Bakıda zavodda güclü yanğın – FOTO + VİDEO

Bakıda zavodda güclü yanğın baş verib.

Turkustan.info “Report”a istinadən xəbər verir ki, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.