Gün: May 30, 2018

“Ermənistandakı çevrilişin arxasında ABŞ və İsrail durur” – Məşhur rusiyalı jurnalist

Rusiyanın tanınmış jurnalisti Maksim Şevçenko APA TV-nin Xəbər müdiri Cavid İsmayıla müsahibə verib. Turkustan.info xəbər verir ki, müsahibə JTI şirkətinin dəstəyi ilə Almatıda keçirilən XV Avrasiya Media Forumu çərçivəsində baş tutub. – Siz daim Azərbaycanın haqlı mövqeyini müdafiə edirsiniz. Təəssüf ki, Rusiyada sizin kimi jurnalistlər çox azdır… – Mən Azərbaycanın […]

“Siqaret tüstüsünün təsirinə məruz qalma onu çəkməkdən daha təhlükəlidir” – Ekspert

“Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Amma tədqiqatlar göstərir ki, passiv siqaret çəkmə geniş vüsət alıb. Kişilərin 70 faizi ictimai yerlərdə, qadınların isə 40 faizi evlərində tütün tüstüsünə məruz qalır”. Bunu APA TV-nin “Öncə sağlıq” layihəsinin növbəti buraxılışında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin […]

Xəstəlik əmələ gətirən “Rolton” – Bəd xassəli şişlər, yüksək qan təzyiqi

Tələbələr, ailəsindən uzaqda yaşayanlar və ya sadəcə yemək bişirməyə tənbəllik edənlərin dadına hər kəsin “Rolton” adlandırdığı hazır əriştə yeməkləri çatır. Qiyməti də olduqca münasib olan (40 qəpiklə 2 manat arası) hazır əriştələr içərisindəki sousların sayəsində, ədviyalı tamı ilə lap cəlb edici gəlir. İştahaçan qoxusu hazır əriştələri uşaqların da sevimlisinə çevirib. […]

ABŞ-ın Qarabağa diqqətinin arxasındakı MƏQAM

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına ABŞ rəsmilərinin son günlər verdiyi bəyanatlarda tez-tez diqqət yetirilir. Öncə ABŞ prezidenti Donald Tramp “Respublika günü” münasibətilə prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda bir neçə aydan sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində yeni imkanlar açılacağını vurğuladı. Siyasi ekspertlərin fikrincə, Birləşmiş Ştatlar danışıqlar prosesində təşəbbüsü ələ almağa cəhd […]

Azərbaycanda hərbi çağırış elan edildi

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək […]

Ermənistan Rusiya ordusunu ərazisindən çıxarır

Erməni ekspertlər Paşiynı Qarabağı Azərbaycana qaytarmaq prosesindən yararlanmağa çağırırlar Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarına yeni işçilərin yığılması ilə bağlı elan verib və bu, yerli ekspertlər tərəfindən Rusiya ordusunun çıxarılması kimi dəyərləndirilib.  Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu məsələyə məqalə həsr etmiş erməni şərhçi Naira Ayrumyan xəbəri Paşinyanın Rusiya ordusunu […]

Ermənilər Qarabağa görə son variantı İŞƏ SALDI: Kardaşyanı Trampın kabinetinə göndərdilər ki…

ABŞ prezidenti Donald Tramp bu ölkədə yaşayan erməni pornoulduz Kim Kardaşyanı qəbul edəcək. Turkustan.info xəbər verir ki,  “Vanity Fair” nəşri görüşün Ağ Evdə olacağını yazıb. Məlumata görə, Kardaşyan Trampdan 62 yaşlı Elis Marinin həbsdən çıxarılmasını xahiş edəcək. Qeyd edək ki, ABŞ-dakı erməni diasporu Kardaşyanın Trampla görüşməsi üçün uzun müddətdir çalışırdı. Məqsədin […]

