Gün: İyun 4, 2018

İsrailli ekspert erməni nümayəndəsini belə susdurdu – VİDEO

Yaxın Şərq regionunda vəziyyət hər gün daha da gərginləşir və hər an partlayacaq barıt çəlləyini xatırladır. Vəziyyət yetərincə mürəkkəbdir və proqnozlaşdırılması müşküldür. Bütün bunlar siyasətçilərdən və analitiklərdən bütün region dövlətlərinin, o cümlədən İsrail nümayəndələrinin bütün bəyanatlarına, bütün suallarına və onların hər bir addımına dərindən düşünülmüş və ölçülüb-biçilmiş yanaşma tələb edir. […]

Putindən ABŞ-a qarşı yeni qanun layihəsi – Gücü öz əlində toplayır

Rusiya prezidenti Vladimir Putinin imzaladığı yeni qanun layihəsinə görə, ABŞ və digər ölkələrin Kremlə qarşı sanksiyalarının qarşısını almaq mümkün olacaq. Turkustan.info türk mediasına istinadən xəbər verir ki,  Putin “anti-sanksiya” qanununu təsdiqləyib. Qanuna əsasən, prezident beynəlxalq əməkdaşlığı məhdudlaşdıra və ya təxirə sala biləcək. Eyni zamanda mal və xam maddə idxalat-ixracatını, özəlləşdirmə […]

Bu QHT-lərə maliyyə dəstəyi veriləcək -SİYAHI AÇIQLANDI

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iclası keçirilib. Turkustan.info xəbər verir ki, iclasda ikinci qrant müsabiqəsinin qaliblərinin elan olunması haqqında qərar qəbul edilib. Qalib gələn, müsabiqədən və seleksiyadan keçməyən QHT-lərin siyahısını təqdim edirik. Musabiqe qalibleri 2018-2 – Copy.docx Maliyyeleshmeyen layiheler 2018-2.docx Seleksiyadan kechmeyen layiheler […]

Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır – VİDEO

Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır. Turkustan.info-nun məlumatına görə, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb. Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Xəbərin izi ilə gedib sözügedən mağazanı tapdıq. Həmin eynək Xırdalanda “Təzə bazar” […]

Xankəndidə etirazçılar Azərbaycan bayrağı qaldıracaq

İrəvan böyük qorxu içində vəziyyəti izləyir Qarabağda iyunun 1-dən başlamış etirazlar İrəvanda ciddi qorxu yaradıb. Turkustan.info-nun məlumatına görə,  erməni millətçiləri işğal edilmiş ərazilərdə yaranmışh bu qarşıdurma üzündən Ermənistan ordusunun həmin Qarabağı tərk etməsi ilə nəticələnəcəyindən qorxurlar. Mətbuatın buna münasibəti fərqlidir və Ermənistan xüsusi təyinatlılarına etiraz edən yerli əhalini dəstəkləyənlər çoxdur. […]

NATO Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyəti ilə bağlı videoçarx yaydı – VİDEO

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb. Turkustan.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri, polkovnik-leytenant Tayfur Rüstəmovun ölkəmizin missiyadakı iştirakının məqsədləri ilə bağlı çıxışının videosu təqdim edilib. Polkovnik-leytenant Tayfur Rüstəmov bildirib ki, […]

Lotu Quli Bakıya gəldi və getdi

Lotu Quli adı ilə tanınan məşhur kriminal avtoriter Nadir Səlifov Bakı hava limanında olub. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a özəl mənbədən məlumat verilib. Məlumatda vurğulanıb ki, Lotu Quli Bakıya gəlməyib, sadəcə, Bakı beynəlxalq aeroportundan tranzit kimi istifadə edib və başqa ölkəyə gedib. Mənbə onun hansı ölkəyə getdiyi haqda bilgi verməyib. […]

“WhatsApp”da pulköçürmə aktivləşir

Gələn həftə “WhatsApp”da pulköçürmə xidməti işə salınacaq. Turkustan.info xəbər verir ki, bununla da messencer iri internet ödəniş sistemləri ilə rəqabətə girəcək. Hazırda bu xidmətin iri banklar arasında dörd tərəfdaşı mövcuddur. Qeyd edək ki, dünyada 1,3 milyard nəfərdən çox “WhatsApp” istifadəçisi var.  /Qafqazinfo/

