Ca. İyl 18th, 2019

“Ziyad müəllim, yaxşı ki, çox danışmadınız…” – Spikerdən İRONİYA

Milli Məclisin bu gün keçirilən iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələ müzakirə olunarkən maraqlı məqam yaşanıb.

Turkustan.info-nun məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təxminən 20 dəqiqəlik çıxış edib. Daha sonra Z. Səmədzadə “mən çox danışıb vaxtınızı almaq istəmirəm və sizi qanuna səs verməyə çağırıram”-deyib.

Bunu isə spiker Oqtay Əsədov gülüşlə qarşılayıb. “Ziyad müəllim, yaxşı ki, çox danışmadınız”-deyə bildirib.   /Modern.az/