Ay: İyun 2018

Türkiyənin son baş naziri toplantı zamanı salondakıları gülüşə boğdu – “Dükanı qapatdıq…” – VİDEO

Ötən həftə baş tutan seçkilərdən sonra tutduğu vəzifə ilə vidalaşacaq olan Türkiyənin baş naziri Binali Yıldırım bu gün Türkiyə İxracatçılar Baş məclisinin toplantısına qatılıb. Toplantıda çıxış edən Binali Yıldırım etdiyi zarafat ilə salondakıları güldürüb. O yaxın günlərdə gerçəkləşəcək görəv təsliminə diqət çəkərək “Siz sadəcə dükanı təhvil verirsiniz, biz dükanı qapatdıq” […]

Çay dəmləyənlərin diqqətinə – Bu səhvlər xərçəngə səbəb olur

Çay bu gün həyatımızın vazkeçilməz ünsürüdür. Gün ərzində bir neçə dəfə çay içirik. Amma çayı səhv dəmləyəndə bir sıra xəstəliklər üzə çıxır. Çay içəndə müəyyən qaydalara əməl etmək lazımdır. Ərpsiz su istifadə edin Çay dəmləyəndə əsas məsələ istifadə etdiyiniz sudur. Ərpsiz sudan uzaq durmaq üçün krant suyu istifadə etməyin. Çünki […]

Saakaşvili Gürcüstana qayıdacağına söz verdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün respublikaya qayıdacaq. Turkustan.info oxu.az-a istinadən bildirir ki, bu barədə RTVi məlumat yayıb. “Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili seçkilərdə məğlub olacaq. Əlbəttə, o, seçkiləri saxtalaşdıracaq. Lakin bu, ondan […]

Türkiyədə təhsil almağın ən ucuz, sərfəli yolu və sirləri – MÜTLƏQ OXUYUN!

Hazırda universitetlərə qəbul dönəmidir. Bəzi abituriyentlər Azərbaycanda təhsil almağı deyil, əcnəbi ölkələrə, xüsusilə də Türkiyə univeristetlərinə qəbul olmaq istəyirlər. Həmçinin, Türkiyədə həyat şərtləri, diplomun daha sonra tanınıb-tanınmayacağı həm tələbələ, həm də valideynlər üçün önəmli məqamlardır. Tələbələrin suallarına “Study in Turkey” Türkiyədə təhsil şirkətinin xaricdə təhsil uzrə koordinatoru Əliağa Əliyev ilə cavab tapmağa […]

Qarabağ danışıqlarını kim aparacaq? – Prezident, yoxsa baş nazir?

Ermənistanda xarici siyasət məsələlərinə dair prezident və baş nazir arasında səlahiyyət bölgüsü mübahisəli olaraq qalır. Ona görə də Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar prosesində Ermənistanı baş nazirin, yoxsa prezidentin təmsil edəcəyi tam müəyyənləşməyib. Qeyd edək ki, Ermənistan parlamentar sistemə keçdikdən sonra bu ölkədə Almaniya modeli tətbiq edilib. Yəni ali […]

“Rus NATO”su: Qarabağa həll,yoxsa tilov?

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı iddia ortaya atılıb. İddia olunur ki, Qarabağ münaqişəsi Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqla öz həllini tapacaq. Maraqlıdır ki, bu cür iddialara zaman-zaman dövriyyədə olur və adətən birmənalı qarşılanmır. Maraqlıdır, Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə üzv olması Qarabağın […]

Seqers: Türkiyəyə hücum olarsa…

NATO-ya üzv olan Türkiyəyə hücum olarsa, ölkəmiz Ankaraya dəstək olmamalıdır. Turkustan.info xəbər verir ki, bu sözləri Hollandiyadakı Xristian Birliyinin lideri Qert Yan Seqers deyib. O bidirib ki, Türkiyənin Avropa Birliyinə üzv olması üçün aparılan müzakirələr bir dəfəlik dayandırılmalıdır: “Türkiyəni müdafiə etmək kimi məsuliyyətimiz yoxdur. Onlar Suriyanın şimalında həyata keçirdikləri Afrin […]

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin – Diqqətinə

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan edilib. DİM-dən  bildiriblər ki,Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna […]

Ovuc içindəki hər nöqtə bir orqanımızı MÜALİCƏ edir: Sizə də bilin

Ovuc içində müəyyən nöqtələr var ki, onlar qeyri-ixtiyari olaraq orqanlarımızla birbaşa bağlıdır. Turkustan.info xəbər verir ki, Bu baxımdan həmin nöqtələrə masaj müvafiq orqanların işinə təsir göstərir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu qədim texnika akupunkturaya bənzəyir. Ovcunuzda olan müxtəlif nöqtələrin hansı orqanlarla əlaqəli olduğunu öyrənməklə onların sağlamlığını yaxşılaşdıra bilərsiniz! […]

Kürdəmirdə faciə — İntim videosu yayılan gənc intihar etdi

Kürdəmir rayonunda oğlu özünü asan ata istintaqın düzgün aparılmamasından şikayətçidir. Turkustan.info xəbər verir ki, qafqazinfo-ya müraciət edən Vidadi Cabbarov 23 yaşlı oğlu Əli Cabbarovun  martın 28-də Girdiman çayının üzərində yerləşən körpüdən özünü saman ipi ilə asaraq intihar etdiyini bildirib. O qeyd edib ki, Kürdəmir Rayon Prokurorluğunda istintaq aparılsa da, 3 […]

“Bakıdakı kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır” — Millət vəkili

“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi abidələri dağıdaraq silməyə çalışır”. Turkustan.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva AŞPA sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsi zamanı bildirib.  Deputat deyib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir:  “İndi o […]

Sabahdan bu rüsümlar artır

Şəxsi istehlak üçün gətirilən mobil cihazların qeydiyyatı da pullu olacaq Sabahdan Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanunda dəyişikliyin edilməsi barədə sərəncam qüvvəyə minir. Dəyyişikliyə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna […]