Böyük əməliyyat başlayır: Türk əsgəri Qəndilə addım-addım yaxınlaşır, İran kəndlərini boşaldır

İraqın quzeyindəki PKK düşərgələrinə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində bəzi nöqtələr terrorçulardan təmizlənib. Turkustan.info xəbər verir ki,  PKK İrana sığınmağa cəhd etsə də, rəsmi Tehrandan gələn açıqlama onları çıxılmaz vəziyyətdə qoyub. Belə ki, İran Türkiyənin PKK-ya qarşı əməliyyatına dəstək verib.  Qəndil dağının yaxınlığına qədər irəliləyən türk hərbçilərinin hücumundan yayınmaq üçün […]

İlham Əliyev 3 sərəncam, 1 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın mətnini təqdim edirik: 1. Yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (36 km)–Qoyunbinəsi–Hacımahmudlu–Nurallar–Qaramanlı–Nəmirli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət […]

Erməni general: Allah eləsin ki, sülh olsun, yoxsa…

Qarabağ klanı Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı açıq etiraza başlayıb. Turkustan.info xəbər verir ki, ilk etirazı erməni general Arkadi Ter-Tadevosyan dilə gətirib. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən dəyişikliklərə Tadevosyan etiraz edib. Tadevosyanın fikrincə, Baş Qərargahın yeni rəisi Artak Davtyan Ermənistan ordusunu idarə etmək üçün peşəkar kadr […]

Beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək – AZƏRBAYCANDA

Azərbaycanda beyin ölümü keçirən insandan donor kimi istifadə ediləcək. Turkustan.info report-a istinadən xəbər verir ki, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir. Qanunun “Əsas anlayışlar” bölməsinə “ölü donor-ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs” […]

Mətbuat Şurasından Rusiya XİN-ə etiraz

Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi hiddət doğurur. Bu, bilərkəndən edilib. Başqa cür düşünmək üçün əsas yoxdur. Məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirliyinə, Rusiyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət […]

Erməni mənbələri Azərbaycan ordusunun irəliləməsi haqda – VİDEO

Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında muxtar respublikanın cənub-şərq istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək yeni strateji yüksəklikləri tutması Ermənistanda müzakirə olunmaqdadır. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, hərbi-siyasi mövzulardan yazan razm.info portalının əməkdaşı Ermənistanın Vaytsdozor vilayətinin Areni kəndindən reportaj yayıb. Azərbaycan ordusunun irəliləməsindən sonra bu kənd […]

Tanınmış diaspor təşkilar sədri DAK idarə heyətinin sədrliyi vəzifəsindən istefa verdi

Dünya Azərbaycanlıları Konqresinin sabiq idarə heyətinin sədri, eyni zamanda İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri,Dr. Asif Kurbanla təşkilatdan getməsi ilə bağlı söhbətləşmişik.  Asif bəy, Siz diasporda aktiv təşkilat sədrlərindən sayılırsınız. Bu günlərdə DAK idarə heyətinin sədrliyindən çıxmağınızla bağlı açıqlama vermisiniz. Nədən getdiniz?  2016-ci ilin may ayında Belçikanın Brüssel şəhərində […]

Nazirlər Kabinetinin Aparatında ixtisara düşən və düşməyən şöbə müdirləri – TAM SİYAHI

Nazirlər Kabineti Aparatının strukturunda dəyişiklik edilib. Turkustan.info xəbər verir ki, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib. Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Kənd təsərrüfatı şöbəsinin müdiri Əli Məmmədov və Regionların inkişafı söbəsinin müdiri Nizami Mustafayevpensiya yaşlarına çatmaları ilə əlaqədar […]

Ermənistan səksəkədə, Qarabağda VƏZİYYƏT DƏYİŞİR: Azərbaycan Ordusu cəbhədə… – VİDEO

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər İrəvan tərəfindən yaradılmış qondarma rejimə etiraz edirlər. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, iki gün öncə Xankəndində İrəvandan gəlmiş Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə şəhərdə yaşayan ermənilər arasında baş verən kütləvi davadan sonra ermənilər qondarma rejimin “polis rəisi” və “təhlükəsizlik […]

