Beyləqanski “Ded Xasan”ın qətlində təqsirləndirilir – VİDEO

Rusiya məhkəməsi 2012-ci illərdə törədilən qətllər və sui-qəsd cəhdləri ilə əlaqədar qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) barəsində həbs qətimkan tədbiri seçib.

Turkustan.info xəbər verir ki,  Beyləqanski kriminal avtoritet İlham Əliyevin güllələnməsində, həmçinin maşında quldurla birgə olmuş qadının həyatına qəsd etmək cəhdində şübhəli bilinir

“İstintaq versiyasına görə, 19 aprel 2012-ci ildə təqsirləndirilən şəxs Moskvanın Presnenskiy Val küçəsində olarkən,  odlu silahdan içində 1960-cı il təvəllüdlü kişi və 1986-cı il təvəllüdlü qadının olduğu “Toyota Land Cruiser” markalı avtomobili atəşə tutub.

Aldığı güllə yarasından kişi hadisə yerində keçinib, qadın isə vaxtında tibbi yardımın göstərilməsi nəticəsində sağ qalıb”, -deyə  İstintaq Komitəsinin baş istintaq idarəsinin rəhbərinin Moskva üzrə baş köməkçisi Yuliya İvanova bildirib.

Bundan əvvəl onun kriminal avtoritet Ded Xasanı qətlə yetirməkdə şübhəli bilindiyi ilə bağlı xəbər yayılmışdı.  /Oxu.Az/

/oxu.az/