Siçan zəhəri təkcə öldürmür: Həm də xərçəngdən müalicə edir – İNQİLABİ TAPINTI

Xərçəngə qarşı mübarizədə zəhərli maddə olan arsenik trioksiddən istifadə müsbət nəticə verə bilər.

Turkustan.info xəbər verir ki, bu qərara ABŞ-ın Şərq-Qərb Universitetinin mütəxəssisləri gəlib. Onların rəyinə gör, az dozada bu maddədən istifadə qan xərçənginin bəzi növlərində müalicəvi əhəmiyyət daşıyır. 

Heyvanlar üzərində aparılan araşdırma mütəxəssislərin bu qənaətini möhkəmləndirib. Məlum olub ki, arsenik trioksid adlı ən güclü zəhər döş,  ağciyərlər və yumurtalıq xərçəngində istifadə edilə bilər. 

Məlumat üçün bildirək ki, arsenik trioksid xalq arasında “mışyak”, yəni siçan zəhəri kimi də tanınır. Elementin rusca adı “mışyak” siçanları  zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır, həmçinin rənginə görə boz mışyak (arsen) siçanı xatırladır.    /Cebhe.info/

73 Baxılıb