Moskva Qarabağa görə Paşinyanı YERİNDƏ OTURTDU: İrəvana gözlənilməz zərbə

İyunun 1-də Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin brifinqdə Azərbaycanın “Trend” İnformasiya Agentliyinin əməkdaşının sualına verdiyi cavab Ermənistanda qalmaqala səbəb olub. Turkustan.info xəbər verir ki, azərbaycanlı jurnalist “Ermənistanın baş naziri bu yaxınlarda verdiyi müsahibədə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar Azərbaycanın işğal […]

Ətir və şampunlar havanı avtomobildən çox çirkləndirir – Sensasiyalı araşdırma

Fevral ayında yayımlanan əhəmiyyətli bir araşdırmada elm adamları avtomobillər azaldıqca havada çirkliliyin nəzərəçarpacaq dərəcədə dəyişdiyini ortaya qoyub. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu, əsas emissiya olan şəxsi qulluq, makyaj, təmizlik vasitələri və digər kimyəvi tərkibli maddələrin gedərək artması və avtomobillərin havaya buraxdığı zərərli qazları geridə qoyması deməkdir. ABŞ-ın Kolorado Universiteti […]

​Lotu Quli BAKIDADIR

Məşhur kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib. Turkustan.info bildirir ki. bu barədə virtualaz.org-a Bakı hava limanındakı mənbələr məlumat verib. Lotu Qulinin Bakıya gəlişinin səbəbləri məlum deyil. Daha öncə o, Türkiyədə, BƏƏ-də və Albaniya ərazisində yaşayıb. Xatırladaq ki, Lotu Quli həbsxanada 20 ildən artıq vaxt keçirib. O, 90-cı illərin […]

Baş nazir Aparat rəhbəri VƏZİFƏSİNİ ONA TAPŞIRDI

Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib. Turkustan.info-nun Report-a istinadən əldə etdiyi məlumata görə, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib. Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat […]

Bu azərbaycanlı qız yenə rekord qırır – VİDEO

Nahidə Babaşlı adlı gənc ifaçı Yutub, İnstaqram və Feysbukda öz həzin səsi ilə yeni bir dalğa yaradıb. Daha öncə sosial şəbəkələrdə “Ay üzlüm” türk mahnısını ifa edərək diqqətləri üzərinə toplamağı bacaran Nahidə Babaşlı bu dəfə Haluk Leventin ifa etdiyi “Anlasana” mahnısı ilə dinləyicilərin sevimlisinə çevrilib. Yerli və türk səhifələrdə paylaşılaraq […]

Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir

Dəmir yolunun tibb müəssisələrində yenidənqurma işləri davam edir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Turkustan.info-ya bildirilib ki, bu günlərdə QSC-nin Həkim-Sanitar Xidmətinin tabeçiliyində olan Biləcəri mərkəzi dəmir yolu xəstəxanasının doğum şöbəsi və 2 saylı Bakı dəmir yolu poliklinikası əsaslı təmirdən sonra istifadəyə verilib. Tədbirdə Həkim-Sanitar Xidmətinin rəisi Adil Şükürov iştirak […]

BAO TV-nin yeni formatda ilk verilişləri yayımlandı

Bu gün – 3 iyun 2018-ci ilo tarixində Bütöv Azərbaycan Ocaqları Televiziyasının(BAO TV) yeni formatda ilk iki verilişi yayımlanıb. Veilişlərdən biri təqdimat, digəri isə Güney Azərbaycan mövzusuna həsr olunçmuş “Bakı-Təbriz qatarı” verilişi olub. Müxtəlif rubrikalarda olacaq verilişlərin həftədə bir neçə dəfə yayımlanması nəzərdə tutulur. Videolar: Təqdimat: “Bakı-Təbriz qatarı”: /bao.az/

Ermənilər Azərbaycan Ordusunu QARABAĞA ÇAĞIRIR – İrəvan QORXU İÇİNDƏ

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılan qondarma rejimin əleyhinə etiraz aksiyaları davam edir. Turkustan.info Ermənistan mediasına istinadən xəbər verir ki, dünən Xankəndində iki mitinq olub. Küçələri bloklayan etiraz aksiyasında Ermənistan parlamentinin deputatı Zarui Postandjyan və digər siyasətçilər iştirak edib. Aksiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirilib. Erməni siyasi […]

