Gün: May 29, 2018

Meyiti tapılan müəllimə MƏMUR SİFARİŞİ ilə öldürülüb

Mayın 24-də itkin düşmüş Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın meyiti tapılıb.    Turkustan.info APA-ya istinadən xəbər verir ki, Şirvanda orta məktəb müəllimi olmuş S. Abdullayevanın meyiti Şamaxı rayonunun Padarçöl kəndi ərazisində tapılıb.    X. Kərimovun qətli Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Ağayev Rövşən Firudin oğlunun […]

Tiflis də qararını verdi: BÖHRAN DƏRİNLƏŞİR

Suriya prezidentinin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması barədə qərarından sonra rəsmi Tiflis də qərarını verib. Gürcüstan Suriya ilə diplomatik münasibətləri kəsib.  Turkustan.info xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri David Dondua bildirib. O qeyd edib ki, artıq diplomatik münasibətlərin kəsilməsi üçün prosedur başladılıb.  Suriyanın məlum qərarının ərazi […]

Ölümün əsas səbəbləri açıqlandı – AZƏRBAYCANDA

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb. Turkustan.info trend-ə istinadən bildirir ki,ötən il ərzində Azərbaycanda 57 109 nəfər dünyasını dəyişib ki, bu da 2016-cı illə müqayisədə çoxdur. 2016-cı ildə Azərbaycanda 56 648, 2015-ci ildə 54 697, 2014-cü ildə 55 648, 2013-cü ildə isə 54 383 nəfər dünyasını dəyişib. Ötən il […]

Türkiyə çətin seçim qarşısında – Qərbin “Patriot”u, yoxsa Rusiyanın “S-400″ü?

Türkiyənin S-400 zenit-raket kompleksləri alması ətrafındakı mübahisələr səngimək bilmir. NATO hər vasitə ilə Ankaranı bu sazişdən çəkindirməyə çalışır və ona “Patriot” sistemlərini almağı təklif edir. Turkustan.info bildirir ki,  Yenicag.ru-ya açıqlama verən rusiyalı ekspert Pavel Klaçkov “S-400” komplekslərinin Türkiyə üçün üstünlükləri barədə danışıb. Ekspert qeyd edib ki, ABŞ-ın Avropanın müdafiə sisteminə […]

Dərman içmədən 5 dəqiqəyə qan təzyiqini bu üsulla salın

Çinli doktor Lyu Xunşen iddia edir ki, heç bir dərman qəbul etmədən insan özünə kömək edib yüksək  qan təzyiqini normaya sala bilər. Onun sözlərinə görə, baş nahiyəsindəki cəmi 2 nöqtəyə təmas etməklə buna nail olmaq  mümkündür. 1.Qulaq məməsinin altındakı nöqtəni tapıb boynun bitdiyi yerə qədər  xəyali düz xətt çəkin. Qan […]

XİN-dən Ermənistanın təxribatına – REAKSİYA

Mayın 29-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən taxıl sahəsində kənd təsərrüfatı işləri yerinə yetirən kombaynı və onun sürücüsünü atıcı silahlardan atəşə tutmasını kəskin şəkildə pisləyir və Ermənistanın növbəti təxribatı kimi qiymətləndiririk. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. XİN rəsmisi deyib: […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Qubadlı Rayon Nümayəndəliyində geniş tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti haqqında geniş məruzə edilib, video-çarx nümayiş olunub. Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış edib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və digər məsul […]

ABŞ-dan xəbərdarlıq: GƏNCƏNİ QORUYUN

Paşinyanın Rusiyaya verdiyi vədlər böyük narahatlıq doğurub Rusiya Qərbin Gəncə dəhlizindən istifadəsinə mane olmaq üçün hər şeyə gedə bilər. Turkustan.info İstiPress-ə istinadən məlumatına görə, bu barədə ABŞ-da çap olunan “Foreign Policy” jurnalında dərc olunmuş “Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?” sərlövhəli məqalə bildirilir. Məqalədə bildirilir ki, Rusiyanın Cənubi  Qafqaza təsir […]

Paşinyan Dağlıq Qarabağ münaqişəsindən DANIŞDI: “Hazırıq!”

Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb. Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib. Xəbərə görə, görüşdə Ermənistna-Fransa münasibətlərinin indiki səviyyəsi, həmçinin Dağlıq Qarabağa münaqişəsinin həlli prosesi müzakirə olunub. “Baş nazir Dağlıq […]

Bu insanlar ölülərlə əlaqəyə girirlər və… – Tanınmış şaman HƏR ŞEYİ AÇDI – MÜSAHİBƏ

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, “Şaman. Təbiət qüvvələri oyananda” kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi: – Əvvəlcə sizi tanıyaq… – Xakas türküyəm, 1997-ci ildə İstanbul Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını bitirmişəm, 2006-cı ildə isə Hacettepe Universiteti Sosial Elmlər İnstitutunda Sosiologiya üzrə təhsil almışam. 1999-cu ildən bəri […]

Qucaqlaşan, öpüşən, söyüşən və… – Efirlərdəki biabırçılıqların SƏBƏBİ ÜZƏ ÇIXDI

Efirə hamam xalatında çıxan, rəqqasə ilə qucaqlaşıb yerə uzanan, qonağının üz-gözünü, boynunu nümayişkaranə şəkildə öpən aparıcılar, bir-birilərini təhqir edən qonaqlar, buna müdaxilə etmək əvəzinə seyrçi olan aparıcılar… Bunlar və daha artığı Azərbaycan efirlərinin gerçəkliyidir. Özlərinin “bayağı şou”ları azmış kimi artıq qonaqlarını da bu oyunların alətinə çevirirlər. Hər dəfə efirdə bu […]

Rusiya həyəcanla bu dağılma prosesini izləyir – Qruşko

Rusiya həyəcanla Avropanın təhlükəsizlik arxitekturasının necə dağıldığını müşahidə edir. Turkustan.info xəbər verir ki, bunu “Primakovu oxumaq” sessiyasında çıxışı zamanı Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko deyib. Onun sözlərinə görə, Avropa dövlətləri artıq müasir dünyanın xaotikliyindən gələn təhdidin böyüklüyünü dərk etməyə başlayıblar. O, dünyadakı beynəlxalq münasibətlərdə yaranan gərginliyin Avropa üçün təhlükə […]

Azərbaycanlı qadın 6 uşaq dünyaya gətirdi – 2 oğlan, 4 qız

Təbrizdə bir qadın 6 uşaq dünyaya gətirib. Turkustan.info qaynarinfo-ya istinadən xəbər verir ki, Təbriz Əz Zəhra Tibb Mərkəzində 23 yaşlı qadın 4 qız, 2 oğlan uşağı dünyaya gətirib. Hamiləliyin 27-ci həftəsində doğulan uşaqların çəkiləri 580-960 qram arasındadır. Doğuş prosesi qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Körpələrin səhhətində problemin olmadığı bildirilir.

Gömrükdə şok dəyişikliklər – Bakı gömrüyünün rəisi sərəncama götürüldü

Dövlət Gömrük Komitəsində kadr dəyişiklikləri olub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov və Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev sərəncama götürülüblər. Məlumata görə, V.Novruzovun yerinə Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin […]

XIX əsrin gizli xəritəsi: Qafqazdakı Ermənistan haradadır?

Tarixi sənədləri araşdırarkən bəzi erməni müəlliflərin XX əsrin 80-ci illərindən başlayaraq, dünya arxivindəki materialları təhrif etdiyini müşahidə etmək olur. Bunlar arasında İrəvan xanlığının erməni dövlətinə, İrəvanın Yerevana, Mətindərənin isə Matendarana çevrilməsi faktları var.  Turkustan.info bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında uzun illər  bu cür “erməni mifləri”nin məhvi ilə məşğul olan professor Kamran […]

“Müstəqilliyi qorumaq, gələcək nəsillərə ötürmək milli qeyrət borcumuzdur”

Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev, Türk Hərəkat Partiyasının sədri, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar fikirlərini bölüşüblər. Millət vəkili Adil Əliyev müstəqilliyin böyük xoşbəxtlik olduğunu bildirib: “Dünyanın xoşbəxt insanlarıyıq ki,müstəqil və güclü dövlətimiz var. […]

Jurnalist Araşdırmaları Mərkəzi Masallıda tədbir keçirib

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Açıq hökumət quruculuğunda cəmiyyətin informasiya təminatının gücləndirilməsinə dəstək məqsədilə toplantıların təşkili, müzakirələrin aparılması” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Masallı şəhərində baş tutub. Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı […]

İlham Əliyev 3 sərəncam imzaladı

Prezident İlham Əliyev F.A.Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə Fərid Adil oğlu […]

