Ümummilli liderimiz Heydər Əliyevin 95-cü ildönümünə həsr edilmiş X Kitab Bayramı keçirilmişdir

Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon MKS-i Ümummilli liderimiz Heydər Əliyevin 95-cü ildönümünə həsr edilmiş X Kitab Bayramı keçirilmişdir.
Tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin qarşısında ulu öndərin Heydər Əliyevin abidəsini ziyarətlə başladı.
MKS-nin təşkil etdiyi kitab sərgilərinə baxış keçirildikdən sonra Azərbaycan Dövlət Himni səsləndirildi. 
Tədbiri aparıcısı MKS-in direktor müvini Təranə Məmmədova qeyd etmişdir ki, Ümummilli liderimiz Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş tədbirlərin içində ənənəvi Kitab Bayramı mühüm yer tutur.

MKS-in direktoru Məhəbbət Əliyeva tədbir iştirakçılarıı salamladıqdan sonra ayrı-ayrı bölmələrdə nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat vermiş, keçirilən Kitab bayramının çox əhəmiyyətli olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, bu gün kitabxana sahəsində həyata keçirilən yeni layihələrin nəticəsi olaraq son illərdə kitabxanaya gələn oxucuların sayı xeyli artmışdır. Sonra Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev bayram münasibətilə iştirakçıları təbrik etdi və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.
Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini Təyyar Hacıyev, YAP Ağcabədi rayon aparatının rəhbəri Nazim Bünyadov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsinin müdiri Əlizadə Nəcəfov və digər çıxış edənlər əhalinin maarifləndirilməsində və insanların kitaba olan marağının artırılmasında bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu qeyd etdilər.
Tədbirdə “N” saylı Hərbi hissənin əsgər və zabitləri, rayon Təhsil şöbəsinin müdiri, YAP Ağcabədi rayon aparatının əməkdaşı, Heydər Əliyev Mərkəzinin direktoru, Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri, Laçın rayon Mərkəzi Kitabxanasının əməkdaşları, 1, 2 və 3 saylı şəhər tam orta məktəbin müəllim kollektivləri, bir sıra yerli yazarlar, Günərzi Qyğı Mərkəzi və 2, 3, 5, 6 saylı uşaq və Körpələr evinin bir qrup əməkdaşları iştirak etmişdir.
Ulu öndər Heydər Əliyev anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş videoçarxlar nümayiş olundu. 
MKS-in tədbirlərində fəal iştiraklarına görə bir sıra şəxslərə Fəxri fərmanlar təqdim olunduqdan sonra tədbir ədəbi-bədii kompazisiya ilə davam etdirildi

Ümummilli liderimiz Heydər Əliyevin 95-cü ildönümünə həsr edilmiş X Kitab Bayramı keçirilmişdir.