Muxtar Babayev nazirlikdə yeni qurum yaratdı – Rəhbər təyin etdi

Ekologiya və Təbii Sərvətlər nazirliyində yeni şöbə yaradılıb. Turkustan.info unikal.org-a istinadən xəbər verir ki, yeni nazir Muxtar Babayevin müvafiq əmrinə əsasən nazirlikdə yeni -Audit şöbəsi yaradlıb və Fərid İslamov şöbə müdiri təyin olunub. Məlumatı Unikal.org saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Fərid İslamov Muxtar Babayevin  köməkçisi […]

Futbol meydanında iftar etmək üçün maraqlı hiyləgərlik – FOTO

Rusiyada keçiriləcək dünya çempionatı öncəsi Türkiyə ilə yoldaşlıq görüşü keçirən Tunis yığmasının futbolçuları iftar açmaq üçün maraqlı addım atıblar. Turkustan.info lent.az-a istinadən xəbər verir ki, yoldaşlıq görüşünün birinci hissəsində yığmanın qapıçısı Hassen yerə yıxılıb və hakimə zədələndiyini deyib. O, əli ilə həkimə ehtiyacı olduğunu bildirib. Hakim də oyunu saxlayıb. Bu […]

Yaşlı qadının Ərdoğan sevgisi: başından öpdü – FOTOLAR

Yaşlı bir qadın Diyarbakırda iftar proqramında iştirak edən Ərdoğanın başından öpüb. Turkustan.info türk mediasına istinadən xəbər verir ki, 24 iyunda keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı Ərdoğan Diyarbakıra gedib. Həmin məclisdə iştirak edən yaşlı bir qadın isə Ərdoğana sevgi nümayiş etdirib və yanında əyləşən prezidentin başından öpüb. /A24.az/

Afrika səmasında asteroid partladı

NASA astronomları ötən bazar günü 2018 LA adlı yerətrafı asteroidi aşkar ediblər. Asteroid Yerin atmosferinə daxil olub və Afrika səmasında partlayıb.  Turkustan.info RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bununla bağlı NASA-nın reaktiv hərəkət laboratoriyası məlumat yayıb.  “Bu asteroid bizim tapdığımız 3-cü yerətrafı obyektdir. Biz ikinci dəfədir ki, asteroidin Yerə düşəcəyini […]

Qəhrəman şəhidlərimizin balaları üçün bayram tədbiri keçirildi

Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyününqorunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi daim dərin hörmətlə yad edilir. Onların döyüş yolu, göstərdikləri şücaət gənc nəsillər üçün layiqli örnəkdir. “Aprel-2016: Şəhid ailələrinə dəstək” İctimai Birliyi şəhid ailələrinin hüquqlarının müdafiəsində fəal iştirak etməklə ilə yanaşı, şəhidlərimizin qəhrəmanlığının təbliğinə, uşaq və gənclərin vətənə məhəbbət ruhunda […]

“Facebook” istifadəçilərin şəxsi məlumatlarını “yayır”

“Facebook” ixtiraçıları smartfon istehsalçıların istifadəçilərin məlumatlarına çıxış imkanı verirdilər.  Turkustan.info xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.  Nəşrin məlumatlarına görə, sosial şəbəkə Apple, Samsung, Microsoft və digər mobil cihaz istehsalçıları ilə tərəfdaşlıq münasibətləri şəraitində formalaşıb. Bu, məxfiliyin qorunması ilə bağlı yeni narahatlıqlar doğurub. “Bəyəndim” düyməsi və əlaqələr kitabçası […]

Dövlətin maşınları ucuz qiymətə satışa çıxarılır – Nissan Maxima 3525 AZN… – SİYAHI

Azərbaycanda dövlət maşınları satışa çıxarılıb. Turkustan.info-nun məlumatına görə, 20 iyun tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Siyahıda 9 avtomobil yer alıb. 1-ci sətirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır. 2-ci sətirdə Azərbaycan Respublikası Milli Məclisi İşlər İdarəsinin nəqliyyat vasitəsi […]

Salyan şəhərində Azercell Eksklüziv mağazasının açılışı baş tutdu

Abunəçilərinin rahatlığı və  xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Azercell Telekom daha bir regional mağazasının açılışını edib. Bu dəfə şirkət Salyan şəhəri Heydər Əliyev küç., 105 ünvanında yeni konsepsiyaya uyğun ofisini abunəçilərin ixtiyarına verib.   Xatırladaq ki, ən müasir avadanlıqla təchiz olunan mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin mövcudluğu, servislərin […]

