Sertifikasiyadan keçə bilməyən müəllimləri nə gözləyir? – Ekspert təhlil etdi

Son vaxtlar ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin mövqeyi olduqca ciddidir. Məsələ ilə bağlı Milli Məclisdə Əmək Məcəlləsinə əlavələrin edilməsi (məcəlləyə yeni – 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olub) bu sahədə atılacaq addımların necə olacağı ilə bağlı müəllimlərdə suallar yaradır  və hər bir müəllim baş verəcək dəyişiklikləri maraqla gözləyir. Çünki sertifikasiyanın attestasiyaya bərabər şəkildə aparılacağı ( sertifikasiyadan keçə bilməyən müəllimlər işdən azad olunacaq) gözlənilir. 

Məsələ ilə bağlı Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarov Cebhe.info-ya açıqlamasında deyib ki, əgər doğurdan da məsələyə bu cür yanaşılarsa ümumi təhsil pilləsində olan geriliyin aradan qaldırılması və təhsilin inkişafı üçün münbit zəmin yaranacaq:

“Əvvəla təhsil işçilərinin sertifikasiyası ( deyildiyi kimi attestasiyanın qaydalarına uyğun keçirilərsə ) mövcüd durumda ən optimal variantdır. Sertifikasiyanın ən azı 6 istiqamətdə -I .Müəllimlərin pedaqoji və psixoloji bilikləri,  II. Müəllimlərin yeni təlim texnalogiyaları ( kurikulum) və İKT haqqında bilikləri,  III. Müəllimlərin fənn bilikləri,  IV. Məntiq və dünyagörüş,  V. Müəllimlərin yazı vərdişləri ( esse),  VI. Müəllimin pedaqoji fəaliyyətinin təhlili istiqamətlərində keçirilməsi bəhs etdiyimiz ümumi təhsil pilləsində müəllimlərin peşəkarlıq səviyyələrinin real qiymətləndirilməsi üçün şərait yarada bilər. Sertifikasiyanın keçirilməsi vaxtı, keçirilmə mexanizmləri dəqiqləşdirildikdən sonra ən azı 1 il öncə elan olunmalı Təhsil Nazirliyi tərəfindən rəsmi ( məsələn edu.gov.az saytı vasitəsi ilə ) müəllimlərə və ictimaiətə elan olunmalıdır.

Yuxarıda bəhs etdiyim I-IV istiqamətlər üzrə müəllimlərin biliklərinin Dövlət İmtahan Mərkəzinin texniki dəstəyi ilə Təhsil Nazirliyi ilə birlikdə keçirilməsinin daha effektiv olacağını düşünürəm. Belə ki, 2014-2017-ci illərdə 5 dəfəyə keçirilən Diaqnostik Qiymətləndirmə zamanı hər dəfə 100 min manatlarla dövlət vəsaitinin xərclənməsinin yenidən təkrarlanmasının qarşısının alınması ilə yanaşı bu prosesin artıq 26 ildir ki, ölkədə müxtəlif sahələr üzrə bir gündə 100 min insanı imtahan edə bilən DİM-in illərdir formalaşan maddi-texniki bazasından və təcrübəsindən səmərəli istifadə edilməsinə, bununla da sertifikasiyanın daha şəffav və qısa müddətdə keçirilməsi ilə nəticələnəcək. Bəhs etdiyim istiqamətlərin hər biri bir imtahan şəklində həyata keçirilməsi daha səmərəli ola bilər ki, bununla da həmin istiqamətlər üzrə müəllimlərin bilikləri daha ətraflı öyrəniləcək. V mərhələ yazılı şəkildə keçirilməlidir. Bu mərhələdə artıq bəhs etdiyimiz istiqamət üzrə DİM vasitəsi ilə həyata keçirtmək mümkündür. VI istiqamət olan müəllimin pedaqoji fəaliyyətinin təhlili isə məktəbdə və RTŞ tərəfindən həyata keçirilməlidir”.

