Fəxri ad ala bilməyən Nadir ÜSYAN ETDİ: “Ölkədə haqsızlıq baş alıb gedir”- VİDEO

Fəxri ad ala bilməyən Nadir Qafarzadə üsyanını dilə gətirib.
Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, o ” Ölkədə haqsızlıq baş alıb gedir. Həmkarlarım elə düşünməsin ki, mən onların paxıllıqlarını edirəm. Yox bu belə deyil. İllərdir dövlət tədbirlərində, cəbhə bölgəsində, seçkilər ərəfəsində külüng döy, çalış-vuruş canla başla çalış. Sonunda mükafatın olmasın. Bilmirəm bəlkə də bu videodan sonra məni aparacaqlar. Ama yenə də düşündüklərimi dilə gətirmək istədim. Allah canımıza dəyməsin” şəklində videoda öz narazılığını bildirb.

“Yəqin ki, heç kim məni yanlış anlamaz. Ən azından, bir Allah bilir ki, nə qədər əziyyətim olub. Bu heç də paxıllıq deyil, sadəcə haqqımı tələb etməkdir. Bu videom heç kimi təəccübləndirməyəcək. Çünki mən dünənki uşaq deyiləm. Buna haqqım var” sözlərini videosuna şərh kimi əlavə də edib.
Qeyd edək ki, ölkə başçısı dünən bir çox sənət adamlarını Sərəncam imzalayaraq təltif etmişdi.
Qafarzadənin etirazını sizə təqdim edirik.

 

64 Baxılıb