Qarabağ yenidən müzakirəyə çıxarılır – Bu dəfə Berlində…

ATƏT Parlament Assambleyasının iyunun 7-11-də Berlində keçiriləcək illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Turkustan.info-nun APA-ya istinadən verdiyi məlumata görə, sessiya zamanı qurumun Siyasi məsələlər və Təhlükəsizlik Baş Komitəsinin iclasında Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndə Kristian Vigeninin müəllifi olduğu “ATƏT öhdəliklərinin yerinə yetirilməsi: parlamentin rolu” adlı hesabat layihəsi dinləniləcək. […]

Azərbaycan vətəndaşları bu Avropa ölkəsinə vizasız gedə biləcək

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir. Turkustan.info Report-a istinadən xəbər verir ki, məlumatı Serbiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər. Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər […]

Turistləri orbitdə gəzdirəcək kosmoplanın sınağı – VİDEO

“VSS Unity” kosmoplanı səs sürətini aşan sürətlə ikinci uçuşunu yerinə yetirib. Uğurla başa çatan sınaq mayın 29-da Kaliforniyanın Moxava səhrasında həyata keçirilib. Turkustan.info xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. Sınaq zamanı gəmi  “WhiteKnightTwo” daşıyıcı təyyarəsindən ayrılıb. Daha sonra 31 saniyə müddətinə kosmoplanın super mühərriki işə salınıb. Nəticədə kosmoplan 2300 kilometr/saatdan çox […]

Ronaldu həbs oluna bilər

Madirin “Real” klubunun forvardı Kriştianu Ronaldu səkkiz il müddətinə azadlıqdan məhrum edilə bilər. Turkustan.info xəbər verir ki, bu haqda “Sovetskiy sport” məlumat yayıb. “AS” nəşrinin informasiyasına görə, futbolçunun vəkilləri 14,7 milyon avro ilə cəriməni bağlamağa çalışsalar da, İspaniyanın vergilər agentliyi güzəştə getmək niyyətində deyil. Qurum vergidən yayınma halına görə, portuqaliyalı ulduzun 28 milyon avro […]

Bin Laden peyda olub QİSAS ANDI İÇDİ: Səudiyyə devriləcək, Məkkə ələ keçiriləcək, ABŞ… – DƏHŞƏTLİ PLAN

“Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Laden Qərbi atasının qisasını almaqla hədələyib. Həmzə həmçinin Səudiyyə Ərəbistanında monarxiyanı devirməyi, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinəni tutmağı planlaşdırır. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “RİA-Novosti” agentliyi onun atasının yerini tutmağa nə dərəcədə bacarıqlı olduğunu araşdırıb. Üsamə bin Ladenin ən […]

Türkiyə və ABŞ-ın üçmərhələli Menbiç planı

Türkiyə və ABŞ-ın Menbiç planının detalları məlum olub. Turkustan.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi Türkiyə kəşfiyyatına yaxın və ikitərəfli görüşlərdə iştirak etmiş mənbələrə istinadən informasiya yayıb. Plana əsasən, Fərat çayının qərb sahilində məskunlaşan terrorçular saziş əldə olunduqdan sonrakı bir ay ərzində bölgədən çıxarılacaq. Artıq YPG terror qruplaşmasının liderləri mahalı […]

Ramiz Mehdiyevin saytı istifadəyə verildi

Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini və elmi irsini əks etdirən “Ramiz Mehdiyev. Elektron kitabxana” layihəsi istifadəçilərin ixtiyarına verilib. Turkustan.info xəbər verir ki, elektron layihə beş fəsildən ibarətdir. “Bioqrafiya” adlanan birinci fəsildə Ramiz Mehdiyevin qısa tərcümeyi-halı öz əksini tapıb. Layihənin “Xronologiya” adlanan ikinci fəslində Ramiz Mehdiyevin […]

Molla Bakının bu kəndində Quran oxumaq üçün “tas” qoydu – 200 manatı olmayanın ölüsü duasız qalır – RƏZALƏT

Bakının Digah kəndində mollanın rüşvətxorluğundan bezən sakinlər şikayət edirlər.  Turkustan.info bildirir ki, bu barədə sakinlər “Faktor.az”a müraciət edib. Belə ki, kənddə birinin evində rəhmətə gedən oldusa, Molla Əliverdinin cibi bayram edir. Adıçəkilən mollanın mərasimə təşrif buyurması bir az baha başa gəlir. Belə ki, onun “müqəddəs dilindən” Quran ayələrini eşitmək istəyirsinizsə, 200 […]

Lüterançılar Mübariz Qurbanlını məhkəməyə verdi – Səbəb?