Səyyar klinika Gədəbəyə yollanacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının növbəti humanitar aksiyası iyulun 12-dən 14-dək Gədəbəy rayonunda olacaq. 12-13 iyul tarixlərinə Gədəbəy sakinləri müayinə ediləcək, 14 iyulda isə cərrahi əməliyyatlar aparılacaq.  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və […]

Bakıda ŞOK OLAY: Polis özünü GÜLLƏLƏDİ

Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib. Turkustan.info “Ölkə.Az”a istinadən xəbər verir ki, polis işçisi Rüfət İsmayılov tabel silahı ilə özünü güllələyib. Hazırda yaralı Rüfət Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur. İlkin araşdırmalar zamanı onun Nəsimi RPİ-nin əməkdaşı və rütbəcə leytenant olduğu məlum olub. Bundan başqa Rüfətin keçmiş polis rəisi, […]

Qənirə Paşayeva AŞPA-dan tələb etdi: Paşinyana müraciət edin!

Millət vəkili Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın qeyri-qanuni girov saxladığı, işgəncə və əziyyətlər verdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldırıb. Turkustan.info xəbər verir ki, millət vəkili çıxışında girovlarla bağlı məlumatlar verərək, Ermənistanın işğalçı və cinayətkar Sərkisyan rejiminin Avropa Şurası Parlament Assambleyasının çağırışlara dəfələrlə məhəl qoymadığını və qanunsuz olaraq girov saxladığı, […]

Azərbaycan və erməni pilotların fərqi – Video

Bu gün İrəvanda erməni pilotların hava qüvvələrinin 26-cı ildönümü ilə bağlı bayram uçuşunun görüntüsünün paylaşılması 26 iyunda Bakıda keçirilən paradda Azərbaycan-Türkiyə pilotlarının göstərdiyi şounun möhtəşəmliyini bir daha üzə çıxarır. Turkustan.info xəbər verir ki, erməni pilotların təcrübəsizliyini anlayan Ermənistan KİV bu bayram uçuşunu cəmi bir dəqiqə ilə məhdudlaşdırıb. Yalnız birgə uçuş həyata […]

ABŞ-dan bəyanat: Rusiyaya yox, Bakıya dəstək

Şimal Axını-2 qaz kəməri və Türk Axınının ikinci parçası Avropanın Rusiya qazından asılılığını artıracaq. Turkustan.info xəbər verir ki, bu barədə bəyanatı ABŞ Dövlət Departamenti yayıb. Dövlət Departamenti ABŞ-ın bu qaz kəmərlərinə qarşı çıxdığını bildirib. Bəyanatda ABŞ-ın yalnız müttəfiqlərinin enerji təhlükəsizliyini gücləndirəcək layihələri dəstəklədiyi bildirilib. Vaşinqton dəstəklədiyi layihələr sırasında Cənub Qaz Dəhlizi […]

Azərbaycan polisinin 100 illiyində yol polisləri mükafatlandırıldı – FOTO + VIDEO

37 yol polisi əməkdaşına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub Bu gün Azərbaycan polisinin 100 illiyi və 2 İyul – Polis Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin və Avtosfer.az saytının təşkilatçılığı, Azərbaycan Respurlikası Prezidenti yanında Qeyri-Hökumət […]

İskəndəryan: “Qarabağda toqquşmalar olacaq, Azərbaycanı Ermənistana…”

“Qarabağda genişmiqyaslı müharibəni proqnozlaşdırmıram, lakin lokal toqquşmalar ola bilər”. Turkustan.info xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib. İskəndəryan bildirib ki, Azərbaycanın son dövrlər hərbi istiqamətdə atdığı addımlar və hərbi təlimlər keçirməklə bağlı qərarı təsadüfi deyil. “Bu, strategiyadır. Azərbaycan Ermənistana ciddi şəkildə təzyiq göstərir”, – deyə o bildirib.  /Publika.az/

Bin Ladeni qarğalar necə tapdı? – İllər sonra AÇIQLANDI

Cinayətkarların yaxalanmasında əsasən itlərdən istifadə olunması bilinən üsuldur. Lakin bu gün dünyada bir sıra heyvanlar – atlar, qatırlar, ağcaqanadlar, bir sıra böcək növləri bu işdə istifadə edilir. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, hətta arılardan narkotik, ağcaqanadlardan meyit axtarışında istifadə edilir. İspaniyanın paytaxtı Madriddə isə polislərdən biri xüsusi hazırlanmış itin […]

Qarabağda müharibənin 2-ci mərhələsi hər an başlaya bilər

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində separatçı rejim hərbi təlimlər keçirib. Separatçı rejimin təlimləri müdafiə və əks hücum ssenarisi üzrə aparılıb. Təlimlər Qarabağın Şərq istiqamətində, yəni qoşunların təmas xəttinə yaxın ərazidə döyüş sursatlarından istifadə etməklə aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, […]

Azərbaycanın qara Bayramı… – O, əslində kimdir? – VİDEO

Həyatda tanıdığım iki Bayram olub. Biri Kürdəxanlı idi, keçən il rəhmətə getdi, digəri də özünə ekstrasens deyən Nurlu. Düzdü, Bayram Nurlu ilə də şəxsi tanışlığım yoxdur və ola da bilməz. Sadəcə, nə vaxt televizoru açıram, onu görürəm. Bayram ilk dəfə ANS-də yayımlanan “Adam içində” verilişi sayəsində adam içinə çıxmışdı. Sonra […]

Müdafiə Nazirliyi Modern.az-ın rəhbərini təltif etdi

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun 100 illik yubleyi münasibətilə bir qrup jurnalisti Fəxri Fərmanla təltif edib. Turkustan.info-nun məlumatına görə, Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev bununla bağlı keçirilən tədbirdə ordu ilə mətbuatın əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Onun sözlərinə görə, Müdafiə […]

İranda etirazlar dərinləşir: XAMENEİNİ KİM ƏVƏZ EDƏCƏK?

