Xərçəngdən qorunmaq üçün 4 ən effektli üsul

Ümumdünya xərçəng araşdırmaları fondu və Amerika onkologiya institutunda çalışan mütəxəssislər bədxassəli şişlərin riskini ən effektli şəkildə azaldan üsulları təqdim ediblər.

Alimlər sübut edir ki, 40% hallarda xərçəngin inkişafının qarşısını almaq mümkündür. Bunun üçün bəzi qaydalara əməl etmək lazımdır.

Turkustan.info Sağlamolun.az-a istinadən mütəxəssislər təqdim etdiyi qaydaları təqdim edir:

1. Bədən çəkisinə daim nəzarət etmək, artıq çəki yığmamaq.

Alimlər sübut edir ki, bədəndə piy nə qədər çoxdursa, xərçəngin riski də o qədər çoxdur. Yeni araşdırmalar artıq çəkinin 12 xərçəng növü ilə sıx əlaqəni aşkar edib. Bu xərçəng növləri arasında: prostat vəzi, süd vəzi, mədə, qaraciyər, ağız boşluğu, udlaq, bağırsaq, öd kisəsi, böyrəklər, qida borusu, mədə altı vəzi, uşaqlıq xərçəngi.

2. Hərəkətli olun.

Hərətlilik qan dövranını, metabolizmi yaxşılaşdırır, orqanizmdə durğunluq proseslərinin qarşısını alır, artıq çəki yığmağa mane olur. Alimlər 1 həftə ərzində 150 dəqiqədən az olmayaraq fiziki aktivliklə məşğul olmağı tövsiyə edir.

3. Pis vərdişlərdən imtina edin.

Siqaret çəkmək və spirtli içkilərin istehlakı bir çox xərçəng xəstəliklərin əsas risk faktoru sayılır.

4. Sağlam qidalanın.

Meyvə, tərəvəz, göyərti, tam taxıl bitkilər, paxlalılar, süd məhsulları insanın gündəlik rasionunda mütləq olmalıdır.

Ətin istehlakını azaltmaq, əsasən yağsız ət növlərinə üstünlük vermək lazımdır.

Fast-fud, emal olunmuş ət (kolbasa, sosis və s.), şirniyyatlar, qızardılmış, hisə verilmiş qidalar, şorabalar minimuma çatdırılmalıdır.