AXC-nin 100 illiyinə həsr olunmuş şeir qiraəti müsabiqəsinin final tədbiri keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı, “Müasir İnkişaf” və “Gənclərin Töhfəsi” İctimai Birliklərinin təşkilati dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Səndən qeyri biz hamımız ölə billik!” şuarı altında “Vətənim Azərbaycan” mövzusunda şeir qiraəti müsabiqəsinin final mərhələsini başa çatdırıb.
Müsabiqə Bakı şəhərindəki 100 məktəbdən daxil olan 252 müraciət əsasında keçirilib. Müsabiqənin yekununda I və II mərhələləri keçərək finala vəsiqə qazanmış 16 şagird iştirak edib.
Azərbaycan dövlət himninin sədaları altında başlayan tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti qurucularının xatirəsi, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu sayğı duruşu ilə yad edilib. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü müsabiqənin təşkilini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncamın icrasından irəli gələn addım olduğunu bildirib. M.Göyüşlü bir neçə ay ərzində davam edən müsabiqənin münsiflər heyətinin, təşkilatçıların, o cümlədən Bakı şəhəri üzrə Təhsil İdarəsinin əlaqələndirilmiş səyləri nəticəsində obyektiv, peşəkar qiymətləndirildiyini vurğulayıb.
Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, millət vəkili, akademik Nizami Cəfərov tariximizin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş qiraət müsabiqəsinin əhəmiyyəti haqqında danışıb. Müsabiqənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istiqlal tariximizin düzgün mənimsənilməsi baxımından uğurlu seçim olduğunu vurğulayan Nizami Cəfərov final mərhələsinin iştirakçılarına uğurlar arzulayıb.
Sonra finalçılar “Vətənim Azərbaycan” mövzusunda hazırladıqları şeirləri səsləndirib və münsiflər tərəfindən qiymətləndiriliblər. I yerə Bakı şəhəri Nəsimi rayonu 42 saylı orta məktəbin şagirdi Rauf Əliyev , II yerə Bakı şəhəri Xətai rayonu 254 saylı orta məktəbin şagirdi Ayşə Əliyeva, III yerə isə Türk Dünyası Bakı Atatürk litseyinin şagirdi Oğuzxan Pənahlı layiq görülüblər. I, II, III yerlərin qalibləri diplomla təltif edilib, müvafiq olaraq noutbuk, planşet və fotoaparatla mükafatlandırıblar. Bütün iştirakçılara təşəkkürnamələr təqdim edilərək MEK mübadilə fondundan dəyərli kitablar hədiyyə olunub.
Münsiflər heyətinin üzvləri – Xalq artisti Nurəddin Mehdixanlı, Gənclər və İdman Nazirliyinin əməkdaşı Zöhrə Əsgərova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kafedra müdiri Səidə Abbasova, “Birlik” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar İlkin, Qarabağ qazisi Anar Məmmədov çıxış edərək AXC-nin 100 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, müsabiqə haqqında fikirlərini bildiriblər. Tədbirdə şagirdlərdə nitq mədəniyyətinin inkişaf etdirilməsi, özünəinam hisslərinin aşılanması baxımından mütaliə ilə yanaşı belə müsabiqələrin keçirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. Münsiflər şagirdlərin düzgün qiraəti ilə bağlı ədəbiyyat müəllimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd ediblər. Həmçinin, nitqin inkişafı məqsədi ilə şagirdlərin özlərini doğru şəkildə ifadə etmələri üçün test imtahanlarında əlavə şifahi sorğuların keçirilməsi, müsabiqənin gələn ildə də davam etdirilməsi kimi təkliflər səsləndirilib.

Görüntünün olası içeriği: 15 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, ayakkabılar ve iç mekan

Görüntünün olası içeriği: 13 kişi, ayakta duran insanlar, takım elbise ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, takım elbise

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve takım elbise

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Görüntünün olası içeriği: 6 kişi, iç mekan

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Görüntünün olası içeriği: 10 kişi, oturan insanlar

Görüntünün olası içeriği: 2 kişi, oturan insanlar

Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar ve iç mekan

Görüntünün olası içeriği: 8 kişi, gülümseyen insanlar, ayakta duran insanlar

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, ayakta duran insanlar

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, ayakta duran insanlar

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar ve takım elbise

İctimaiyyətlə əlaqələr bölməsi
[email protected]
(012) 537 19 82