ORUC tutanlara TÖVSİYYƏ: Bu tərəvəzin nektarı 8 saat toxluq hissi verir

Türkiyəli professor Oğuz Özyaral oruc tutan insanların mümkün qədər bədənin su ehtiyacını təmin edəcək yeməklər istehlak edilməsi lazım olduğunu söyləyib. Turkustan.info-nun məlumatına görə, pomidorun bir çox faydasının olduğuna işarə edən Dr.Özyaral, “pomidor illərlə dərman kimi də istifadə edilib. Bu gün bu tərəvəzi suplarda, salatlarda, yeməklərdə və meyvə suyu kimi istifadə […]

Dərs oxuyan zaman saqqız çeynəyin – Bilinməyən faydası

Saqqız çeynəməyin insan sağlamlığına faydalı olduğunu bilirdiniz? Belə ki, saqqızın da bu vaxta kimi bilinməyən faydası aşkarlanıb. Turkustan.info A24.az-a istinadən bildirir ki, elmi araşdırmalar zamanı məlum olub ki, saqqız çeynəmək ağız və diş sağlamlığına, psixologiyaya gözəl təsir edir. Saqqız çeynəmək yaddaşı gücləndirir. Mütəxəssislər deyir ki, saqqız çeynənən zaman çənənin hərəkət etdirilməsi […]

ŞOK İDDİA: Tramp Rusiya agentidir – Uşaqları da bu işin içindədir

Amerika Milli Təhlükəsizlik Agentliyinin keçmiş analitiki Amerikadakı casusların Trampın 2016-cı ildən bu yana Rusiya agenti olduğunu bildirdiklərini iddia edib. Turkustan.info bildirir ki, İngiltərənin “Observer” qəzetindəki sonuncu məqaləsində iddianı ortaya atan şəxs Amerika Milli Təhlükəsizlik Agentliyi NSA-nın sabiq analitiklərindən John Schindlerdir. Keçmiş analitik Amerikalı kəşfiyyat xidmətlərinin prezident Donald Trampla Kreml arasında bu […]

Kəmalə Məmmədli; “Enactus birbaşa ölkənin inkişafında öz töhvəsini verir”.

Turkustan.info bildirir ki, Economic.az saytının bugünkü qonağı Enactus Azərbaycanın ölkə direktoru Kəmalə Məmmədlidi. – Kəmalə xanım, ilk olaraq bilmək istərdik ki, Enactus nədir? Azərbaycanda fəaliyyəti nə zamandan var və insanlar tərəfindən necə qarşılandı? – Enactus (SIFE) Proqramı 70 – ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984 – cü ildə Enactus müsabiqəsində […]

ABŞ-ın Qafqaz mesajı: Bölgədə qarşıdurmaya aparır – POLİTOLOQ RƏYİ

“ABŞ-ın Cənubi Qafqaza xüsusi diqqqəti artır. ABŞ prezidenti Donald Trampın və dövlət katibi Mayk Pompeonun Cümhuriyyət bayramı münasibəti ilə dövlət başçısı İlham Əliyevə ünvanladıqları təbrik məktubunda Qarabağ münaqişəsinin həllini xüsusi olaraq vurğulamaları və həll prosesinin tezləşdirilməsini qeyd etməsi bunu göstərir”. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd […]

Azərbaycanda təhsil işçiləri Norveç səfirindən Avropa məhkəməsinə şikayət edəcək – SKANDAL

Azərbaycanda bir qrup müəllim Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət etməyi düşünür. Məlumatda deyilir ki, “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” Təşkilat Komitəsi tərəfindən Azərbaycandan 39 nəfərlik müəllim heyyətinin dünyanın ən qabaqcıl təhsil ölkələrindən biri sayılan Finlandiyaya səfər etmək istəyi sonda Norveç səfirliyinin müdaxiləsi nəticəsində iflasa […]

“Mənim ana dilim”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən Region gəncləri arasında “Mənim ana dilim” mövzusunda olimpiadanın təşkili layihəsi başa çatdı.  Layihə çərçivəsində tədbirlər 23-24 may 2018-ci il tarixlərində Qəbələ və Oğuz rayonlarında keçirildi. Qəbələ Regional Gənclərin […]