İranda daxili və iqtisadi problemlər müxtəlif siyasi qrupların əlində bir alətə çevrilib. Bu sözləri İranda iqtisadi vəziyyətin ağırlaşması fonunda hökumət əleyhinə etirazlarla bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, sözügedən qüvvələr İrandakı iqtisadi böhrandan istifadə edərək ölkə daxilində öz mövqelərini gücləndirməyə çalışacaqlar: “Xüsusilə də mühafizəkarlar öz nüfuz və güclərini […]

Azərbaycanlı aparıcının cəsarətli “stand up”ı Türkiyə kanalında: “Ölümdən son anda xilas oldu” – VİDEO

Azərbaycanlı aparıcının riskli “stand up”ı Türkiyə mediasında maraqla qarşılanıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı reportaj hazırlayan “CBC” telekanlının aparıcısı Elmira Musazadə helikopterlərə yaxın məsafədən “stand up” etmişdi. Helikopterin aparıcının başı üzərindən cüzi məsafədən uçmasının əks olunduğu görüntülər yerli mətbuatda və  sosial mediada maraqla qarşılanmışdı. Sözügedən görüntülər […]

Ərdoğan İlham Əliyevə verdiyi sözü tutdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə NATO zirvə sammitinə qatılacaq. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan sammitdən öncə, iyulun 10-da Şimali Kiprə gedəcək. Türkiyə prezidentinin həmin gün Azərbaycana da səfər edəcəyi gözlənilir. Belə ki, o,  Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında, “Söz verirəm, seçkidən […]

“Azərbaycandan bura gətirilərkən vəziyyəti çox ağır idi” – Fazil Məmmədovun həkimi danışdı

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə “American Hastanesi”nə yerləşdirilib. Hazırda sabiq nazir həmin xəstəxananın professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında müalicəsini davam etdirir. Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun türkiyəli həkimi Orhan Bilge onun son durumu ilə […]

ADAU-da akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunan konfrans keçirilib

Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun Azərbaycan Dövlət  Aqrar  Universitetində (ADAU) görkəmli alim, tanınmış ictimai xadim,  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan “Cəlal Əliyev Azərbaycan biologiya elminin ən […]

Koçaryan əraziləri qaytarmağa razılaşmışdı, Heydər Əliyevlə görüşdə… – İllər öncəki danışıqların YENİ DETALLARI

Ermənistan mediası Robert Koçaryanın prezident olduğu dövrdə Heydər Əliyevlə Qarabağ razılaşmasının detallarını yenidən gündəmə gətirib. “Qarabağ klanı”nın hakimiyyətdən getməsindən sonra Ermənistan mediasında da bu klanın üzvlərinə qarşı hücumlar başlayıb. Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan 10 illik hakimiyyəti dövründə təkcə soyğunçuluq və siyasi […]

Paşinyanın hakimiyyətini bitirəcək tək səbəb – Azərbaycan, Qarabağ…

Erməni baş nazir həm qorxur, həm də qorxudur, çünki…; İrəvan üçün SOS siqnalı gəldi: “Qarabağ problemi həll olunmasa, ermənilər yenidən küçələrə töküləcək”; erməni nəşri: “Azərbaycan “müharibə siyasəti”nə keçidi tamamladı…” Ermənistanda az qala, hər keçən gün qalmaqallı həbslər və ya sensasiyalı hadisə ilə yadda qalır. Yeni hakimiyyət, baş nazir Nikol Paşinyan […]

Lavrov: Onlara güvəndik, ancaq çox təhlükəlidir

Yaxın vaxta qədər Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına güvəndik, ancaq müqaviləni pozanların olduğunu müşahidə edirik və bu, təhlükəli bir addımdır. Turkustan.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. “İngiltərə və Fransa üzv ölkələri iclasa çağırdı və səsvermə nəticəsində müqavilənin müddəalarını pozdular. Bu, çox təhlükəli bir addımdır”, – […]

Milli Məclisin yaz sessiyasında qəbul etdiyi yeni qanun layihələri – SİYAHI

Dünən – iyunun 29-da  Milli Məclisin sonuncu növbədənkənar plenar iclası keçirilib. Dünənki növbədənkənar iclasla Milli Məclisin yaz sessiyası ərzindəki fəaliyyətinə yekun vurulub. Turkustan.info Modern.az-a istinadən məlumatına görə, yaz sessiyası ərzində parlament bir neçə yeni qanun layihəsini qəbul edib və bir neçə qanunlara dəyişiklikləri qəbul edib. Yaz sessiyası ərzində Milli Məclisdə qəbul […]

ABŞ və İsrail generalları görüşdü – İrana görə

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford İsraildən olan həmkarı Qadi Eyzenkotla görüşüb. Turkustan.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə əsas müzakirə mövzusu İranın Yaxın Şərqdəki fəaliyyətləri olub. Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu İsrail üçün əsas təhdidin İran olduğunu […]

DÇ-2018-də 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün DÇ-2018-də 1/8 final mərhələsinə start veriləcək. İlk oyun günündə iki cütlük meydana çıxacaq. Dünya çempionatı başlamamışdan əvvəl turnirin əsas favoritlərindən hesab olunan iki komanda ilk 1/8 final mübarizəsində üz-üzə gələcəklər. C qrupunda Danimarka, Peru və Avstraliya ilə mübarizəni lider tamamlayan Fransa D qrupunun ikincisi Argentina ilə qarşılaşacaq. Müasir […]

Ucarda ilanlar evə daraşdı, ailə evdən çıxmalı oldu – VİDEO

Ucar rayonunda evə ilanlar daraşıb. Ev sahibləri ilanların qorxusundan qonşuluqda qalmağa məcbur olublar. Hətta gündüz saatlarında da evə daxil ola bilmirlər. Turkustan.info “xezerxeber.az”a istinadən xəbər verir ki, hadisə Ucarın Qəzyan kənində Sevinc Rəhimovaya məxsus evdə baş verib. Ev sakinləri artıq beş gündür ki, evlərində qala bilmirlər. Elə buna görə də sakinlər […]