“Bakı şəhərindəki Yevangelst-Lüteran İcması” məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddia qaldırıblar. Turkutan.info “Qafqazinfo”ya istinadən bildirir ki, icra üzvləri komitə sədri Mübariz Qurbanlının hərəkətlərinin qanunsuz hesab edilməsini, vəzifələrinin qanuna müvafiq icra edilməsi, icma ilə olan hüquq münasibətlərinə aydınlıq gətirilməsini tələb ediblər. İddiaya ilkin olaraq 1 […]

Könül Xasıyevanın vəziyyəti ağırlaşdı – Sistem altındadır

Xəstəxanaya yerləşdirilən xalq artisti Könül Xasıyevanın səhhəti hələ də yaxşı deyil. Turkustan.info bildirir ki,  Yenicag.az-a açıqlama verən sənətkar xəstəxanada deyil, evdə müalicə olunduğunu deyib: “Neçə gündür ki, vəziyyətim yaxşı deyil. Xəstəxanaya getdim, iki-üç gündür sistem köçürürlər. Xəstəxanada qala bilmirəm. Ona görə də evə gəldim. İndi də evdə dava-dərman olunur. Bir […]

Həbsdən çıxan işsizlərə – MÜJDƏ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub. Turkustan.info məlumat verir ki, qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası yenidən müəyyən edilib.  Qeydiyyata alınma prosedurunun […]

Paşinyan Gürcüstana getdi: Tbilisinin gözləntiləri məlum oldu

Ermənistanın yeni baş naziri Nikol Paşinyan ikigünlük səfərlə Gürcüstana gedib.  Turkustan.info Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Paşinyan Tbilisiyə həyat yoldaşı ilə gəlib. Tbilisi beynəlxalq aeroportunda erməni nümayəndə heyətini Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixail Canelidze qarşılayıb.  “Səfər çərçivəsində biz ticarət və mədəni əlaqələrlə bağlı məsələləri müzakirə edəcəyik. Mən […]

Türkiyə “Lotu Quli”ni arzuolunmaz şəxs elan etdi? – VİDEO

Azadlığa çıxdıqdan sonra Türkiyənin İstanbul şəhərini özünə məskən seçən “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov burada çox qala bilmədi. Turkustan.info Yenicag.az-a istinadən xəbər verir ki, onun fəaliyyətindən narahat olan Türkiyə höküməti Səlifovu ölkədən çıxararaq onu arzuolunmaz şəxs elan edib. İstanbuldan Dubaya yollanan “Lotu Quli”nin hazırda Rusiyanın Sankt-Peterbuq şəhərində olduğu ehtimal edilir. […]

Qazaxlar Movses Akopyanı pərt etdilər: “Azərbaycanlılardan soruş”

Ermənistanın sabiq Baş Qərargah rəisi, general-leytenant Movses Akopyan aprel ayında Qazaxıstana səfəri zamanı pis vəziyyətə düşüb. Turkustan.info “AzeriDefence”a istinadən xəbər verir ki, hadisə Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatına (KTMT) üzv ölkələrin Baş Qərargah rəislərinin Astanada keçirilən toplantısı zamanı yaşanıb. Toplantıdan sonra KTMT Baş Qərargah rəislərinin Qazaxıstanın hərbi sənaye kompleksinə daxil olan müəssisələrə […]

