Hüseyn Əzizoğlu: Mən kişi deyiləm – VİDEO

“Maşın” şounun iştirakçılarından olan tanınmış vayner diqqət mərkəzinə düşüb.

Turkustan.info xəbər verir ki, reper Qurd maşın ətrafında dayananlardan şəklinin qutuya atılmasını istəyib.

Müğənni Abbas Bağırov ondan kiminlə mübarizə aparacağını soruşub. O isə kişilərdən birini oyundan uzaqlaşdıracağını söyləyib.

Bu zaman vayner Hüseyn Əzizoğlu “mən kişi deyiləm, uşağam, məni saymayın” deyib.

Onun sözləri insanlar tərəfindən gülüşlə qarşılanıb.  /Minval.info/