İran qarışır: Parlament Həsən Ruhaniyə ultimatum verdi

İranda iqtisadi çətinliklərə görə etirazlar davam edərkən parlamentdən prezident Həsən Ruhaniyə xəbərdarlıq edilib  İranda iqtisadi çətinliklərə görə etirazlar davam edərkən parlamentdən prezident Həsən Ruhaniyə xəbərdarlıq edilib. Turkustan.info “Habertürk”ə istinadla xəbər verir ki, İran parlamenti Ruhanidən iqtisadiyyat üzrə məsul şəxslərin dəyişdirilməsini tələb edib. İranın dini lideri Əli Xameneyi əvvəlki gün parlamentdən iqtisadiyyatdakı […]

Sürücülərin diqqətinə: Texniki baxışla bağlı YENİLİK edildi

Milli Məclis yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə dəyişiklik edib. Turkustan.info  xəbər verir ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə görə, bundan sonra texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq (indiyə kimi buna görə cərimə yalnız yolda saxlanılaraq yazıla bilər). Eyni […]

İnsanı ölümə aparan XƏSTƏLİK

Tibb elmində ağciyər toxumalarının iltihabı kimi tanınan pnevmoniyason illər dünyada ən çox rast gəlinən xəstəliklər sırasındadır. İlk dəfə Yaponiyada aşkarlanan və 24 yaşlı bir gəncin ölümünə səbəb olan bu xəstəlik bir müddət sonra bütün dünyaya yayılıb. Turkustan.info  xarici KİV-ə istinadən xəbər verir ki, pnevmoniyanın bir çox növləri var. Onlar arasında […]

Qarabağ rəqibləri birləşdirir: Paşinyan Sarkisyanı siyasi səhnəyə qaytarır?

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesi dayandırmaq niyyətindədir. Onun sərgilədiyi mövqe belə düşünməyə əsas verir. Çünki Paşinyan baş nazir olduqdan sonra Dağlıq Qarabağ məsələsinin müzakirəsində iştirak etmək səlahiyyətində olmadığını, danışıqların qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə aparılmalı olduğunu demişdi. Bu məsələ istər erməni cəmiyyətində, istərsə […]

İncə seçkilərdə niyə məğlub oldu? – Alman ekspert

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 iyun seçkilərini ilk turda qazanması sürpriz oldu. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə almaniyalı siyasi ekspert Günter Soyfert çıxış edib. Soyfert CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin seçkilərdə məğlub olmasının səbəbi kimi mühafizəkar və dindar seçicilərin Ərdoğanın tərəfində olmasını göstərib.  /Axar.az/

Bakı paradını izlədim, hər şey… – Erməni polkovnik şokda

Ermənistan Müdafiə Nazirliyinin polkovniki, “Tiqran Mets” hərbi-təlim mərkəzinin rəhbəri Koryun Qumaşyan Azərbaycan ordusunun iyunun 26-da Bakıda keçirilmiş paradına baxıb , prezident İlham Əliyevin çıxışını izləyib və belə qənaətə gəlib ki, Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanması qaçılmazdır. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, polkovnik Qumaşyan erməni mətbuatına müsahibəsində Ermənistanın “ildırım sürəti ilə […]

Millət vəkilləri də dilə gəldilər: “İnsanlara bu qədər əziyyət vermək olmaz”

Son günlərin ən qalmaqallı mövzusu parlamentdə ciddi etirazlara səbəb olub “İki gündür Xırdalan yolunda təmir aparılır. Biz yolun təmir edilməsinin labüdlüyünü anlayırıq. Lakin bir yola görə minlərlə insan yesir vəziyyətdə küçələrdə qalıb”. Turkustan.info xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, […]

Günay İbrahimliyə görə yolu bağladılar – Polis onu niyə müşayiət edir?

İki gündür, Bakıda yaşanan tıxac gərginliyi sakinlərin əsəbini tarıma çəkib. Bakı-Sumqayıt yolunun “vaxtsız” təmiri paytaxtın az qala hər yerində avtomobil sıxlığının yaranmasına səbəb olub. Lakin Sumqayıtdan, Xırdalandan və yaxın qəsəbələrdən gələn alternativ yollarda sıxlıq “hərarəti” daha çox yüksəldib. Bu ərazilərdən biri də Sulutəpə qəsəbəsindən keçən yoldur. Turkustan.info xəbər verir ki, […]

“Kimsə desə ki, maşınım qızıldan, təkərləri quş dimdiyindən idi, onda…” – Vaqif Əsədovdan yanğın açıqlaması

“Əgər vətəndaş çıxıb desə ki, mənim avtomobilimin rəngi qızıldan, təkərləri isə quş dimdiyindən idi, onda qanunvericilikdə nəzərdə tutulmuş qaydada o məsələlərə baxılacaq”. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bunu bu gün Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş verən yanğına münasibət bildirən Bakı şəhər Dövlət Yol […]

İran millisinin kapitanı: Fəxr edirəm ki, türkəm – VİDEO

İran milli komandasının kapitanı Kərim Ansarifardın maraqlı görüntüləri yayılıb. Turkustan.info-nun məlumatına görə, futbolçunun sosial şəbəkələrdə yayılan videosu rəğbətlə qarşılanıb.  Belə ki, bir müddət əvvəl İran telekanallarından birində yayımlanan verilişdə qonaq olan Kərim Ansarifard azərbaycanlı olduğunu, bununla fəxr etdiyini deyib. “Mənə iftixardır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə demişəm ki, mən Ərdəbil […]

Avropa İttifaqı öz hərbi birliyini yaradır

Brüsseldə keçiriləcək 11 iyul sammiti ərəfəsində  Avropa İttifaqının doqquz üzv-dövləti müdafiə məqsədilə öz birgə çevik reaksiya qüvvələrini yaratmaq təşəbbüsü ilə çıxış edib. Turkustan.info xəbər verir ki, bu haqda “Focus-online” məlumat yayıb. Nəşrin məlumatına görə, bu addım Berlin və Parisin bir növ ABŞ lideri Donald Trampa etirazıdır. Belə ki, bu dövlətlər artıq hərbi məsələdə […]

