndində yerləşən Şeyx Cüneyt məqbərəsini ziyarət ediblər. Newscenter.az xəbər verir ki, əsas məqsədi Şah İsmayıl Xətainin irsini araşdırmaq, təbliğ etmək olan komissiya artıq bir ildir ki fəaliyyət göstərir. Komissiyanın dəstəyi ilə […]

Rasim Balayevdən inanılmaz qərar: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

Xalq artisti, tanınmış aktyar Rasim Balayev yeni seriala çəkilib. Yaxın günlərdə serial Xəzər televiziyasında nümayiş olunacaq. Turkustan.info bildirir ki, Yeniçag.az-a açıqlama verən aktyor serialın Kamran Cəfərovun “Şifrələnmiş Brailler” əsərinin motivləri əsasında çəkildiyini və detektiv janrda olduğunu bildirib: “Mən dəfələrlə açıqlamalarımda da demişdim ki, seriallara çəkilmək istəmirəm. Dəfələrlə təkliflərdən imtina etmişəm. […]

Körpəsi ilə azadlığa çıxan qadın: “Bir də bura gəlmərəm…” – HƏYAT HEKAYƏTİ

Prezident İlham Əliyevin may ayının 24-ü imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində də icra olunub. “Report”un əməkdaşı müəssisədə 6 aylıq övladı ilə birgə cəza çəkən və bu gün azadlığa buraxılan Gündüz Babayeva ilə söhbətləşib. […]

Qardaşı sabiq icra başçısı ilə görüşdən danışdı: “İkisi də salamatdır” -VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Saleh Rüstəmovun səhhəti yaxşıdır. Turkustan.info bildirir ki, bu barədə musavat.com-a onun qardaşı Valeh Rüstəmov açıqlama verib. Valeh Rüstəmov qardaşı ilə görüşdən sonra bildirib ki, hazırda onun heç bir problemi yoxdur:“Qardaşımla da, digər qardaşımın oğlu ilə də görüşdüm. İkisi də sağlamdır. Heç bir narazılıqları yox […]

Sarkisyanın partiyası növbədənkənar seçkilərə getməyəcək

Erməniastanda hakim Respublika Partiyası növbədənkənar seçkilərə getməyi düşünmür. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasındakı rəhbəri Vaqram Baqdasaryan deyib. “Biz Konstitusiyanı əsas tuturuq. Buna görə də yalnız 2022-ci ilin parlament seçkilərinə hazırlaşırıq”. Baqdasaryan növbədənkənar seçkilərə ehtiyac olmadığını deyib. Baqdasaryan seçkilərə qədər Paşinyan hakimiyyəti ilə islahat proqramını […]

Bakının ərəblərə “qul” olan restoranları – Pul qazanmaq üçün bu yollara da əl atırlar – VİDEO

“Space” Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə ana dilimizə qarşı olan hörmətsizlikdən danışılıb. Teleaparıcı Amil Xəlil şəhərdə fəaliyyət göstərən bir neçə restoranlara üz tutub. Görüntülərdən də gördüyünüz kimi restoranların önündə Azərbaycan yox, ərəb musiqiləri səslənir. Bundan başqa menyu kitabçaları, reklam tabloları belə Azərbaycan dilində yox, ərəb dilində təqdim […]

“Məni kim polisə çağıra bilər?” – Deputat

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli gəlini Beruzova Zərifə Beruz qızının dələduzluqda ittiham olunması ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info xəbər verir ki, Hadi Rəcəbli yayılan xəbərə münasibət bildirib. O, “ölkə.az”a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər […]

İrandan dünyanın taleyini dəyişdirəcək nüvə açıqlaması

ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasını ləğv etməsindən sonra rəsmi Tehrandan növbəti açıqlama gəlib. Turkustan.info-nun məlumatına görə, “Reuters” agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi, ölkəsinin nüvə sazişi ilə bağlı bir neçə həftə ərzində ABŞ-a cavab verəcəyini bildirib. Qeyd edək ki, Tramp 2015-ci ilin yanvar ayında, İranla imzalanmış müqaviləni ləğv edib. […]

Nazirlikdə dəyişiklik: məmurlar kəndlilərin “ayağına” gələcək

“Kənd Təsərrüfatı Nazirliyinin struktur və bölmələri öz fəaliyyət prinsipini dəyişəcək”. Turkustan.info “APA-Economics”ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, artıq kəndli və fermerlər kənd təsərrüfatı idarələrinə deyil, həmin idarələr kəndli və fermerlərə birbaşa müraciət edəcək. “Bizim […]