“Gəncə qiyamı” nədən baş verdi? – İki fərqli BAXIŞ

1993-cü il 4 iyun hadisələrinin 25-ci ili tamam olur. “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir.  Həmin vaxt  Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. Keçmiş korpus komandiri olan Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi […]

Tiflisin Paşinyana jestinin səbəbi – ABŞ-ın şok İrəvan planı

Paşinyan Ermənistanın tarixində yeni dövr başladır. Turkustan.info xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı yazar Aleksandr Proxanov deyib. “O özündən əvvəl baş verənləri kənara itələyir. Nəticədə Paşinyan zəngin Qərbdən və Beynəlxalq Valyuta Fondundan “dopinq” almaq istəyir. Corc Soroun Paşinyanın kariyerasında birbaşa iştirakı inandırıcı deyil. Onun hökumətindəki şəxslər sırasında Sorosun adamlarının […]

“Son zəng” nə vaxt çalınacaq? – TARİX

Azərbaycanda 2017/2018-ci dərs ili iyunun 14-də başa çatacaq və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. Turkustan.info report-a istinadən xəbər verir ki, bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir. Eyni zamanda, 2018/2019-cu tədris ilinin əvvəlinə proqnoz üzrə ölkənin ümumtəhsil məktəblərinə gedəcək I sinif […]

Millət vəkili Fazil Mustafadan Hacı Şahinə sərt sözlər: Bu İslam deyil – VİDEO

Millət vəkili Fazil Mustafa sosial şəbəkələrdə şiələrin əzadarlığı ilə bağlı yayılmış videoya münasibət bildirib. Turkustan.info xəbər verir ki, deputat “Facebook” səhifəsində paylaşdığı videonun Məhərrəmlik ayında çəkildiyi ehtimal edilir. Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də həmin əzadarlıqda iştirak edir. Videodan göründüyü kimi Hacı Şahin Həsənli ağlayır. Paylaşmaya şərh verən Fazil Mustafa bu hərəkətlərin İslam dini ilə […]

Müharibə qaçılmazdır: Üç əsas aspekt – ŞƏRH

İran-İsrail münaqişəsinin eskalasiyası qaçılmazdır. Hazırda Tel-Əviv və Tehran arasında münaqişənin alovlanması üçün üç əsas aspekti göstərmək olar.  Turkustan.info bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında tanınmış rusiyalı bloqer, siyasi şərhçi Denis Korkodinov deyib. Onun sözlərinə görə, birincisi, 2018-ci il aprelin 13-dən 14-nə keçən gecə Suriyadakı İran hərbi bazalarına hücum İsrail Nazirlər Kabinetində sevinc […]

“Dağlar qızı Reyhan” mahnısı necə yaranıb?

AMEA Mərkəzi Elmi Kitabxanasının Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan xalq mahnısı “Dağlar qızı Reyhan”a həsr olunmuş məqalə yaradılıb. Məqalədə xalq mahnısında Dağlar qızı Reyhan adlandırılan xanımın gerçək tarixi şəxsiyyət olması, 1918-ci ildə erməni daşnaklarına və bolşeviklərə qarşı fəal mübarizəsi, xalqın yaddaşında iz qoymuş qəhrəmanlıqları, həyatının sovet hökuməti dönəmindən sonrakı […]

11 iyunadək VAXTINIZ VAR

Rezidenturaya qəbulun II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat iyunun 4-dən 11-dək davam edəcək. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb […]

“Yazdığım məktublar ölkə başçısına çatdırılmır” – Köçkün indi də Rövşən Rzayevə ümidlidir -VİDEO

Təhsil Nazirliyinin “Mingəçevir şəhər inteqrasiya təlimli internat tipli gimnaziyası”nda artıq 20 ildir unudulan Laçın rayon Çorman kəndindən məcburi köçkün olan Gülmalıyevlər ailəsinin problemi hələ də həll olunmamış qalır. N.Gülmalıyev bu dəfə “Qaçqınkom” un yeni sədri Rövşən Rzayevdən kömək istəyib. Gülmalıyev Novruz Əvəz oğlu “Qaçqınkom”un Mingəçevir şəhərindəki nümayəndəliyinin onlara qarşı etdiyi […]