Dünya çempionatının seks-qalmaqalları: Qızlar özünü necə satır? – VİDEO 18+

Hazırda Rusiyada futbol üzrə Dünya çempionatı keçirilir. Lakin futbol meydanından kənarda baş verənlərə göz yummaq olmur. Turkustan.info yeniçağ.az-a istinadən xəbər verir ki, qiqqət mərkəzində olanlar isə rus qızlarıdır. Rusiyanın məşhur “Moskovskiy Komsomolets” nəşri “Fahişələrin zamanı” adlı qalmaqallı məqalə ilə çıxış edib. Birmənalı qarşılanmayan məqaləyə yüzlərlə cavab məqalələri yazılıb. Məqalənin yazılmasına səbəb olan, […]

İğdır millət vəkili Yaşar Qaradağ: “Ermənilər Xocalıdakıların hesabını verməlidirlər”

“Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışacam. Bu, mənim vəzifəmdir. Əslən Azərbaycan türküyəm. Babalarım İğdıra 1918-1920-ci illərdə erməni zülmündən gəliblər”. Bu sözləri Milliyyətçi Hərəkat Partiyasının İğdırdan seçilən millət vəkili Yaşar Qaradağ bildirib. “Bu gün İğdırın Hakmehmet, Oba, Gedikli, Koçkıran kəndlərində toplu məzarlar var. Bunlar ermənilərin bizə qarşı etdikləri vəhşiliyi unutmamağa qoymur. Bunları edənlərin […]

Bakıda cərimə meydançası yanır – 50 MAŞIN KÜL OLDU – FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.  Turkustan.info nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək. Qafqazinfo-nun verdiyi xəbərə […]

Qızmar istidə asfalt döşəyənlər – Hüquq müdafiəçisi: “Bunun bir adı var: istismar!”

İyunun 27-dən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda aparılan təmir şəhərdə nəqliyyatın hərəkətini iflic edib. 41 dərəcənin üzərində temperatur və şəhərdə saatlarla davam edən tıxac vətəndaşların narazılıq və narahatlığına səbəb olub. Hətta saatlarla tıxacda gözləməkdən təngə gələn vətəndaşlar çarəni mənzil başına piyada getməkdə görüblər. […]

Prezident onlara ali rütbələr verdi – ADLAR

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, sərəncamla Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib: general-leytenant ali hərbi rütbəsi: general-mayor Fazil Nəriman oğlu Ələkbərov polis general-mayoru ali xüsusi rütbəsi: polkovnik Heydər […]

Ermənistan ordusunda Paşinyanın çağırışına məhəl qoymurlar

Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışına orduda məhəl qoymurlar.  Erməni KİV-i xəbər verir ki, Armen Karapetyan adlı valideyn işğal altında olan Qarabağdakı hərbi hissələrdən birində qulluq edən yaxın qohumu ilə danışarkən onların heç bir gigiyena ləvazimatları ilə təmin edilmədiyini müəyyən edib.  Karapetyan əlavə edib ki, Qarabağda cəbhə xəttindəki bölmələrdən birində […]

Gülən Ərdoğanın qələbəsindən danışdı – “Allah…” – VİDEO

Hər şeyin doğrusunu Allah bilər. O nə diləsə, o da olar. Bu sözləri FETÖ lideri Fətullah Gülən Türkiyədə 24 iyunda keçirilmiş seçkilərin nəticələri barədə danışarkən deyib. Gülənin bu açıqlaması qruplaşma daxilində birmənalı qarşılanmayıb. Bəziləri açıqlamanın seçki nəticələrinin açıqlanması ilə birlikdə bütün ümidlərin tükənməsi anlamına gəldiyini bildirib. Burada Gülən “Allah belə […]

Qadın rəfiqəsini balta ilə tikə-tikə doğradı, sonra… – Bakıda QAN DONDURACAQ HADİSƏ

Bakıda rəfiqəsini amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Turkustan.info-nun məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İttihama görə, fevralın 16-da, səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının […]

İranda etiraz aksiyaları PİK HƏDDƏ – İstefa tələbi

İran yeni bir etiraz dalğası ilə qarşı-qarşıya qalıb. Ölkədə iqtisadi böhran səbəbilə baş qaldıran etiraz aksiyaları davam edərkən parlament prezident Həsən Ruhaniyə xəbərdalıq edib. Turkustan.info xəbər verir ki, parlament iqtisadiyyatdakı mənfi gedişatın məsuliyyətini daşıyan şəxslərin istefasını tələb edib. İranın dini lideri Ayətullah Xamenei əvvəlki gün parlamentdən iqtisadiyyatdakı problemlərlə bağlı hərəkətə keçməsini […]

İran Ukrayna ilə dəyişdiriləcək? – Putin və Trampın görüşündən MÜMKÜN NƏTİCƏLƏR

Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşünü dəyərli dialoqun başlanğıcı hesab etmək olar, ancaq ondan sürətli nəticələri gözləmək lazım deyil. Bununla belə, sammit sonrakı eskalasiyanın dayandırılması üçün siqnal ola bilər. Turkustan.info xəbər verir ki, belə fikirləri ABŞ və Rusiya liderlərinin qarşıdakı görüşünü şərh […]

Qənirə Paşayeva AŞPA-da erməni deputatları susdurdu

Millət vəkili Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib.  Millət vəkili Q.Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verərək “işğalçı ölkəniz bir gün ədalət qarşısında mütləq cavab verəcək, bunu unutmayın ” deyib. Bu gün AŞPA-da “Mədəni irsin qəsdən dağıdılması […]

“Nə olub ki, Bakının yollarına?” – Spiker tıxacdan DANIŞDI

Milli Məclisin bu gün keçirilən iclasında paytaxtda yollarda görülən işlərdən danışılıb. Turkustan.info-nun məlumatına görə, deputat Fəzail Ağamalı Naxçıvan Muxtar Respublikasında yolların təmiri, qorunması və saxlanmasını nümunə gətirərək Bakıda yollarda iş görülən zaman əhaliyə narahatlıq yarandığını bildirib. Deputata cavab olaraq spiker Oqtay Əsədov deyi ki, yollarla bağlı heç bir problem yoxdur: […]