Nərgiz Paşayevanın qızı Bakıda yeni restoran açdı – FOTOLAR

““L’Avenue” adlı restoranın yerləşdiyi obyekt  Aida Mahmudovaya məxsus deyil”. Bunu virtualaz.org-a Nərgiz Paşayeva deyib. “Mənim qızım oranı yalnız icarəyə götürüb və orada yaradıcılıq prosesinə başçılıq edir”, – deyə N.Paşayeva əlavə edib. *   *   * “YARAT” Müasir İncəsənət Mərkəzinin təsisçisi, Nərgiz Paşayevanın (Azərbaycanın birinci vitse-prezidentinin bacısı) qızı Aida Mahmudovanın Bakıda yeni […]

Kəlbəcərli seçicilər üçün növbəti qəbul keçirilib – FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. Turkustan.info xəbər verir ki, növbəti qəbul mayın 25-də keçirilib. Qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, […]

Qənirə Paşayeva Türk dünyasına çağırış etdi

Türkiyənin qədim bölgələrindən biri olan Kütahyada Azərbaycan parkı və Xocalı soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Kütahyanın Tunçbilek bölgəsinin mərkəzində yerləşən Azərbaycan  parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Q.Paşayevanın və Tunçbilek bələdiyyə başqanı Agah Aşkının təşəbbüsü ilə hazırlanıb. Turkustan.info xəbər verir ki, bunu çıxışında bələdiyyə başqanı Agah Aşkın deyib. […]

Cavid Qurbanov Bakıətrafı dəmir yolu xəttinin icra vəziyyətini yoxladı

Prezident İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq, işlər davam edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Turkustan.info-ya verdiyi məlumata görə, qurumun sədri Cavid Qurbanov Bakı […]

Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyib – Ermənistan TƏSDİQLƏDİ

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Naxçıvan istiqamətində daha əlverişli mövqe tutması ilə bağlı yayılan xəbərləri faktiki olaraq təsdiqləyib. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmən ordusunun mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, Naxçıvanla sərhəddə yerləşən Areni kəndinin sakinləri Azərbaycan mövqelərinin irəliyə çəkilməsindən narahat olublar. “Naxçıvan istiqamətində mövqelərin çəkilməsi gündəlik […]

“Facebook” ailələri dağıdır? – “Evli qadınlarla yazışırlar…” – VİDEOSORĞU

Son vaxtlar Azərbaycanda boşanmaların sayı xeyli artıb. Orta hesabla hər ay təxminən mindən çox ailə dağılır. Boşanmaların artmasında sosial şəbəkələrin də əsas rol oynadığı deyilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə çıxışı zamanı bildirib ki, nikahların pozulmasının səbəblərindən biri də məhz “Facebook”dur. Deputat hesab edir ki, sosial […]

Ali Məhkəmədə haqsızlıqla üzləşən ata prezidentdən kömək istədi – OĞLUMUN QANINI BATIRIRLAR

2014-cü ildə bir qrup tərəfindən bıçaqlanaraq öldürülən qara kəmər ustası Kamal Rüstəmovun ölümü ilə bağlı Ali Məhkəmədə qanunsuzluğa yol verilib. Mərhumun atası Ali Məhkəməyə rüşvət ttihamı irəli sürərək, hakim Əli Seyfəliyevin oğlunun qanını batırmaqda günahlandırıb. Qeyd edək ki, idmançının qətli ilə bağlı cinayət işinin istintaqında ciddi faktlar ortaya çıxsa da […]

Erməni kəşfiyyatçıdan Qarabağla bağlı ŞOK AÇIQLAMA: “Ermənilər Bakıya…”

İrəvanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlir. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Serj Sarkisyan tərəfindən həbsə atılan Samvel Babayan və Jirayr Səfilyanın azad olunması Xankəndində “Qarabağ klanı”ndan ibarət qondarma rejimin devrilməsi ilə nəticələnə bilər. Ermənistan mediası Səfilyanın həbsdən azad […]

Bakıda 12 Yaşlı uşağa inanılmaz işgəncə – Siqaret ilə bədənini….

