C. İyl 19th, 2019

Deputatdan ÜDM-lə bağlı ETİRAZ

Nə qədər ki, bankların sağlamlaşdırılmasına nail olmamışıq ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) artımında problemlər olacaq”.

Turkustan.info-nun məlumatına görə, bunu “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin Iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, ÜDM-də artımın azalması kredit qoyuluşunun azalması ilə izah edilir.

“Kredit qoyuluşun azalmasının əsas səbəbi isə ölkədə bank sistemində yaranmış ciddi problemlərlə bağlıdır. Bu gün ölkədə 30 bank fəaliyyət göstərsə də, onlardan ancaq 4-5-də tam kapitallaşma həyata keçirilib. Yerdə qalan banklarda kapitallaşma prosesi getməyib.

Necə deyərələr 25-dək bankda sağlamlaşdırma prosesi baş verməyib. Banklarda sağlamlaşdırma prosesi baş verməyənədək ÜDM-in artımına nail ola bilməyəcəyik”.

Deputat ÜDM-də artımın azalmasını vergi güzəşti ilə izah olunmasına da etiraz edib. “Əvvəlki illərdə də vergi güzəşti olub, ancaq artım yuxarı səviyyədə olub”.

Deputat mənzil-kommunal sahəsi ilə bağlı büdcədə əksini tapan məsələlərə də aydınlıq gətirib.

Bildirib ki, bu sahədə ümumiyyətlə şəffaflıqdan danışmağa dəyməz.  /Modern.az/