Azərbaycanda əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

“Hazırda bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir. Bu, Prezident İlham Əliyevin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əmək haqlarının vergitutmaya cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır”. Turkustan.info-nun “APA-Economics”ə istinadən verdiyi məlumata görə, vergilər naziri Mikayıl Cabbarov deyib ki, islahatın mahiyyəti vahid əmək haqqına tətbiq olunan vahid […]

“Bakı gözəli” yarışmasında birincilik üstündə dava – VİDEO

Paytaxt məkanlarının birində keçirilən “Bakı gözəli 2018” gözəllik müsabiqəsinin final günü dava düşüb. Turkustan.info xəbər verir ki, “Instagram”da yayılan videoda “Show Production”un təşkilatçılığı ilə baş tutan gecənin qaranlıq məqamları üzə çıxıb. Məlum olub ki, iştirakçılar arasındakı davaya səbəb ikinci yeri qazanan iştirakçının “Mən daha çox pul vermişəm, niyə birinci olmadım?” deyə […]

ABŞ ŞOKDA – Kəşfiyyat Rusiyanın məxfi sınaqlarını ELAN ETDİ

Rusiyanın “S-500” yeni nəsil hava hücumundan müdafiə sisteminin məxfi sınaqları müvəffəqiyyətlə keçib. Turkustan.info xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının məruzələri ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib. Telekanal xəbər verir ki, “S-500” 481 kilometr məsafədə olan hədəfi vura bilib. Bu, demək olar ki, daha əvvəlki sınaqlarda qeydə alınan göstəricidən 80 […]

Paşinyanın adındakı hərflərin SİRRİ və ABŞ-ın Qarabağ üzərindən ŞOK PLANI: O, niyə hakimiyyətə gətirildi?

Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gətirilməsi təsadüfi deyil. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə yazan “kavkazplus” saytı Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı maraqlı versiya irəli sürüb. Paşinyanın adındakı ilk 4 hərfə diqqət çəkən sayt yazır ki, “Paşa” Osmanlıda əyalətləri idarə edən “sərdarlara” deyilirdi. “Qərbdə simvolikanı çox sevirlər və hesab etmək […]

Əflatun Amaşov: “AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı”

Əflatun Amaşov: “Müsəlman şərqində ilk demokratik respublikanı yaratmaqdan fərəh duyuruq” “Azərbaycan xalqı müsəlman şərqində ilk demokratik respublikanı yaratdığı üçün qürur duyuruq”.  Turkustan.info-nun məlumatına görə, bunu “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabının təqdimat mərasimində çıxış edərkən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.“AXC itirilmiş dövlətçiliyimizi bizə qaytardı. O, xalqımızın inkişafında yeni […]

Sürücülük vəsiqələri dəyişir

Yeni kateqoriyalar olacaq. Azərbaycanda sürücülük vəsiqəsi kateqoriyaları dəyişdirilir. Bu, “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklərdə yer alıb. Qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və […]

20 min müəllimin çoxdan gözlədikləri gün – Sabahdan etibarən…

Müəllimlər iş uğrunda mübarizə aparacaq Sabahdan iş axtaran müəllimlərin gözlədiyi gün başlayır. Təhsil Nazirliyindən verilən məlumata görə, 26 may – 2 iyun tarixlərində müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini […]

Naxçıvana açılan atəşin cavabı – Bütün cəbhə boyu…

20 mayda Naxçıvanla təmas xəttində açılan erməni atəşi Ermənistan-Azərbaycan arasında davam edən tarixi müharibənin lokal bir ərazi vahidinə – Dağlıq Qarabağ bölgəsinə aid olmadığını bir daha nümayiş etdirdi. 1000 km-dən artıq sərhəddin hamısını təhlükə zolağı kimi qəbul etmək olar, lakin yaxın keçmişin acı təcrübəsi sübut edir ki, hərbi əməliyyatlar zamanı […]

Problemli kreditlər silinə bilər: Kollektiv saziş hazırlandı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palata tərəfindən hazırlanmış “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib. Palatadan “Marja”ya daxil olmuş məlumata görə, görüşdə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının […]