Ermənistanın müdafiə naziri də oğlunu əsgərliyə göndərir

Ermənistanın müdafiə naziri David Tonoyan oğlunun iyulda hərbi xidmətə gedəcəyini deyib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu barədə mayın 28-də ölkənin  müstəqilliyinin 100 illiyi ilə bağlı tədbirdə deyib. “Oğlumun 18 yaşı tamam olacaq və o, iyulda hərbi xidmətə gedəcək”. Nazir oğlunun hərbi xidmət zamanı heç bir imtiyaza […]

Ordumuzun Naxçıvanda əməliyyat keçirməsinə polkovnikdən – REAKSİYA

Son günlərdə bir neçə yerli xəbər portalı erməni mətbuatına istinadən xəbər yayıb ki, Azərbaycan ordusu Naxçıvan- Ermənistan sərhəddindəki neytral zonanı nəzarətə götürüb.  Bu haqda ilk dəfə “Vkontakte” adlı erməni sosial şəbəkəsindəki “Hərbi Xəbərlər” qrupunda məlumat yayıb. Məlumata görə, düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 […]

5 gün qeyri-iş günü olacaq

Ramazan bayramında 5 gün  olacaq. Nazirlər Kabinetinin mətbuat xidmətdən  bildirib ki, iki bayram eyni günə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artırılıb. Ramazan bayram 15 və 16 iyundur. Ayın 15-i həm də Milli Qurtuluş günüdür. İki bayram üst-üstə düşdüyünə və eyni zamanda ayın 16-sı həftənin şənbə gününə təsadüf etdiyinə görə, əlavə […]

Tarixi gün: Azərbaycanda qlobal layihə işə düşdü

Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasına başlanıb. Azərbaycan prezidenti İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salıb. Bununla da, Cənub Qaz Dəhlizində Trans Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.  /sputnik.az/

Azərbaycanda müəllimlərin attestasiyası ləğv olunur

Əmək Məcəlləsinə dəyişiklik Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiya ləğv edilir. Turkustan.info APA-ya istinadla verdiiy məlumata görə, bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar. Qeyd edək ki, digər dəyişikliklə Azərbaycanda müəllimlərin sertifikasiyası […]

Dünya nüvə müharibəsinə YAXINLAŞDI – ABŞ-ın rəqibi barədə ŞOK İDDİA

Çin yeni nəsilin nüvə silahının yaradılması templərini sürətləndirir və buna ABŞ-dan daha tez nail olacaq. Turkustan.info xəbər verir ki, bu haqda “The Hill” qəzeti bildirib. Nəşr Çinin Mühəndislik Fizikası Akademiyasının məlumatlarına istinadən yazır ki, 2014-cü ilin sentyabrından 2017-ci ilin dekabrına kimi təxminən 200 sınaq keçirilib. Bu, ayda təxminən 5 sınaq deməkdir. […]

Müharibə əmri veriləcək? – Netanyahu güc nazirlərini TƏCİLİ TOPLADI

İsrailin baş nazir Benyamin Netanyahu Qəzza sektorundan yəhudi dövlətinin cənub rayonlarına raket atəşindən sonra Qüdsdəki iqamətgahında təhlükəsizlik məsələləri üzrə təcili müşavirə keçirib. Turkustan.info xəbər verir ki, bu haqda “Yedioth Ahronoth” qəzeti bildirib. Müşavirədə güc strukturlarının başçıları, həmçinin İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats iştirak edib. Qeyd edək ki, bu […]

Marsda yadplanetlilərin yaşaması üçün ideal yer aşkar edildi

Edinburq Universitetindən olan astrobioloq Şon MakMexonun rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu iddia edib ki, Marsda qurumuş göllər yaxınlığındakı ərazinin dəmirlə zəngin olması milyard il əvvəl yaşamış mikroorqanizmlərin izlərinin araşdırılması üçün əlverişli yerdir. Turkustan.info “Science Alert” nəşrinə istinadla xəbər verir ki, mütəxəssislərin məqaləsi “Journal of Geophysical Research: Planets” jurnalında yayımlanıb.  Hazırda Marsın […]

Dövlət İmtahan Mərkəzi işçi axtarır – SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib. DİM-dən verilən məlumata görə, işə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur. Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyalarına test tapşırıqlarının, qiymətləndirmə meyarlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, tərtibinin təşkili, […]