Sürücülərə BƏD XƏBƏR: RÜSUM ARTIRILDI

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb. Turkustan.info-nun məlumatına görə, Milli Məclisin bu gün növbədənkənar sessiyada sonuncu plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib. Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avto-nəqliyyat […]

Şəhid anasını təhqir edən məmur DÖYÜLDÜ – AZƏRBAYCANDA

“Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir. Turkustan.info Minval.info-ya istinadən xəbər verir ki, filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir. İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən […]

Cavid Qurbanov: “Bakıda 26 yeni dəmiryolu stansiya istifadəyə veriləcək”

Milli Məclisdə Bakı yollarındakı vəziyyət və metro çəkilişindəki ləngimələrlə bağlı deputatların çıxışına “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputat Cavid Qurbanov münasibətini bildirib. Turkustan.info xəbər verir ki, C.Qurbanov həmkarlarının yol çəkilişi ilə bağl tənqidlərini qəbul etməyib: “Bakıda yol çəkilmədiyini demək düz deyil”. Bakıda metro çəkilişi ilə […]

Saxta diplomlu müəllimlərlə bağlı – QƏRAR

“Təhsil sənədi nümunəvi olmayan (saxta diplom – red), mövcud qaydaların tələblərinə uyğun olmayaraq işə qəbul olunmuş şəxslərin işdən çıxarılması məsələsi gündəmdə yoxdur”. Bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib. O bildirib ki, həmin şəxslərin yerlərinin vakant çıxarılması məsələsi gözlənilmir. “Onlar müəyyən həcmdə […]

Səhiyyə Nazirliyində YENİ TƏYİNAT

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru dəyişib. Turkustan.info APA-ya istinadən xəbər verir ki, Mərkəzin monitorinq və təhlil şöbəsinin müdiri Qəhrəman Haqverdiyev İSİM-in direktoru təyin edilib. Qeyd edək ki, İSİM-in bundan əvvəlki direktoru Ceyhun Məmmədov bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəisi vəzifəsinə təyinat […]

Vergilərdən büdcəyə daxil olan məbləğ azaldıldı – Səbəb

Dövlət büdcəsində neftin bir barrelinin satış qiyməti təsdiq olunmuş proqnoza (45 dollar) nisbətən 10 dollar artırılaraq, 55 dollar müəyyən edilməsi nəzərdə tutulur. Bu da neftin satış qiyməti hesabına büdcə daxilolmalarının 500 milyon manat artırılması deməkdir. Turkustan.info xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2018-ci il büdcə […]

Misir Futbol Federasiya prezidenti: Ramazan ayı bizə mənfi təsir etdi

Rusiyanın ev sahibliyi etdiyi 2018 Dünya Çempionatında iştirak edən Misirin Futbol Federasiyası rəhbəri Xani Əbu Rida Misirin oyunçularının Ramazan ayında oruc tutmasının onlara mənfi təsir göstərdiyini söyləyib. Turkustan.info BBC Sport-a istinadən xəbər verir ki, Əbu Rida qeyd edib ki, (Ramazan) onlara pis təsir edib: “Dünya Kubokundan əvvəl oyunçularla danışdım, amma oruc […]

Əli Mirəliyev Rozanın qarşısında diz çökdü – VİDEO

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Roza Zərgərli olub. Turkustan.info xəbər verir ki, aparıcı Elgiz Əkbərin müğənnini efirə dəvət etməsinin ardından Əli Mirəliyev diz çökərək “Sevdim səni, Roza” deyə mahnı oxuyub. Studiyaya ayaq basan Roza Zərgərli də Əli Mirəliyevin yanına gələrək diz çöküb və onu qucaqlayıb.   Roza Zərgərli diz çökməsinin səbəbini izah […]

Milli Məclisin bu qanunları da qəbul etdi

Milli Məclisin növbədəkənar sessiyasının bu gün keçirilən sonuncu iclasında “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılıb. Turkustan.info xəbər verir ki, qanun layihəsinə əsasən, ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli, təqsirləndirilən və ya belə cinayətə […]

Bakıda bütün qəssabxanalar bağlanır

Azərbaycanda heyvanların kəsilərək satılması üçün xüsusi yerlər yaradılacaq. Turkustan.info-nun məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Agentlik rəhbəri qeyd edib ki, küçələrdə və müəyyən edilməyən yerlərdə heyvanların kəsilməsinin qarşısı alınacaq: “Bəzən həyətlərdə, göz qabağında kəsilən heyvanların ətinin alınmasına üstünlük verirlər. Bu, düzgün deyil. İri və xırdabuynuzlu […]

Qida Təhlükəsizliyi Agentliyi bütün mallara gigiyenik sertifikatı ləğv edir

Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən ölkə ərazisində sahibkarlıq subyektlərinin qeydiyyatına başlayacaq. Turkustan.info xəbər verir ki, bu barədə agentliyin sədri Qoşqar Təhməzli iyunun 29-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq. Agentlik qeydiyyat və dövlət […]

İşıqpulu artırılır?.. – Tarif Şurasından AÇIQLAMA

Tarif Şurası enerji qiymətlərinin artırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda enerji tariflərinə yenidən baxılması müzakirə mövzusu deyil. Bəzi saytların yaydığı məlumata görə, “Azərenerji” və “Azərişıq” ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Müraciətlə enerji qiymətlərinin 14-16 […]

Azərbaycana gələn ərəb turistdən iyrənc əməl – Hovuza nəcis etdi

Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib. Bu səbəbdən o, 500 manat cərimələnib. Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib. Turkustan.info bildirir ki, “Qafqazinfo” məsələylə bağlı Marxal Resort & SPA ilə əlaqə saxlayıb. Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. […]

Fazil Məmmədovun xəstəliyi bilindi…

Türkiyədəki “American Hastanesi”nə yerləşdirilən eks-vergilər nazir Fazil Məmmədovun səhhəti normaldır. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a sabiq nazirin yaxınları məlumat veriblər. Xəbər verdiyimiz kimi, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan […]

Tez-tez eşitdiyimiz “Hippokrat andı” – Mənası nədir?