İştirakçı əlini maşından götürdü, amma oyuna davam edir – VİDEO

“Maşın” şouda iştirakçılardan biri əlini maşının üzərindən çəkib. Turkustan.info minval.info-ya istinadla bildirir ki, aparıcı Firuzə Cəlilova şou zamanı bilmədən oyunun qaydalarını pozub. O, səhvən hər iki əlini uğrunda mübarizə apardıqları avtomobilin üstündən çəkib. Lakin onun bu hərəkəti gözdən qaçıb. Belə olan halda şounun qaydalarına əsasən, iştirakçı oyunu yarımçıq tərk etməlidir. […]

Türkiyə daha 3 şəhid verdi

Türkiyənin Hakkari vilayətində PKK terror təşkilatı ilə qarşıdurmada üç türk hərbçisi şəhid olub. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. Hadisə nəticəsində bir əsgərin də yaralandığı da bildirilir. Terrorçular hücum zamanı tank əleyhinə silahdan da istifadə ediblər. Qeyd edək ki, vilayətdə terrorçuların məhv […]

İcra başçısı yola salındı, sahibkara qarşı cinayəti isə davam edir

Sahibkar və işçilər ədalətin bərpa olunacağı günü ümidlə gözləyirlər… Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsindən çıxarılsa da, onun sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluqları davam etməkdədir. 6 ay əvvəl sahibkarın obyektinin qarşısına 1 maşın daş tökdürən, bu gün artıq sabiqə çevrilən başçı ticarət məkanının qapı-pəncərəsini, darvazasını hördürüb. Ötən müddət ərzində obyektin […]

Gürcüstanda azərbaycanlılar təhqir olundu – ŞOK FOTO

Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunub. Turkustan.info xəbər verir ki, bu barədə tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yayıb. “Gürcüstanda satılan bu fincanın üzərində Gürcüstan xəritəsi çəkilib. Diqqət yetirsək, görərik ki, hər yerdə insan şəkilləri qoyulub, həmyerlərimizin yaşadığı tarixi yurdumuzun yerləşdiyi ərazidə […]

“Rusiya Ermənistanda əks-inqilab ssenarisini işə salacaq” – Politoloq

“ABŞ ona görə Ermənistana böyük maliyyə dəstəyi vermək istəyir ki…” Ermənistandakı son hakimiyyət çevrilişindən sonra sanki işğalçı ölkəyə Qərbin aparıcı dövlətləri və təsisatlarının maliyyə dəstəyi verəcəyi barədə xəbərlər yayılır. Burada əsas diqqəti cəlb edən ABŞ-ın atmağa hazırlaşdığı addımlardır. Xəbər verdiyimiz kimi, ABŞ Ermənistanın yeni hökuməti ilə “Minilliyin çağırışları” maliyyə dəstəyi […]

Paşinyanın Qarabağ fiaskosu – vədləri tutmaq çətinləşir, orduya çağırışçı problemi qalır

Erməni baş nazirin gənclərə hərbi xidmətlə bağlı səslənişi havada qaldı – səbəb; politoloq: “İşğalçı bilməlidir ki, Azərbaycanın strateji müttəfiqi Türkiyə hər zaman ölkəmizə dəstək verməyə hazırdır…” Ermənistanda Nikol Paşinyanın çevrilişlə hakimiyyət başına keçməsi bir aya yaxınlaşır. Tezliklə narazı kütlə ondan verdiyi vədlərlə bağlı konkret hesabat istəyəcək. Ələlxüsus da daxili sosial-iqtisadi […]

Milli Məclisdə qəbula düşmək istəyənlərin NƏZƏRİNƏ!

Milli Məclis Aparatında 2018-ci ilin iyun ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. Milli Məclisdən verilən məlumata görə, vətəndaşların qəbul günləri aşağıdakı kimidir: Ziyafət Abbas oğlu ƏSGƏROV Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini – Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri 7 Bahar Əvəz qızı MURADOVA Azərbaycan Respublikası Milli Məclisi sədrinin […]

İran generalından son nöqtə: ABŞ və İsrailə pis xəbər

Rəsmi Tehran İranın Suriyadan çıxması ilə bağlı mediada yayılan təbliğat xarakterli xəbərlərin təsiri altına düşməyəcək. Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Məsud Cəzayiri deyib. “İranla Suriya arasında dərin strateji əlaqələr mövcuddur. ABŞ və region mürtəcelərindən fərqli olaraq, iranlı hərbçilər Suriya hökuməti […]