Kriştiano Ronaldonun yeni klubu açıqlandı – Şok iddia

“Real”ın ulduzu Kriştiano Ronaldo komandadan ayrılmağa hazırlaşır. Turkustan.info xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, Ronaldo “Mançester Yunayted”ə qayıdacaq. Portuqaliyalı ulduz Çempionlar Liqasının oyunundan sonra verdiyi açıqlamada ayrılıq siqnalı vermişdi: “Real”da oynamaq çox gözəl idi. Azarkeşlərə təşəkkür edirəm. Hər zaman yanımda oldular. Yaxın günlərdə transferlə […]

Oruc tutan insanın orqanizmində hansı dəyişikliklər baş verir? – VİDEO

11 ayın sultanı –Ramazan… Bu ayda oruc tutanlar 17-18 saat ac, susuz qalırlar. Amma məqsəd bu deyil təbii ki, əsl məqsəd ruhun təmizlənməsi, insanın öz nəfsinə qalib gəlməsidir. Bəs, bu günlərdə oruc tutan insanlar necə qidalanmalı, hansı qaydalara əməl etməlidirlər ki, bu onların səhhətinə ciddi zərər yetirməsin? Bununla bağlı mütəxəssislər […]

Düşmən kəndimizi atəşə tutdu: Ciddi ziyan…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub. MN-dən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam […]

Əsəd buna görə Soçiyə gəlmişdi – Həlledici döyüş başlayır

Əsədin belə bir addım atmasına səbəb Azad Suriya Ordusunun günü-gündən artan nüfuzudur. Turkustan.info bildirir ki, bunu Axar.az-a Suriya lideri Bəşər Əsədin müxaliflərin nəzarətində olan ərazilərə hücuma hazırlaşması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Suriyanın xeyli yaşayış məntəqələrini nəzarət altına alan ASO artıq təsir dairəsini genişləndirir: […]

Putin-Əliyev-Paşinyan görüşü hazırlanır – Rusiyalı politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakına nail olmağa çalışacaq. Turkustan.info buildirir ki, bunu virtualaz.org-a müsahibəsində rusiyalı politoloq Maksim Mayorov bildirib. “Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağın Ermənistan-Azərbaycan münaqişəsində tərəf kimi tanınmasının lehinə çıxışlarını davam etdirəcək, belə ki, bu, […]

Azərbaycanda pestisidli çiyələk təhlükəsi var? – Nazirlikdən açıqlama

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiyanın Çindən gətirilən çiyələklərdə antibiotik və pestisidlər aşkarlanmasından sonra Azərbaycanın da həmin ölkədən çiyələklər idxal edib-etməyəcəyinə aydınlıq gətirib. Turkustan.info-nun məlumatına görə,  Xidmətdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan çiyələk istehsalçısı olduğu üçün heç bir ölkədən, eləcə də Çindən çiyələk məhsulları idxal […]

23 min manat qazanmaq istəyənlər 2 ay yatacaq

Fransızlar 13 min avro (23 min manat) qazanmağın asan yolunu təklif edirlər. Həm də elmə fayda verməklə. Bunun üçün nə işləmək, nə də əziyyət çəkmək lazımdır. Yeganə tələb isə yatmaqdır. Tuluza Kosmik tibb və fiziologiya institutunun alimləri elm xatirinə qeyri-adi təcrübəyə hazırlaşırlar. Başqaları qeyd edilən məbləğin az bir hissəsini qazanmaq […]

Nazirliyin bu maşınlarını alan yoxdur – 5-ci dəfə…

Əmlak Məsələləri Dövlət Komitəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 35 avtomobilini 5-ci dəfə hərraca çıxarıb. Turkustan.info xəbər verir ki, nazirliyin “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin tabeli təşkilatı olan “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin nəqliyyat vasitələri bu dəfə 50% endirimlə auksiondadır. Nazirliyə tabeli MMC 5-ci dəfədir ki, 2008-ci ilin […]

“Bayramın bu şəkildə keçirilməsi mənim ürəyimi açmır”

Bu gün ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100-cü ildönümü qeyd olunur. Cümhuriyyətin, Cümhuriyyət dəyərlərinin təbliği cəmiyyətimizdə demokratik şüur və təfəkkürün möhkəmlənməsi baxımından nə dərəcədə əhəmiyyətlidir? Demokratik dəyərlər üzərində bərqərar olan Cümhuriyyət dəyərlərinin təbliği müasir cəmiyyətimizdə də demokratik baxış və təsəvvürləri genişləndirə bilərmi? Turkustan.info bildirir ki,   Moderator.az -a açıqlama verən AMİP […]