Teleaparıcı uşaq evlərini yıxıb sürüdü: Siz ancaq yeməyi bacarırsınız… Əli: “Məni anama verməyin…” “Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində inanılmaz anlar yaşanıb. Teleaparıcı Amil Xəlil günlərlə küçədə qalan Əlinin anasını tapıb. Minval.info xəbər verir ki, ana ilə balanın görüşündə isə inanılmaz anlar yaşanıb. Belə ki, Əlinin “atalığım mənim bədənimə siqaretlə […]

İsraildən Ermənistana tərs şillə – Bakı və Ankaraya mühüm jest

Azərbaycan yenə Türkiyə ilə yəhudi dövlətinin arasına girdi; Knesset saxta erməni soyqırımı iddiasını bu dəfə də rədd etdi – iki səbəb; Rusiya nəşri: “Azərbaycan İsrailin 3-cü əsas silah alıcısıdır…” İsrail parlamenti – Knesset dünən qondarma “erməni soyqırımı”nı tanımaq haqqında qanun layihəsini müzakirə eləməkdən imtina edib. “Yeni Müsavat” İsrail nəşri “The […]

Tramp Azərbaycana hansı mesajlar verir?

Ağ Ev sahibini demokratiya və məhkəmə islahatları maraqlandırmır. ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib. Məktubda Azərbaycan xalqını Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edib. Turkustan.info xəbər verir ki,  “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ prezidenti […]

Paşinyan çətinə düşdü

Erməni nazir əhalini inandırmalıdır ki, yaxşı menecerdir Bu gün Ermənistanın yeni baş naziri Nikol Paşinyanın əsas məqsədi  istənilən yolla iqtisadi vəziyyəti müsbətə doğru dəyişməklə əhalini ancaq tribuna ulduzu olmadığına, həm də bütün sosiala problemləri həll edən uğurlu menecer olduğuna inandırmaqdır. Axı keçmiş rəhbərlik praktiki olaraq ölkəni soyub. Bir müddət öncə […]

Arif Paşayev bu universitetin fəxri professoru oldu

N.E.Jukovski adına Milli Aerokosmik Universiteti – Xarkov Aviasiya İnstitutunun Elmi Şurasının qərarı ilə Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın görkəmli alimi, akademik Arif Paşayev aviasiya və texnika elminin inkişafındakı böyük xidmətlərinə görə universitetin fəxri professoru adına layiq görülüb. Bu barədə Xarkov Aviasiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, N.E.Jukovski […]

Kikboksinqçilərdən Cümhuriyyətə ərməğan – Yeniyetmələr arasında birincilik keçirildi – FOTOLAR

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində (İC)Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubeli münasibəti ilə yeniyetmələr arasında kikboksinq üzrə birincilik keçirilib. Yarışda 150-ə yaxın idmançı öz qüvvəsini sınayıb. DİN İC-nin İdmanın təşkili bölməsinin əməkdaşı, kiqboksinq üzrə Əməkdar məşqçi Hakim Hacıyevin yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdiriblər. Əməkdar məşqçisi Hakim […]

İcra başçısının oğluna yeni vəzifə verildi

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə yeni rəis təyin edib. Turkustan.info unikal.org-a istinadən xəbər verir ki,  S.Mehdiyev Enerji Gömrük İdarəsinin rəisi Vidadi İbrahimovu tutduğu vəzifədən azad edərək, onu Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin rəisi […]

Dövlət Yol Polisindən xəbərdarlıq: 50 manatdan 300 manata qədər cərimə

“Bakıda texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı reydlərə başlanılıb”. Turkustan.info bildirir ki, bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, avtomobillərin müəyyən hissəsinin ilin əvvəlindən mayın 1-ə qədər nəzərdə tutulan […]

Ermənilərin dəhşətli gizli planı ORTAYA ÇIXDI: Kür çayı boyunca HÜCUM VƏ… – FOTO

Ermənistanda “məxməri inqilab”ın qələbəsindən iki həftə sonra – 23 mayda Rusiyada erməni milyonçu Samvel Karapetyanın (Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşı – red.) rəhbərlik etdiyi erməni arxitekturasının öyrənilməsi fondunun dəstəyi ilə “Şimali Arsax” (ermənilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini belə adlandırır) kitabı rus dilində dərc olundu. Bu kitab […]

