Tez gəz – tez ölmə

Erkən ölümdən xilas olmağın daha bir yolu

Sürətli gəzmə ölüm riskini azaldır. İrlandiya, Böyük Britaniya və Avstraliyadan olan alimlər yürüyüşün hər kəs tərəfindən bilinən faydasını elmi yolla sübut ediblər.

Turkustan.info məlumatına görə,  böyükmiqyaslı təcrübədə minlərlə sağlam insan iştirak edib. Onlarda ürək və damar xəstəlikləri olmayıb. Könüllülər qarşısında şərt qoyulub – 4 gün ərzində üç dəfə uzun müddət piyada gəzmək. Bu zaman yürüyüşün tempi də nəzərə alınmalı idi.

Nəticədə bəlli olub ki, daha sürətli gəzənlərdə erkən ölüm riski 20, 60 yaşdan sonra isə 50 faiz azalıb. Asta gəzənlərdə isə bu rəqəm 1-3 faiz olub.

İndi alimlər nəinki gündəlik yürüyüşə çıxmağı, həm də daha sürətlə gəzməyi məsləhət görürlər. Bu həm ürək-damar xəstəlikləri riskini azaldır, həm də piylənmə təhlükəsindən xilas edir. Piylənmə isə onlarla xəstəliyin səbəbidir.   /İstiPress/