Əsəd İsrail sərhədini ələ keçirir: ABŞ narahatdır

ABŞ Dövlət Departamenti Suriya rejiminin müxaliflərin nəzarətindəki Dera bölgəsinə genişmiqyaslı hücuma hazırlaşdığı barədə bəyanat yayıb.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bəyanatda ABŞ tərəfinin bundan ciddi narahatlıq keçirdiyi və rejimin hücuma keçəcəyi halda konkret tədbirlər görüləcəyi bildirilib.

Məlumatda deyilir ki, dünən hökumət qüvvələrinin gələcək əməliyyatı barədə Dera sakinlərinə təyyarədən broşürlər atılıb.

Qeyd edək ki, Dəra İsrail və İordaniya sərhədinin kəsişməsində yerləşir. Əsədin bu hücum hazırlığına qarşı artıq 3 böyük hərbi koalisiya və 20-yə yaxın müxtəfil hərbi qruplaşmaların birgə “Qurtuluş Ordusu” yaratdığı bildirilir.

48 Baxılıb