Əsəd Suriyadakı Rusiya-ABŞ qarşıdurmasının gizlinlərini açdı

Prezident: “Rusiya tərəfi açıq şəkildə bəyan etdi ki, zərbə nöqtələrini məhv etməyə hazırdırlar”

“Xaricdən terrorçulara kömək olmasaydı, Suriya rəhbərliyi onları bir ilə məğlub edə bilərdi”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd “RT” telekanalına istinadən xəbər verir.

“Hər bir uğurlu hücum, qələbə, hər bir azad olunan rayon bizi münaqişənin yekunlaşmasına yaxınlaşdırır. Mən həmişə demişəm, əgər xaricdən müdaxilə olmasaydı, bizə bunu etmək üçün bir il vaxt tələb olunardı”, — deyə Əsəd vurğulayıb.

Prezident, eyni zamanda qeyd edib ki, hələlik müharibənin dəqiq olaraq nə vaxt başa çatacağını demək çox çətindir: “Lakin biz buna yaxınlaşırıq, bu aydındır”. 

O, həmçinin vurğulayıb ki, ABŞ-ın rəhbərliyi ilə Qərb Suriyada terrorçuları dəstəkləməyə davam edir və ölkədəki münaqişənin siyasi yolla həllinə mane olur: “Rəqiblərimiz bizi qələbədən kənarlaşdırmağa çalışır. Rəsmi Dəməşqin əsas hədəfi Qərbdən daha sürətli hərəkət etməkdir”.

Əsəd qeyd edib ki, Suriyanın kimyəvi silahı yoxdur: “Belə bir silahımız olsa belə, biz onu öz xalqımıza qarşı tətbiq etmərik. Çünki Suriyada əsas mübarizə sakinlərin, əhalinin ürəyi və ağlı üzrə idi və biz bu məsələdə qalib gəldik. Dinc əhaliyə qarşı kimyəvi silahı necə tətbiq etmək olar? Kimin dəstəyinə nail olursan?”.

O, Şərqi Quta regionunda Suriya ordusunun qələbəsindən sonra kimyəvi hücumun olmasına da reaksiya verib: “Bu ərazidə xeyli sayda hərbçi, yaraqlı və mülki əhali var. Kimyəvi silah tətbiq olunanda hamıya ziyan dəyməli idi, lakin bu baş vermədi. Bu hekayə Suriyaya hücum üçün bəhanə olaraq lazım idi”.

Suriya lideri İsrailin bəyanatlarına baxmayaraq, ölkəsində İran hərbçilərinin olmadığını da vurğulayıb: “Bizim ərazimizdə İran hərbçiləri yoxdur və heç olmayıb da. Onları axı gizlətmək olmaz. Biz heç bunu gizlətməzdik də”. 

Bəşər Əsəd vurğulayıb ki, ölkədə İran ordusunun zabitləri var və onlar Suriya ordusuna kömək edir: “İsrailin Suriyada iranlılar barədə yalanını ən çox bu fakt açıqlayır. Bir neçə həftə əvvəl İsrail Hərbi Hava Qüvvələri bizim ərazimizə aviazərbələr endirdi. İddia olunurdu ki, hədəflər İranın hərbi baza və düşərgələridir. Lakin xəsarət alan və ölənlər arasında onlarla suriyalı oldu. Onların arasında bir nəfər də olsun iranlı yox idi. Yəni bütün bu iddialar yalandır”.

O qeyd edib ki, Birləşmiş Ştatlar bütün Suriya ərazisinə kompleks zərbələr endirmək variantını nəzərdən keçirib, lakin Rusiyanın bəyanatları onu dayandırıb: “Onda Rusiya tərəfi açıq şəkildə bəyan etdilər ki, zərbə nöqtələrini məhv etməyə hazırdırlar. Bizdə olan məlumata görə, onlar bütün Suriya ərazisinə kompleks zərbələrin vurulması variantını nəzərdən keçirirdilər. Məhz bu təhlükə Qərbi miqyasca daha az addımlar atmağa vadar etdi”.   /sputnik.az/

75 Baxılıb