“Ona görə peyğəmbəranə bir kişidir ki…” – Elçibəy Ulu öndər haqda danışır -VİDEO

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı mediada, sosial şəbəkələrdə çoxsaylı arxiv sənədləri, videolar yayımlanır.

Turkustan.info xəbər verir ki, Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu və Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə haqqında fikirləri Ulu öndərin şəxsiyyəti və keşməkeşli həyat yolu barədə ən gözəl təriflərdən biri hesab oluna bilər.

Təqdim etdiyimiz bu video 1999-cu ilin 31 yanvarında Bakının Novxanı kəndində M.Ə.Rəsulzadənin abidəsi önündə keçirilən toplantı zamanı çəkilib.