Tez-tez ətrafımızdan “Hippokrat andı” kəlməsini eşidirik. Bəzilərimiz heç bu andda nələrin yazıldığından xəbərsizik, ancaq bu andın həkimlərlə bağlı olmasını, onların and içməsini bilirik. Bəs Hippokrat andı nədir? Hippokrat andı – həkim davranışının əsas mənəvi-etik prinsiplərini özündə əks etdirən və həmçinin həkim olmaq istəyən hər kəsin qəbul etdiyi ümumi qəbul edilmiş […]

Bakı metrosunda ölüm

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib. Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, metronun “20 Yanvar” stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib. “Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım […]

Bakıda həm insanları, həm də heyvanları çətin sınaq gözləyir — Sentyabradək

Artıq şəhərin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə əlaqədar 14 nəfər müraciət edib. Sahibsiz insanlar küçələrdən toplanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-a bildirib ki, təkcə son günlərdə Zabrat qəsəbəsindəki sosial sığınacağa 3 nəfər yerləşdirilib. Onlar sözügedən sığınacağa icra hakimiyyəti orqanlarının […]

Hərbi liseylərə qəbul qaydaları dəyişdi – QƏRAR

Nazirlər Kabineti “Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”nin və “Heydər Əliyev adına Hərbi Liseyin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edilməsi barədə qərarimzalayıb. Həmin qərarla hər iki liseydə təhsil müddəti azaldılıb. Belə ki, indiyə qədər bu liseylərdə təhsil müddəti 3 il olub və ümumi orta (IX sinif), tam orta (X-XI […]

İrəvanın “islahatları” ABŞ-ı “qorxutdu” – Sərkisyan Bakıya gələcək?

Amerikalı diplomatdan Paşinyana xəbərdarlıq: “Elə etməyin ki…”; Ermənistanın baş naziri ilə prezidenti arasında çəkişmə böyüyür – səbəb; ABŞ-da səfərdə olan Armen Sərkisyan Ağ Evdə niyə qəbul edilmədi? erməni qəzetindən şok iddia… Ermənistanda “səssiz inqilab” dalğasında hakimiyyət dəyişikliyindən iki aya yaxın vaxt keçir. Bu müddət yeni baş nazir Nikol Paşinyanın fəaliyyəti […]

“GünayBank”da 100 milyonluq mənimsəmənin yeni təfərrüatları

Əkrəm Həsənov: “Bankın Müşahidə Şurası sədrinin xəbəri olmadan belə bir halın baş verməsi mümkünsüzdür” “GünayBank”ın İdarə Heyətinin sədr müavini Emin Zeynalov tərəfindən 100 milyon manata yaxın vəsaitin ələ keçirilməsi ətrafında ajiotaj səngimir. Virtualaz.org-a bank sahəsində məlumatlı mənbənin verdiyi informasiyaya görə, Emin Zeynalov tək olmayıb – bu iri fırıldaqda ona atası […]

Ərdoğanın təbliğatçısı öldürüldü – TERRORÇULARDAN MESAJ

Türkiyənin Ağrı vilayətində PKK qruplaşmasının üzvləri hakim Ədalət və İnkişaf partiyasının (AKP) üzvü olan ictimai fəal Mövlut Bengi qətlə yetiriblər. Turkustan.info Türkiyə KİV-inə istinadən bildirir ki, fəalın meyiti Doğubəyazit şəhərinin kənarında dirəyə bağlanmış vəziyyətdə aşkarlanıb. Onun baş nayihəsinə küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib. Jandarm komandanlığı onun üzərində kağız […]

Netanyahu İranla bağlı qərarını açıqladı

İran varlığımıza yönələn ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq. Turkustan.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Açıq şəkildə ifadə edirəm. İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. İranın Suriyanı bizə qarşı ölümcül baza yaratmasının qarşısını almaq üçün daim çalışacağam”, – deyə baş […]

Yuxusuz qalmağın 9 ölümcül fəsadı

Aparılan araşdırmalara görə, yetkin insanlar gündə ən az 7 yatmalıdırlar. Yaxşı və kifayət qədər yatmasanız, bunun ağır fəsadları ola bilər. Turkustan.info sizi yuxusuzluğun zərərləri ilə tanış edir. Yaddaşa və beyinə təsir edir Gecə kifayət qədər yatmadıqda ertəsi gün konsentrasiya, fokuslanma, problem həll etmə qabiliyyətinin aşağı düşməsi və diqqət əskikliyi yaşaya bilərsiniz. […]

Bu gün Milli Məclis sonuncu dəfə toplaşır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək. Turkustan.info-nun məlumatına görə, iclasın gündəliyinə 4 yeni məsələ əlavə edilib. Ümumilikdə gündəlikdə duran 39 məsələyə “Polis haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcarə haqqında”, “İcra məmurları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi […]

Məhəbbət Vəliyeva nazir müavini təyin edildi

Təhsil nazirinə yeni müavin təyin edilib. Müvafiq sərəncamla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva təhsil nazirinin müavini təyin olunub. Qeyd edək ki, M. Vəliyeva1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib. 1991-2003-cü illərdə Səbail […]

“QHT Şurası unikal bir qurumdur”

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının faəliyyətə başlamasından 10 il ötür.  Şura ötən 10 ildə vətəndaş cəmiyyətinin inkişafına hansı töhfələr verib? QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Sahib Məmmədov bu haqda Modern.az-a danışıb. O, xatırladıb ki, Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının yaranması haqqında sənəd ölkə başçısı tərəfindən 2007-ci […]