Ekspert müəllimin pedaqoji fəaliyyətinin təhlilini də izah edib: “ 1. Müəllimin dərs dediyi siniflərdə təhsilalanların atestasiyasının nəticələri. 2. Müəllimin dərs dediyi siniflərdə RTŞ tərəfindən keçiriləcək ildə 2 dəfədən az olmayaraq seçmə üsul ilə keçirilən manitorinqlərin nəticələri. 3.Məktəb direktorunun yerli həmkarlar komitəsi ilə birlikdə hazırladığı müəllimin pedaqoji xasiyyətnaməsi. 4. Müəllimin Təhsil Nazirliyinin xətii ilə keçirilən müxtəlif yerli və beynəlxalq seminar və təlimlərdə,müsabiqələrdə iştirakı. 5.Müəllimin dövri KİV-də təhsil ilə bağlı araşdırmaçı məqalələrinin olması 6.Müəllimin elmi naliyyətləri ,fəxri adları. 7. Müəllimin şagirdlərinin yerli və beynəlxalq olimpiyadalarda ,müsabiqələrdə iştirakı ,naliyyətləri. 8. Müəllimin dərslik və ya metodik vəsait müəllifi olması 9. Müəllimin İKT naliyyətlərindən praktik istifadə bacarığı. 10 . Müəllimin Yeni Təlim Texnalogiyalarını tətbiqi bacarıqları nəzərdə tutulur. Bu istiqaməti həyata keçirərkən obyektivliyi və şəffaflığı gözləmək məqsədi ilə yaradılacaq komissiyalara RTŞ (ŞTŞ)-lər Təhsil Nazirliyi ilə razılaşdırılmış siyahı üzrə qabaqçıl müəllimləri ekspert qismində cəlb etməsi məqsədə müfaviq olardı.

Hər bir istiqamət üzrə ( O cümlədən VI istiqamət üzrə ) qiymətləndirmə mexanizmləri sertifikasiyaya başlamamış yenə də RTŞ(ŞTŞ) –lərin təqdim etdiyi qabaqcıl müəllim-ekspertlərlə müzakirə edilərək ,onların da təklifləri nəzərə alınmaqla hazırlanmalı və elan olunmalıdır ki, sertifikasiyada iştirak edəcək müəllimlər bu prosesin hər bir detalı ilə ətraflı tanış ola bilsinlər. Hər bir istiqamət üzrə sertifikatlar –A,B,C,D kateqoriyarına bölünərsə , bu kateqoriyalar həm də müəllimin əmək haqqının stimullaşdırılması üçün əsas mexanizm ola bilər.Belə ki, bütün istiqamətlər üzrə ( xüsusiylə də I-III və VI istiqamətlərin hər hansı biri üzrə ) D kateqoriyalı müəllimlərlə müddətsiz əmək müqaviləsi ləğv edilməlidir ( işinə davam etmək istəyənlərə ehtiyac olan vakansiyalar üzrə 1 il şans verilə bilər). B və C kateqoriyalı müəllimlər də 3 il bu kateqoriyada işləməsinə A kateqoriyalı müəllimlərin isə 5 il bu kateqoriyada işləməsinə icazə verilməsi B və C kateqoriyalı müəllimlərə hər il könüllü olaraq imtahan verərək A kateqoriya almaq üçün şansın yaradılması müəllimin öz peşəkarlığının inkişafı ilə bağlı şəraitin yaradlmaına gətirib çıxaracaq. Hər bir İstiqamət üzrə A kateqoriyalı sertifikat alan müəllimlərin əmək haqqı 20% , B kateqoriyası alan müəllimlərin əmək haqqı 10% artırılarsa ( C kateqoriyalı müəllimlərin əmək haqqı artmır ) sertifikatlaşmanın eyni zamanda müəllimlərin peşəkarlığının inkişafında stimul rolunu oynayacağı da şübhəsizdir”.

 

58 Baxılıb