BAO-nun müavini Faiq Ələkbərli Əskişəhirdə, Ankarada Rəsulzadə və Cümhuriyyət ideyalarından danışıb

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində 26-27 may 2018-ci il tarixlərində Əskişəhərdəki Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres keçirilib.  Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı ilə həyata keçirilən Koqresə qatılan AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv […]

Azərbaycan xalçası Metropoliten İncəsənət Muzeyinin rəsmi səhifəsində- RÖYA TAĞIYEVANIN ÖLKƏ ADINA DAHA BİR UĞURU

Nyu-Yorkun (ABŞ) Dünyaca məşhur  Metropoliten İncəsənət Muzeyinin (MET) rəsmi internet səhifəsində  “Azərbaycan  xalçaçıları” İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyevanın “Traditions of the Azerbaijani Carpet” təqdimatı yerləşdirilib. Turkustan.info-nun məlumatına görə, əqdimatın əsas məqsədi Azərbaycanın qədim mədəniyyəti və Azərbaycan xalçalarının nəfis nümunələrinin, dünya xalqlarının  düşüncəsində […]

Azərbaycanlı nazirin oğlu “Taxt-tac oyunları”nın qəhrəmanları ilə bir arada

Arif Rəhimov: “Biz hamımız “Taxt-tac oyunları” və “Formula-1″in böyük fanatlarıyıq” Baku City Circuit-un (Bakı Şəhər Halqası) icraçı direktoru Arif Rəhimov “Formula-1″in Monako Qran-prisi zamanı dünyaca məşhur Amerika serialı olan “Taxt-tac oyunları”nın qəhrəmanları ilə görüşüb. O, bu görüşdən çəkilmiş şəkli sosial şəbəkədə paylaşaraq sözügedən serialın çoxsaylı pərəstişkarlarının arzularını dindirib. Turkustan.info-nun məlumatına […]

Azərbaycanda məmurun oğlu əsgər getdi!

Başlığı oxuyub, həmən qərar verməyin… Azərbaycan cəmiyyətində “filan məmurun oğlu əsgər getdi”, “deputatın oğlu hərbi xidməti ön cəbhədə keçdi” kimi xəbərlər çox nadir hallarda yayıla bilər, hərçənd uzun illərdir belə bir informasiyaya şahid ola bilmirik. Amma hansısa məmur, ya da deputat çağırış yaşlı oğlunu həqiqi hərbi xidmətə göndərməklə cəmiyyətə nümunə […]

Vaşinqtonda türk naziri səbirsizliklə gözləyirlər

Türkiyə və ABŞ arasında Menbic məsələsində razılıq əldə edilməyib. Turkustan.info xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heater Nauret deyib. O bildirib ki, indiyə qədər bu mövzuda aparılan müzakirələr nəticəsiz qalıb: “Hələlik türk hökuməti ilə razılaşma yoxdur. Suriya və digər məsələlərdə müzakirələrimiz davam edir. Hər iki tərəf gələcək əməkdaşlıqla […]

Rusiya döyüş sistemi hazırlayır: DÜNYA ÜÇÜN YENİ TƏHDİD

Rusiya ABŞ-ı öz silahı ilə vurmağa hazırlaşır. Moskvada Vaşinqtona qarşı istifadə edilmək məqdəsilə yeni elektronik döyüş sistemi hazırlanacaq. Bu məqsədlə artıq Rusiya ABŞ-ın Suriyada istifadə etdiyi  “Tomahawk” raketləri üzərində araşdırmalara başlayıb. Yeni sistemin 3 il ərzində hazırlanacağı deyilir. Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki,  Rusiya Radioelektronik Texnologiyalar Şirkətinin direktoru müavini […]