Qarabağda faciə baş verə bilər: dərhal… – Petrosyandan çağırış

Paşinyan, Sərkisyan, Köçəryan və digərləri Qarabağda vəziyyəti nizamlamaq üçün addım atmalıdır. Turkustan.info xəbər verir ki, bu barədə Ermənistanın birinci prezidenti Ter-Petrosyan çıxış edib. O deyib ki, Ermənistanda baş verən kütləvi hərəkat Qarabağa sıçrayıb və bu vəziyyət orda faciə ilə nəticələnə bilər. Petrosyanın sözlərinə görə, Xankəndidə aksiya keçirən etirazçılar separatçı rejimin […]

Xaricdə təhsil alan azərbaycanlı gənclərə ŞAD XƏBƏR

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili […]

Azərbaycanda müəllimlərin yerdəyişməsinə başlanılıb

Bu gündən 11 iyun tarixinədək iş yerini dəyişmək istəyən müəllimlərin miq.edu.az saytında onlayn qeydiyyatı başlayır. Təhsil Nazirliyindən verilən məlumatına görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla […]

Azərbaycanlı “qanuni oğru” HACININ onlarla qətlinin üstü açılır

Rusiyanın cinayət istintaq idarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiyanın əməkdaşlarının həyata keçirdiyi həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq. Moskvanın “Ağ ev” restoranında Hacı Beyləqaski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətllərdə hallanır.  İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət […]

Qızardılmış sarımsaq möcüzə yaradacaq

Bir çox yeməyə aroma qatan və sağlamlığa müsbət təsiri olan sarımsağın çoxsaylı faydalarını bilirik. Amma araşdırmalar zamanı közlənmiş sarımsağın inanılmaz müsbət təsirləri ortaya çıxıb. Turkustan.info ailem.az-a istinadən bildirir ki, araşdırmaların nəticəsinə əsasən, gündə 6 diş közlənmiş, ya da qızardılmış sarımsaq yedikdə 24 saat ərzində orqanizminizdə bu dəyişikliklər meydana gəlir. İlk […]

Bəzi şəhər və rayonlarda su kəsiləcək

Yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıllb. Turkustan.info bildirir ki, bu barədə Milli.Az-a “Azərsu” ASC-dən məlumat verilib. Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

Həşərat dişləməsinə qarşı məlhəmlər

Yay fəslində çox vaxt həşərat dişləmələrindən əziyyət çəkirik. İsti havada küçədə gəzərkən özümüzü hər zaman həşəratlardan qorumağa çalışırıq.  Turkustan.info axşam.az-a istinadən bildirir ki, ev şəraitində hazırlanan bu məlhəmlər səni həşərat dişləməsindən və başqa xoşagəlməz hallardan xilas edəcək. Arı sancması Əgər bədəninin hansısa yerini arı sancıbsa, oranı soyuq su ilə təmiz […]

ABŞ koalisiyası Suriyada əməliyyatın II mərhələsinə başladı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan “Suriyanın Demokratik Qüvvələri” (SDQ) və İraq ordusu Suriya-İraq sərhədində İŞİD-ə qarşı “Roundup” əməliyyatının ikinci mərhələsinə start veriblər.  Turkustan.info Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə koalisiyanın bəyanatında bildirilir. SDQ-nın quru qüvvələrinin İŞİD-ə qarşı həyata keçirdiyi hücumu koalisiyanın transmilli və koordinasiya edilmiş […]

Azərbaycanlı “qanuni oğru”nun cinayətlərinin üstü açılır – İlqar Əliyevi öldürüb?

Rusiyanın cinayət istintaq idarəsi, Federal Təhlükəsizlik Bürosu və Milli Qvardiyanın əməkdaşlarının həyata keçirdiyi həbs Moskva kriminal aləmində ciddi dəyişikliklərə səbəb olacaq. Moskvanın “Ağ ev” restoranında Hacı Beyləqaski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı saxlanılıb. Onun adı bütün dünyada onlarla qətllərdə hallanır. İstintaqdan bildirilib ki, Hacı Rusiya paytaxtında da bir neçə cinayət […]