Xərçəngin inkişaf etməsini dayandıran dərman

ABŞ-ın Oreqon Universitetinin mütəxəssisləri 4 tip xərçəngin inkişaf etməsini dayandıracaq bir dərman hazırladı. Elm adamları bu dərmanın sinə, prostat, yoğun bağırsaq və ağciyər xərçənglərinin inkişaf etməsini dayandırdığını bildirdi. Amerikalı elm adamları erkən diaqnoz qoyulduğu hallarda yeni hazırlanmış bu dərmanla sinə, prostat, yoğun bağırsaq və ağciyər xərçənglərinə tutulan şəxslərin həyatlarının xilas […]

Tütün məmulatları və alkoqollu içkilərlə əlaqədar Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat Sistemi yaradılacaq

Gələn il Azərbaycanda tütün məmulatları, alkoqollu içkilərin istehsalı, idxalı və satışına nəzarət üçün Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sistemi yaradılacaq. Turkustan.info APA-ya istinadla xəbər verir ki, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb. Beləliklə […]

Azərbaycanda yeni NAZİR TƏYİNATI

Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.  Turkustan.info-nun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 28-də fərman imzalayıb. Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası […]

Alimentin ödənilməsi üçün yeni mexanizm yaradılır – VİDEO

Alimentin ödənilməsi ilə bağlı yeni mexanizm yaradıla bilər. Yəni, aliment ilkin olaraq dövlət büdcəsindən ödəniləcək. Daha sonra isə icraedici şəxslər alimentin məbləğini faizi ilə birgə dövlət büdcəsinə qaytarmalıdır. Bunun üçün qanunvericilikdə dəyişiklər edilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aliment Fondunun yaradılması üçün Nazirlər Kabinetinə rəsmi şəkildə təklif […]

Azərbaycan və Ermənistan nazirləri görüşərsə… – Rusiya

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşündən məhsuldar nəticə gözləyirik. Turkustan.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Əgər həqiqətən də bu görüş baş tutsa, effektiv nəticələr arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində duran problemlər üçün olduqca vacibdir”, – deyə XİN sözçüsü […]

Yayın ən ləziz təamı QARPIZ: Bilmədiyimiz FAYDALARI

Qarpızın böyrəklər üçün olan faydası hamıya məlumdur. Qarpız həqiqətən böyrəklər və sidik kisəsini yaxşı təmizləyir. Lakin bu nəhəng giləmeyvənin digər daha az bilinən faydaları da var. Turkustan.info sizi bu faydalarla tanış edir. 1. Qarpız likopin maddəsi ilə zəngindir. Bu maddə ürək və damarların sağlamlığını qoruyur. 2. Qarpız əzələ ağrılarını azaldır. Məşqdən […]

Saakaşviliyə hökm oxundu

Tbilisi şəhər məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşvilini parlamentin keçmiş deputatı Valeri Qelaşviliyə qarşı hücumun təşkilində təqsirli bilib və onu qiyabi olaraq altı il müddətinə azadlıqdan məhrum edib. Turkustan.info xəbər verir ki, bu haqda Gürcüstan KİV-də məlumat yayılıb. Bundan əvvəl eyni cinayət işi üzrə keçmiş daxili işlər naziri Vano Merabişvili və […]

Bakıda ərəb turist kanalizasiya quyusuna düşdü – VİDEO

Bakının Nizami küçəsində maraqlı hadisə yaşanıb. Turkustan.info “Azxeber.com”a istinadən xəbər verir ki, hadisə Bakıya səyahət edən ərəb əsilli turistin başına gəlib. Görüntülərdə ərəb turistlə telefonunu tapan taksi sürücüsünün dialoqu ilk növbədə müşahidə olunur. Ərəb turist telefonunu tapan taksi sürücüsünə 50 manat mükafat verir. Taksi sürücüsü isə bu məbləğin az olmasını iddia […]

Bakıdakı məşhur klinikada uşaq öldü – Meyiti vermək üçün ailəsindən 10 min istəyirlər? – VİDEO

“Baku Medikal Plaza”da beş aylıq körpə ölüb. Turkustan.info xəbər verir ki, bu barədə körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızı məlumat verib. O, sosial şəbəkədə yayılan videosunda bildirib ki, qızdırma səbəbi ilə uşağı sözügedən klinikaya aparıblar.  Ailə əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra xəstəxanadan valideynlərə bildirilib ki, […]

ARB-də yenə dava düşdü – “Sən kimsən, ə, mənim xodumu aldırırsan?” – VİDEO

ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” verilişində yenidən qalmaqal yaşanıb. Turkustan.info goldnews.az-a istinadən xəbər verir ki, bu dəfə qalmaqal ekstrases Aqil və vayner Elçin arasında baş verib. Belə ki, ekstransensin Elçinə “sən videoları məşhur olmaq üçün çəkirsən” deməsi vaynerin xoşuna gəlməyib. Nəticədə tərəflər arasında mübahisə düşüb. Vəziyyət o həddə çatıb ki, aparıcı […]

Əxlaqsız qadın, yoxsa…? – Peyğəmbərin arvadı haqda tarixi versiyalar

Mariya Maqdalinanın çoxsaylı əfsanə və rəvayətlərə bürünmüş həyatı bugünə qədər ilahiyyatçılarla din tarixçiləri arasında ümidsiz mübahisələrə səbəb olmaqdadır. Müxtəlif mənbələrdə Mariya Maqdalina günahkar qadın, müqəddəs əshabə, İsa Məsihin ən yaxşı şagirdi və Dördüncü Əhdi-Cədidin müəllifi, İsa Məsihin həyat yoldaşı və oğullarının anası və s. kimi təsvir edilir. Axı bu sirli-müəmmalı […]

Kimlər sürücülük vəsiqəsini dəyişdirməli olacaq?

Azərbaycanda yeni sürücülük vəsiqələri hazırlanacaq. İlham Əliyev tərəfindən imzalanmış yeni qanunda bəzi müddəalar var: yaş dəyişiklikləri, yeni kateqoriyalar və s. Yeni sürücülük vəsiqələri 2019-cu il yanvarın 1-də istifadəyə veriləcək. Bəs kimlər sürücülük vəsiqələrini dəyişdirməli olacaq və yeni dəyişikliklər nədən ibarətdir? Bu suala nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov cavab verib. […]