Sanksiya İranı sıxır: İrəvan üçün yeganə yol qaldı

Ermənistan rəhbərliyi Tiflisə iki səbəbə görə gedir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Ermənistan rəhbərliyinin Gürcüstana gözlənilən səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanın Gürcüstanla əlaqələrinin son iki ildə intensivləşdiyini qeyd edib: “Görünür, Paşinyan Sərkisyanın bu dəst-xəttini davam etdirmək niyyətindədir və bu məqsədlə də tezliklə Tiflisə səfər edəcək. Ermənistanın […]

Abutalıbov və oğlu ilə bağlı ilginc iddialar – Bu arxın suyu hardan gəlir?

Sabiq mer hər gün Bakı meriyasına niyə gəlir? Bir vaxtlar Suriyaya getdiyi deyilən İsrafil Abutalıbov Biləcəridə restoran açıb. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı, baş nazirin müavini Hacıbala Abutalıbov yenidən medianın gündəmindədir, bu dəfə həm də oğlu ilə… H.Abutalıbovun özü ilə bağlı ilginc xəbər budur ki, Abutalıbov işdən çıxarıldığı […]

Azərbaycanda anomal istilər olacaq – İlkin proqnoz

Azərbaycanda bu il də iyun ayına nisbətən iyul və avqust aylarında anomal isti hava şəraitinin daha çox müşahidə ediləcəyi gözlənilir. Turkustan.info-nun məlumatına görə,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib ki, iyunun ilk günlərində nisbətən sərin hava şəraiti gözlənilsə də, […]

Jirinovski: İranlı qaçqınlar Azərbaycana doluşacaq – VİDEO

“ABŞ-ın İranın nüvə sazişindən çıxması islam respublikasında sosial partlayışa səbəb ola bilər. Bu baş versə nəticədə Qafqaz iranlı qaçqınlarla dolacaq”. Turkustan.info “News.ru”ya istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski çıxış edib. Onun sözlərinə görə, ABŞ öz sanksiyaları ilə İranın iqtisadiyyatını sarsıtmağı bacarmayacaq, belə ki, İranın xarici […]

“Maşın” şounun iştirakçıları bəlli oldu – SİYAHI

Bu gün ölkənin ən qalmaqallı və səs-küylü proqramı “Maşın” realiti şousu start götürüb. Turkustan.info xəbər verir ki,  “M Group Production”ın ərsəyə gətirdiyi şou “Xanımlar və cənablar – 2” devizi ilə ATV-də ekran həyatına başlayıb. 18 iştirakçının mübarizəyə qoşulduğu verilişdə Xalq artisti Murad Dadaşov ənənəyə sadiq qalaraq tək olmayıb. Aparıcı qismində çıxış […]

ABŞ-ı qorxuya salan Rusiyanın yeni silahı – S-500-lər sınaqdan keçirildi

ABŞ kəşfiyyatı Rusiyanın Almaz Antey S-500 tipli yeni nəsil hava müdafiə sistemini sınaqdan keçirdiyini iddia edib. ABŞ mətbuatına açıqlama verən ABŞ-ın yüksək rütbəli kəşfiyyat xadimi Rusiya prezidenti Putinin S-500 istehsalına dair açıqlamasından az sonra yeni sistemin sınaqdan keçirildiyini bildirib. “600 kilometr mənzilə sahib olan S-500 raket sistemi 481 kilometr uzaqlıqdakı […]

Xərçəngin qarşısının alınması üçün ƏN SADƏ ÜSUL

Tərkibində asparagin aminoturşularının daha az olduğu qida məhsulları süd vəzisi xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. Turkustan.info-nun məlumatına görə, bir qrup amerikalı mütəxəssis aparılan təcrübələr nəticəsində bu qənaətə gəlib. Süd vəzisi xərçəngi modeli üzərindəki müşahidələr göstərib ki, asparagin fermentləri ilkin xərçəng hüceyrələrində bədxassəli hüceyrələrin artmasına gətirib çıxarır. Qeyd edək ki, asparagin […]