Siqaret çəkməyi birdəfəlik atmaq,bu zərərli adətdən necə əl çəkmək olar?

31 may Ümumdünya tütündən imtina günü kimi qeyd edilir. Hər il siqaret çəkməklə bağlı xəstəliklərdən 6 milyon insan dünyasını deyişir. Gizli deyil ki, sərbəst surətdə siqareti atmaq mümkün deyil. Bu, sadəcə pis bir vərdiş deyil, bu ciddi bir asılılıqdır. Onun öhdəsindən necə gəlmək olar?
Siqareti birdəfəlik atmaq çətin məsələdir. Amma öhdəsindən gəlmək olar. Adət üzrə hər dəfə növbəti bazar ertəsini gözləmək yox, elə bu gün başlamaq vacibdir. Ümumdünya tütündən imtina günü 30 il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunub. Bütün bu illər ərzində dünya üzrə saysız-hesabsız sayda insanlar öz son siqaretlərini söndürə bilmiş, yenilərini isə bir daha yandırmamışlar.
Başa düşmək lazımdır ki, nikotin psixoaktiv maddədir. O da bütün başqa psixoaktiv maddələr kimi beyinə təsir edərək, bütün bu neyromediator problemləri yaradır.
Amma düşmənlə mübarizə üçün onun haqqında hər şeyi bilmək lazımdır. Siqaret çəkmək sadəcə bir adət yox, doğrudan da ağır asılılıqdır. Statistikaya görə, yalnız 5% insan özü atır siqareti. Siqaret çəkmək ürək-damar və ağ ciyər sisteminin xəstəliklərinin inkişafına, onkoloji problemlərə kömək edir. Yalnız Rusiyada hər il 400min nəfər siqaretlə bağlı xəstəliklərdən vəfat edir. Beynəlxalq tibbi birlik təsdiq edir ki, siqaret çəkmək və sağlam qalmaq mümkün deyil. 
İnsan gün ərzində nə qədər çox siqaret çəksə, ağ ciyər xərçənginə tutulmaq ehtimalı da o qədər çoxalır. 
Siqaretlə mübarizə bütöv bir tədbirlər kompleksidir. İlk növbədə informasiya, sağlam həyat tərzinin təbliği. Bu gün siqaret çəkmək o qədər də dəb deyil. Bütün dünya tütünə qarşı yasaq, siqaret çəkmək üçün yerlərin azaldılması, siqaretin qiymətinin artırılması kimi tədbirlər görülür
Siqaretlə mübarizədə insanlara daimi olaraq xüsusi kömək qrupları, ixtisaslaşmış həkimlər, psixoloqlar, psixoterapevtlər və narkoloqlar kömək edirlər.
Siqareti dirdəfəlik ata bilməyənlər isə, ya mütəxəssisə müraciət etməli, ya da daha az zərərli olan alternativ qidalara keçməklə öz sağlamlıqları üçün riski azaltmağa cəhd etməlidirlər.    /CahanTV.az/