NATO və Avropa Rusiyaya qarşı BİRLƏŞDİ

NATO və Avropa Birliyi Rusiyaya qarşı bir məsələdə ortaq mövqedən çıxış edib. Cebhe.info xəbər verir ki, iki qurum Rusiyaya müraciət edərək 2014-cü ildə Donbas üzərində vurulan təyyarəyə görə məsuliyyəti üzərinə götürməyə çağırıb. 

Turkustan.info xəbər verir ki, bu barədə “France-Presse” agentliyi  yazıb. Agentliyin məlumatına görə, Böyük Britaniya xarici işlər naziri Boris Conson bildirib ki, Moskva beynəlxalq araşdırmanın nəticəsindən dərs çıxarmalıdır. Nazirin fikrincə, Rusiya rəhbərliyi bu hərəkətin cəzasız qalacağını düşünür.

Kreml isə bütün bu ittihamları rədd edir. Rusiya istintaq qrupunun tərkibində olmadığını  bildirərək nəticələri şübhə altına alır. 

Xatırladaq ki, 25 mayda birgə istintaq qrupu təyyarənin vurulmasına görə Rusiyanı ittiham edəcək sübutların olduğunu açıqlayıb.     /Cebhe.info/