“Bu namərdlik və əxlaqsızlıqdır”

Təəssüf edirəm ki, Rüstəm İbrahimbəyov adlı bir şəxsin öz millətini aşağılayan və erməni millətini az qala müqəddəs, saf, günahsız, köməksiz bir xalq kimi təqdimedən filmini gördük. Bu sözləri “Qarabağ” Kikboksinq Klubunun prezidenti Emin Seyidov bildirib. “Biz ictimaiyyət nüməyəndələri olaraq belə təxribatlara, ermənilərin əlinə işləyən insanlara ciddi etirazımızı bildirməliyik. Qarabağ həqiqətləri ilə bağlı hər sahədə var gücümüzlə çalışırıq ki, dünyanı məlumatlandıraq, ermənilərin əsl üzünü Avropaya, Amerikaya hər yerə açıb göstərək. İdman sahəsində də bu belədir, azandğımız uğurlar, qaldırdığımız Azərbaycan bayrağı düşmənə göz dağıdır. İncəsənət xadimləri də belə yolda olmalıdırlar. Təəssüf olsun ki, özünə incəsənət adamı deyən bu şəxs siyasət bataqlığında çirkabda bataraq belə əmələ yol evrdi. Öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir. Bu ənənəyə də Rüstəm İbrahimbəyov qol qoydu. Faşizm hərəkətləri ilə seçilən bir milləti necə öz millətindəndən üstün tuta bilərsən axı? 31 mart soyqırımından tutmuş Xocalı soyqırımını, Malıbəyli faciəsini törənlər bizdən üzr istəməlidirlər. Amma Rüstəm İbrahimbəyov filmi ilə elə görüntü yaradır ki, sanki biz onlara qarşı daim vəhşi davranışlar nümayiş etdirmişik. Bu, namərdlik və əxlaqsızlıqdır”.