SON XƏBƏR

Həmkarından Aytən Səfərovaya: “Özünə hörmət qoy, lifçik-tuman…” – Video

Teleaparıcı Aytən Səfərovanın “Maşın” şoudakı qərarı hələ də müzakirə edilir.

Turkustan.info xəbər verir ki, həmkarı Humay Muxtarova da onun ünvanına sərt sözlər söyləyib.

“Bilsəydim ki, bunu edəcək, səs verməzdim. Şokdayam. Mətanət səs yığıb səni çıxaracaq, ay Aytən. Doğrudan şokdayam, sonuna kimi səs göndərdim. Son dəqiqəyə kimi…” – o bildirib.

Aparıcı hətta buna görə halının pisləşdiyini, qan təzyiqinin yüksəldiyini qeyd edib:

“Məcidi əvvəldən deyərdin, o da səs istəyərdi, biz də bu boyda pul xərcləməzdik. Bu, adam dolamaqdır. Sən Azərbaycan xalqını barmağına doladın. Əlim üzümdə qalıb. Daha sozum yoxdur. Əlim-ayağım əsir, vallahi.”

H.Muxtarova bildirib ki, Mətanət Əliverdiyavanı çıxardacağını dediyinə görə, bütün yaxınları, qohumları Aytən Səfərovaya səs göndərib.

“Oyunu kişi qızı kimi oyna. Səni harada görsəm 3 kəlmə söz deyəcəyəm, Ayten. Özünə hörmət qoy” – aparıcı əlavə edib.

Humay xanım həmçinin onun “ANS TV”-dəki verilişindən kadrlar paylaşaraq bu sözləri yazıb:

“Busan da sən, efirdə lifçik-tumandan danışan. İkiüzlü… Haramın olsun, hər gün sənə “Getsin”ə səs göndərəcəyəm”.

Onun qeyd etdiyi sözlər birmənalı qarşıanmayıb və bir neçə nəfər tərəfindən tənqid olunub. Humay Muxtarova bu üzdən yenidən video çəkərək növbəti dəfə fikrilərini bildirib.   /Minval.info/

paylaş