Azərbaycanda 2 uşaq anası evdən qaçdı – Dərziyə gedirəm deyib – VİDEO

Oğuzda 32 yaşlı gəlin evdən qaçıb. Turkustan.info xəzər tv-yə istinadən xəbər verir ki, rayonun Səməd Vurğun kücəsi, 14 -də yaşayan Gulnaz Abışova 2 gün əvvəl günorta saatlarında evdən çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə quran və hazırda 2 övladı olan gəlin evdən dərzinin yanına getmək adı ilə […]

Əfv olunan qadın məhkumlar artıq azadlığa buraxıldı – FOTOLAR

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunub. Turkustan.info xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb. Tədbirdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova da iştirak edib. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra […]

Ramazan ayında toy eləmək olarmı? – Ənənəvi sual

Müqəddəs Ramazan ayını yaşayırıq. Adətən Ramazan boyu müsəlmanlar oruc tutmağa, pis əməllərdən uzaq durmağa, oruc tutmasa da spirtli içki qəbul etməməyə çalışırlar. Beləliklə, mağazalarda, marketlərdə spirtli içkilərin satışı bir qədər zəifləyir. Bu, həm də toy-nişan, yubiley və digər belə mərasimlərin keçirilməməsi ilə bağlıdır. Ramazan ayı şadlıq evləri və restoranların da […]

“Bu silahları almayın, əks halda…!” – ABŞ-dan Ankaraya TƏHDİD

ABŞ Türkiyəyə Rusiyadan almağı planlaşdırdığı “S-400” zenit-raket komplekslərinin alternativlərini təklif edir. Turkustan.info “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo Senatda keçirilən dinləmələrdə bildirib. “Türkiyə bu istiqamətdə yanlışa yol verir. Türkiyənin “S-400” zenit-raket komplekslərinə malik olması bizim aramızda, həmçinin Türkiyə və NATO arasında bir çox […]

Proses Bakının nəzarətindədir: İrəvanın TOR-larına qarşı…

Azərbaycan Ermənistanın hazırkı təlaşını və bu fonda Rusiyadan yeni silahlar almasını diqqət mərkəzində saxlayır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Rusiyanın Ermənistana TOR sistemləri verməyə hazırlaşması haqda danışarkən politoloq Tofiq Abbasov deyib. Politoloq Rusiyanın müttəfiqinə sözügedən sistemləri verməsini mümkün sayıb: “Baxmayaraq ki, hər iki dövlət KTMT-nin üzvüdür, Ermənistanla Rusiya arasında ikitərəfli […]

Büdcəyə gələn əlavə milyardlar necə xərclənəcək?

Hələlik sənəd Milli Məclisə daxil olmayıb, ancaq gələn ay parlamentin növbədənkənar iclasında dövlət büdcəsinə baxılacaq. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a 2018-ci ilin dövlət büdcəsində gözlənilən dəyişikliklərlə bağlı danışan Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, dövlət büdcəsində gözlənilən dəyişikliklər əsasən dünya bazarında […]

Əfv sərəncamının icrasına başlanıldı

Bu gün Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncamının icrasına başlanılıb. Turkustan.info-nun məlumatına görə, əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Həmçinin azadlıqdan məhrum […]

Elçin Əlibəylidən Rüstəm İbrahimbəyova AĞIR SÖZLƏR: “İçi çirkabla dolu, murdar…”

“Sözügedən film ekranlara çıxanda xəbər tutdum və bu barədə filmin yaradıcılarının üzv olduğu gildiyaya da öz etiraz məktubumu göndərdim. Rüstəm İbrahimbəyovdan bunu gözləyirdim. Çünki bütün hallarda o, Azərbaycana aid olmayan insan olub. Son siyasi hadisələrdə bir daha gördük ki, Azərbaycan ona ancaq maddi maraqlar üçün lazımdır və o, öz xəyanətkar […]

Dünyanın ən böyük xəzinəsi tapıldı – Suyun altında 18 milyard…

İspaniya donanmasına aid “San Xose” gəmisini üç əsr boyunca okean altında qalan xəzinə ilə dolu hissələri tapılıb. Mütəxəssislərə görə, gəmidəki qızıl və qiymətli daş-qaşların dəyəri 4-18 milyard dollar arasında dəyişir. Karib dənizində İngiltərə donanması tərəfindən batırılan gəminin qapılarındakı işləmələrə nəzərə yetirən mütəxəssislər onun “San Xose” gəmisinə aid olduğu qənaətinə gəliblər. […]